30.10.2020 10:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

  MÜSAHİBƏ| İlham Əliyev: “Azərbaycan Qarabağdakı əməliyyatla regionda geosiyasi qüvvələr nisbətini dəyişdi”
 
28.10.2020
Interfaks, Rusiya
 

 
 
FOTOREPORTAJ| Azərbaycandan “Türkiyə sürprizi”! Anlamlı dəstək

 
 



Yeni Akit, Türkiyə
13.04.2020


Bakının yeni memarlıq rəmzlərindən olan Heydər Əliyev Mərkəzinin fasadında Türkiyə bayrağı əks olunub.

Azərbaycan Türkiyənin yeni növ koronavirusla (“COVID-19”) mübarizəsinə dəstəyini ifadə etmək üçün paytaxt Bakıdakı Heydər Əliyev Mərkəzinin fasadını Türkiyə bayrağı ilə bəzəyib. Binanın fasadı üzərində Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da nümayiş etdirilib. Bu zaman Mərkəzdə Türkiyə musiqisi də səsləndirilib.

Baş verənləri Türkiyənin Bakıdakı səfiri Erkan Özoral yerində izləyib. Səfir mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, dünya əvvəlki nəsillərin görmədiyi, gələcək nəsillərinsə görməsinin arzulanmadığı dövrdən keçir. Bu gün bütün dünyanın koronavirusla mübarizə apardığını vurğulayan səfir deyib: “Bu məsələdə beynəlxalq həmrəylik çox önəmlidir. Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə və Azərbaycanın bayraqları canlanır. İki qardaş bayrağın bir yerdə dalğalanması bizim üçün qürurvericidir. Bu gün biz Türkiyə ilə Azərbaycanın yaxınlığını, həmrəyliyini və qardaşlığını göstərən çox gözəl aksiyaya şahidlik edirik”.

Erkan Özoral aksiyanın təşkilində rolu olan hər kəsə təşəkkürünü bildirib.

Bundan başqa, səfir hər kəsi sosial məsafəni qorumağa, mümkün qədər evdə qalmaqla, epidemiya ilə mübarizəyə töhfə verməyə çağırıb.

Heydər Əliyev Mərkəzinin fasadında bundan əvvəl koronavirusla mübarizə aparan Çin, Fransa, Almaniya, İran, İtaliya və İspaniya kimi ölkələrin də bayraqları əks olunmuşdu.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Akit

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az