05.06.2020 14:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
FOTOREPORTAJ| Azərbaycan yollarının “Lada”sı

 
 



Npr, ABŞ
01.05.2020


Müəllif: Tom Marsden, Cenna Fayt

Azərbaycan Rusiya ilə İranın arasında, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən kiçik ölkədir. Amma o, həm coğrafi, həm də mədəni müxtəlifliyə malikdir. Ölkənin şimalında zirvəsi qarla, meşələrlə örtülmüş Böyük Qafqaz dağları yerləşirsə, Xəzər dənizinin küləkli sahili düzəngahdır. Paytaxt Bakının yaxınlığı sanki bir səhradır. “Odlar yurdu” adı ilə də tanınan Azərbaycanın müxtəlif yerlərində qaz yerin səthinə sızır və dərhal alovlanmağa başlayır.

Fotoqraf Tom Marsden ““Lada” mənzərələri” adlı layihəsi çərçivəsində bu dəfə Azərbaycanda olub. Beləliklə, onun izləyiciləri bu dəfə Azərbaycanın davamlı dəyişən mənzərəsilə tanış olacaqlar. Tom Marsden fotolarında regionun ən məşhur avtomobil markalarından olan “Lada” da əks olunub.

Marsden etiraf edir ki, bu avtomobillər regiona səfər edən digər qərbli turistlər kimi, onu da cəlb edib: ““Lada” Qərb üçün fərqli ideologiyanın rəmzidir. Onların Qərb üçün fərqli dünya olmuş, əlaqələrimizin olmadığı sovet keçmişi var. Odur ki, bu avtomobillər həqiqətən maraqlıdır”.

Vaxtilə ilk “Lada”lar Sovet vətəndaşı üçün etibarlı və əlçatan avtomobil olub. Onların istehsalı ucuz başa gəlirdi. Yeri gəlmişkən, bu maşınların istehsalına ilk olaraq, İtaliyanın “Fiat” şirkətilə əməkdaşlıq çərçivəsində başlanılıb. İlk dəfə 1970-ci ildə istehsal olunmuş “Jiquli VAZ-2101” görünüşünə görə “Fiat-124”dən fərqlənmirdi. Daha sonra o, “Lada” adlandırılmışdı. Səbəb rus dilini bilməyən insanların bu markanın ilk adının tələffüz etməkdə çətinlik çəkməsi idi.

İstər ilk, istərsə də sonradan istehsal edilən “Lada”lar Sovet dövrünün ən məşhur avtomobili olub. Bu gün onlara 1920-1991-ci illərdə Sovet İttifaqının tərkibində olmuş Azərbaycanın yollarında da çox rast gəlinir. Rusiyanın “AvtoVAZ” şirkətisə bu avtomobilləri bu gün də istehsal edir.

Bəli, bu gün Azərbaycanın yollarında keçmişdə istehsal olunmuş çox sayda “Lada” avtomobili görmək olar. Əslində, köhnə “Lada”lara universal nəqliyyat vasitəsi də demək olar. Onlarla hər şey daşınır: tikinti materiallarından tutmuş, meyvəyədək.

Marsden Azərbaycanın regionlarında bu avtomobillərin yolsuzluq şəraitin öhdəsindən necə gəldiyinin də şahidi olub: “Əgər yolların pis vəziyyətdə olduğu əyalətdə yaşayırsınızsa, “Lada” çox əladır”.

Marsdenin fotolarından birində Bakıdan 90 kilometr məsafədə yerləşən Xızı dağlarının ətəyində “Lada” markalı avtomobilin şütüyünü görmək olar. Buradan bir neçə kilometr şimal-qərbdə isə sərt qayalardan ibarət Beşbarmaq dağı gəlir. O, Böyük Qafqaz dağlarının demək olar ki, son hissəsidir. Marsdenin ərsəyə gətirdiyi daha bir fotoda müsəlman ziyarətçilər üçün müqəddəs məkan olan Beşbarmaq dağı, onun yaxınlığında yerləşən məscid və əlbəttə ki, ön planda “Lada” əks olunub.

Buradan cənuba doğru yollansanız geotermal fenomenin, yəni palçıq vulkanlarının olduğu Qobustana çatacaqsınız. Yeri gəlmişkən, burada qaz yerin dərin qatlarından səthə çıxır və bu zaman güclü təzyiq yaradır. Nəticədə qaz kiçik, bərk zərrəciklərə birləşir və palçıq vulkanı formasında püskürməyə başlayır. Marsdenin çəkdiyi fotolardan birində Qobustandakı ən böyük palçıq vulkanı və onun yanında yenə də... “Lada” markalı taksi görünür. O, sərnişinləri gözləyir.

Əslində, “Lada”lar Marsdenin fotolarının hamısında “süni bələdçi” rolunu oynayır. Bu fotolarda sanki onlar izləyicilərlə birgə səyahət edir. Avtomobilin industrial estetikası ilə təbiətin sakit gözəlliyi arasındakı təzad isə hər kadrda görünür və əslində, əsas mövzu da məhz budur.

Hər halda, bu gün Azərbaycanda hər yerdə görə biləcəyimiz “Lada”lar keçmişin rəmzidir. Odur ki, Azərbaycana səfər etsəniz, Qərbdə çox az adamın gördüyü mənzərələrin şahidi olacaqsınız.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Npr

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az