05.06.2020 14:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Alim Zərifə Əliyeva müasir Azərbaycan tarixinin məşhur şəxsiyyətlərindəndir

 
 



Neyruz, İordaniya
29.04.2020


Müəllif: Ömər əl-Armuti

Aprelin 28-i müasir Azərbaycan tarixinin tanınmış şəxsiyyətlərdən olan mərhum akademik Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümü tamam olub. Azərbaycan xalqı oftalmoloq həkim, akademik Zərifə Əliyevanın xatirəsini hörmətlə yad edir.

Dünya tibb elminə misilsiz xidmətlər göstərmiş bu alim qayğıkeş ana, vəfalı həyat yoldaşı olub. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində məşhur dövlət və ictimai xadim Əziz Əliyevin ailəsində dünyaya gəlib. O, hər zaman vətənpərvərliyi, humanistliyi, saflığı, insanlara sonsuz məhəbbətilə tanınıb.

Akademik Zərifə Əliyevanın əldə etdiyi uğurlar Azərbaycanın oftalmologiya tarixində özünəməxsus mərhələdir. O, uzun illər bu elmin aktual problemlərinə dair özünəməxsus tədqiqatlar aparıb. 1960-cı ildə bu sahədə doktorluq elmi dərəcəsinə yiyələnib, 1968-ci ildən göz xəstəliklərilə bağlı aktual problemləri öyrənmək üçün ciddi işlər görüb. Dünyada peşə patalogiyasını araşdıran ilk elmi-tədqiqat laboratoriyasını məhz Z.Əliyeva yaradıb. Bu sahədə uzun müddət apardığı elmi tədqiqatlar nəticəsində 1977-ci ildə oftalmologiya üzrə professor elmi adını alıb. Akademik Zərifə Əliyeva həmçinin keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Akademik Zərifə Əliyeva müasir Azərbaycanın banisi, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin qayğıkeş həyat yoldaşı kimi, təcrübəsilə ona da bacardığı köməyi edib. Azərbaycan prezidenti İlham Əliyev məhz bu ailədə boya-başa çatıb, təcrübə qazanıb. Bu gün Azərbaycan onun rəhbərliyilə inkişaf edir. Azad, müasir dövlətə çevrilmiş Azəbaycanın prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, birinci ledi Mehriban Əliyeva bu gün əsası ümumilli lider Heydər Əliyev və akademik Zərifə Əliyeva tərəfindən qoyulmuş işləri davam etdirirlər.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Neyruz

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az