05.06.2020 14:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Bakıya səyahət arzusunda olanlar üçün

 
 



BaharNews, İran
22.04.2020


Azərbaycana, onun paytaxtı Bakıya səyahət etməyi planlaşdırır və bu gözəl şəhər haqda məlumat toplamaq istəyirsiniz? Bu yazıda sizə Bakının görməli yerlərindən bəhs edəcəyik.

Bakıya yollanmazdan əvvəl şəhərin hansı hissəsində otel bron etməyin məsləhət olduğunu bilsəniz, daha yaxşı olar. Bu mənada, faydalı məlumatlar almaq istəyənlər bu yazı ilə tanış olsun.

Səfərdən əvvəl bilməlisiniz...

Bilməli olduğunuz ilk məsələ odur ki, Azərbaycana yollanmaq üçün turist vizası almalısınız. Bundan sonra istər hava, istərsə də quru yolu ilə yola düşə bilərsiniz. Bakı o qədər də böyük şəhər deyil. Odur ki, Bakının görməli yerlərini gəzmək üçün orada uzun müddət qalmağa ehtiyac yoxdur. Başqa sözlə, 3 gecə və 4 gün, yaxud 4 gecə və 5 gün kifayətdir. Orada daha artıq qalmağın xüsusi mənası yoxdur.

Şəhərin hansı hissəsindəki otellər daha məsləhətdir və niyə?

Əgər Bakıya sırf gəzmək üçün səyahət edirsinizsə (bir çox turist oraya bu məqsədlə yollanır), oteli şəhərin mərkəzində tutmanız məsləhətdir. Bakının mərkəzi dedikdə Fəvvarələr meydanı və “Torqovaya” küçəsi nəzərdə tutulur. Şəhərin görməli yerlərinin bir çoxu məhz bu əraziyə yaxındır. Məsələn, paytaxtın qədim hissəsini görmək istəyənlər İçərişəhəri gəzməlidir. O isə qeyd olunan ərazidən təxminən 500-1000 metr məsafədədir.

Yaxud, muzeyləri gəzmək istəyirsinizsə, onların da əksəriyyəti məhz bu ərazidə yerləşir. Eyni sözlər alış-veriş məkanlarına, yaxud, ucuz və məşhur restoranlara da aiddir.

Lakin bu zaman bir məqam nəzərə alınmalıdır – şəhərin mərkəzində yerləşən otellər bir qədər kənarda yerləşənlərdən bahadır. Amma qiymət fərqi çox deyil.

Azərbaycan paytaxtına dəniz əyləncəsi və yay istirahəti üçün gedirsinizsə, şəhərin sahil bölgəsində otel sifariş etməniz daha yaxşı olar. Bakının ən məşhur çimərlik otellərindən “Spring Hotel”, “Aff Park”, “Bilgah Beach Hotel”, “Ramada Beach Hotel” və digərlərinin adını çəkmək olar. Onlar adətən şəhərin kənarında yerləşir.

Lakin istənilən halda, şəhər mərkəzində otel sifariş etmək daha məsləhətdir. Əks halda şəhər gəzintisi üçün taksiyə əlavə pul ödəməli olacaqsınız. Dəniz əyləncəsi üçün səyahət günlərinizdən birini ayıra bilərsiniz.

(Fars dilindən tərcümə - WordMedia.Az)

Mənbə: BaharNews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az