05.06.2020 13:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
FOTO| Xalça Muzeyi zahirən hansı formada ola bilər? Bakının növbəti cavabı bu sualadır

 
 



LA STAMPA, İtaliya
21.04.2020


Müəllif: Noemi Penna

Bükülmüş xalça – Azərbaycan Milli Xalça Muzeyinin binası məhz bu formadadır. Biz Bakıda – Azərbaycandayıq. Söhbət açacağımız məkan özünəməxsusluğu, unikallığı ilə fərqlənən, bütünlüklə xalçaçılıq sənətinə həsr olunmuş muzeydir.

Muzey 1967-ci ildə yaradılıb. Əvvəllər o, İçərişəhərdəki Cümə məscidində yerləşib. 1991-ci ildə Neftçilər prospektində yerləşən keçmiş Lenin Muzeyinə, 2014-cü ildə isə Dənizkənarı Milli Parkdakı hazırkı binasına köçürülüb. Muzeyin indiki binasının layihəsi avstriyalı memar Frans Yansa məxsusdur. O, nəhəng bükülmüş xalçanı xatırladır.

Binaya daxil olduqda özünüzü asma tuneldə gəzirmiş kimi hiss edəcəksiniz. Burada yalnız Azərbaycan xalçalarının dünyadakı ən böyük kolleksiyası deyil (yeri gəlmişkən, onlardan bəzilərinin tarixi XVII əsrə qədər gedib çıxır), həm də arxeoloji tapıntılar və xalq sənət nümunələri, həmçinin keramika, yağ lampaları, toxuma, tikiş və zərgərlik əşyaları nümayiş olunur.

Muzeydə əl işi olan sadə xalçalara da, mürəkkəb naxışlı xalçalara da rast gəlmək mümkündür. Burada xalçaçılıqda istifadə olunan dəzgahlarla, yunlarla, iplərlə də tanış ola bilərsiniz. Bu Xalça Muzeyində xalçaların üzərindəki həyat ağacı, xaç, o cümlədən islam rəmzləri və s. ornamentlərin zamanla dəyişmiş formalarını, bir sözlə təkamülünü seyr etmək mümkündür.

Hazırda Azərbaycan Milli Xalça Muzeyi koronavirus pandemiyası səbəbilə bağlıdır. Lakin onun qiymətli xəzinəsi sayılan kolleksiyası onlayn şəkildə internet istifadəçilərinin ixtiyarındadır. Siz virtual tur vasitəsilə hər üç mərtəbəni sərbəst şəkildə dolaşa, orada sərgilənən işlərə baxa, daha çox diqqət çəkənlərin tarixinə belə, nəzər sala bilərsiniz.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LA STAMPA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az