05.06.2020 13:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Formula 1: Bakı lazımsız xərclərdən qaçmaq üçün yarışı ləğv etdi

 
 



F1ONLY.fr, Fransa
27.03.2020


Müəllif: Sezare İnqrassia

Azərbaycan Qran Prisinin təşkilatçıları işlərə başlamaqdan, “lazımsız pul xərcləməkdən”sə, yarışı ləğv etməyi üstün tutub.

Koronavirus epidemiyasının geniş yayıldığı vaxtda Azərbaycan Qran Prisi Formula 1-in bu il təxirə salınan hələlik sonuncu yarışıdır. Bakı halqası düz şəhərin mərkəzində yerləşir və təşkilatçılar yarışın ləğv edilməsilə bağlı qərar vermək üçün çox tərəddüd etməyib. Bununla da onlar əbəs yerə Formula 1 treki inşa etməyərək, lazımsız xərclərdən qaça bilib.

“Əgər səndən əvvəl hansısa nümunə varsa, işləmək çox asan olur. Çünki sənin dərdini hər kəs anlayır”, - deyə Arif Rəhimov bildirir: “Hesab edirəm ki, heç kəs Avstraliya promouterlərinin üzləşdiyi vəziyyətə düşməməlidir. Mən Endi Vestakota (Avstraliya Qran Prisinin direktoru) görə həqiqətən üzgünəm. Onların yaşadıqları həqiqətən dəhşətdir. Ümumiyyətlə, yarışın son anda ləğv edilməsi bir promouter üçün fəlakətdir”.

“Belə bir yarışı keçirmək üçün o qədər səy göstərmək lazımdır ki... Avstraliyada da yarış treki müvəqqətidir. Bu üzdən əminəm ki, onlar halqanı inşa etmək üçün çox zaman xərcləyib, kifayət qədər pul və enerji sərf ediblər. Bütün bunların ardından yarışın son anda ləğv edilməsi əsl fəlakətdir”, - deyə promouter qeyd edib.

A.Rəhimov əmindir ki, bu, həqiqətən də hər bir promouterin anında qarşısını almaq istədiyi haldır: “Əlbəttə ki, bütün yarışları təxirə salmaq, Avstraliya presedentinin olması ümumi vəziyyəti asanlaşdırmır. O, sadəcə, mövqeyinizi həmkarınıza izah etməniz baxımından əhəmiyyətlidir”.

Konkret Bakıya gəlincə, Rəhimovun sözlərinə görə, təşkilatçılar yarışın keçirilib-keçirilməməsi haqda qərarın qəbulu üçün mümkün qədər çox vaxt qazanmağa çalışıb. Bununla yanaşı, onlar trekin inşasını da təxirə salıb: “Biz qərarı trası inşa etməyə başlamazdan əvvəl verdik. Çox istəyirdik ki, əbəs yerə xərc çəkməyək. Halqanı tikmək üçün nəzərdə tutduğumuz vəsaiti xərcləsəydik və sonda yarış baş tutmasaydı, bu, bizim üçün əsl fəlakət olardı. Bu üzdən şəhər halqasının inşasının başlama vaxtını martın ortasına təyin etmişdik. Sonradan yarışla bağlı qərarın qəbulu üçün müddəti bir həftə də uzatdıq. Yekun qərarı şəhər halqasının inşasına başlamalı olduğumuz gün verdik. Əks halda, israfçılıq edəcəkdik ki, bu da indiki məqamda heç də ideal variant deyil”.

Beləliklə, 2020-ci ilin Formula 1 mövsümü Kanadada başlamalıdır. Amma orada da təşkilatçılar ehtiyatlıdır. Kanadalılar ləğv edilən növbəti yarışın onlarınkı ola biləcəyini yaxşı anlayır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: F1ONLY.fr

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az