05.06.2020 12:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Azərbaycan pandemiyaya və onun sosial-iqtisadi fəsadlarına qarşı hansı tədbirləri görür?

 
 



Stiripesurse.ro, Rumıniya
04.05.2020


Müəllif: Radu Pop

2020-ci il tarixə pandemiya ili kimi daxil oldu. Hazırda bütün dünya bu təhlükəli xəstəliyə qarşı mübarizə aparır. Bu gün hər kəsin diqqəti dünya liderlərinin atdığı addımlara, hökumətlərin fəaliyyətinə yönəlib. Hər kəs bu istiqamətdə hansı dövlətin daha təsirli addımlar atdığını təhlil edir.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiya ilə mübarizəyə və onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəlmiş fəaliyyəti diqqətə layiqdir. Azərbaycan müharibə şəraitndə yaşayır. Ölkə ərazisinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və işğal olunmuş Qarabağda erməni separatçılığı davam etməkdədir. Lakin hətta bu vəziyyətdə belə, Azərbaycan bütün dünyanı bürümüş koronavirus pandemiyasına qarşı mübarizədə örnək sayıla biləcək prinsipial mövqe nümayiş etdirir.

Azərbaycanda gedən proseslərlə yaxından tanış olduqda görürsən ki, pandemiyaya qarşı səmərəli mübarizəyə, əhalinin sağlamlığının və sosial təminatının müdafiəsinə yönəlmiş qərarların müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin özüdür. O, Operativ Qərargahın fəaliyyətini diqqətlə izləyir, daim tapşırıq və tövsiyələrini verir. Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın humanist fəaliyyəti də maraq doğurmaqdadır.

Pandemiyaya qarşı mübarizə Azərbaycanın iqtisadi qüdrətini bir daha təsdiqləyib. Dövlətin gücü, onun liderinin xarizması fors-major hallarında daha aydın üzə çıxır. Koronavirus pandemiyası zamanı Azərbaycan bacarıqlı hakimiyyəti və işləyən hökumətinin olduğunu bir daha ortaya qoyub.

Söz yox ki, bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanda çoxdan həyata keçirdiyi genişmiqyaslı və dərin siyasi, iqtisadi və sosial islahatların nəticəsidir. İlham Əliyev dəfələrlə vurğulayıb ki, köklü və radikal islahatlar müasir dövrün tələblərinə, şəraitinə və çağırışlarına uyğun olaraq həyata keçirilir. Pandemiya Azərbaycan sərhədlərinə yaxınlaşan vaxtdan Prezident İlham Əliyev və onun komandası, Azərbaycan hökuməti fasiləsiz fəaliyyətdədir. Qonşu İranda və Gürcüstanda koronavirus aşkar edilər-edilməz, Azərbaycan öz sərhədlərini bağlayıb, karantin üçün xəstəxanalar ayırıb, ölkədə əlavə müayinələrin aparılmasına başlanılıb.

2020-ci il aprelin 28-nə olan məlumata görə, Azərbaycanda koronavirusa cəmi 1717 nəfər yoluxub. Onlardan 1221-i müvafiq müalicədən sonra sağalıb, koronavirusla yanaşı başqa xəstəliklərdən də əziyyət çəkən 22 pasiyent isə vəfat edib. Daha 474 nəfərin müalicəsi davam edir. Bu rəqəmlər Azərbaycan dövlətinin bir çox ölkələrlə müqayisədə koronavirusa qarşı daha yüksək səviyyədə mübarizə apardığının göstəricisidir.

Ölkənin orta və ali məktəblərində yoluxmanın qarşısını almaq məqsədilə martın əvvəlindən dərslər dayandırılıb, bütün ölkədə tədris prosesi onlayn rejimdə keçirilib. Bütün müvafiq icra strukturları koronavirusa qarşı mübarizəyə səfərbər edilib, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi təmin olunub.

Karantin tədbiq edilən vaxtdan vətəndaşların sosial-iqtisadi vəziyyəti respublika rəhbərliyinin daimi diqqət mərkəzindədir. İşsiz kimi qediyyatda olan şəxslər, həmçinin pandemiya dövründə işini itirənlər maddi və ərzaq yardımı alır. Prezident İlham Əliyev müvafiq strukturlara iş adamlarına dəyən zərərin ödənilməsi, əhalinin kommunal ödənişləri və bank kreditlərilə bağlı güzəştlərin tətbiqilə bağlı tapşırıqlar verib.

Əvvəlki illərin təcrübəsi göstərir ki, Azərbaycan dövləti təkcə indiki pandemiya dövründə deyil, bütün fors-major və fövqəladə hallarda xalqın mənafeyini qoruyur. Buna misal olaraq, 2015 və 2016-cı illərin devalvasiyasından sonra yaranmış kredit borclarının silinməsini, Bakıdakı iri ticarət mərkəzlərinin yanmasından sonra vətəndaşlara təmənnasız dövlət yardımının göstərilməsini, təbii fəlakətlərdən dəymiş zərərin ödənilməsini və başqa tədbirləri göstərmək olar.

Ölkədə yoluxmanın qarşısını almaq məqsədilə bütün şəhər və rayonlara giriş və çıxış məhdudlaşdırılıb, ciddi tədbirlər görülüb. Pandemiya dövründə Avropanın inkişaf etmiş dövlətlərində ərzaq qıtlığının müşahidə olunduğu halda, Azərbaycan bu problemlə üzləşməyib. Əksinə, bazarlarda ərzaq bolluğu müşahidə olunur.

Yeri gəlmişkən, pandemiya zamanı Azərbaycan xalqının daha bir üstünlüyü özünü göstərib. Bu, başqalarının dərdinə şərik olmaq xüsusiyyəti, onlara kömək etmək istəyidir. İmkanlı vətəndaşlar dövlətlə bərabər işsizlərə, maddi gəlirdən məhrum olmuş soydaşlarına dəstək verir, onlarla həmrəy olduqlarını göstərirlər.

Bundan başqa, Azərbaycan dövləti tibbi maska istehsalını təşkil etməklə, bu sahədəki çatışmazlığı da aradan qaldırıb. Prezident İlham Əliyevin göstərişi ilə qısa müddətdə Sumqayıt şəhərində maska istehsal edən müəssisə fəaliyyətə başlayıb. Hazırda orada gündə 150 minə yaxın maska istehsal edilir.

Əlbəttə, dövlətin çox böyük məsrəflər, bəzən isə risklər hesabına həyata keçirdiyi bu tədbirlər insanların, bütün xalqın qorunmasına yönəlib. Prezident İlham Əliyevin göstərişlərinə və tövsiyələrinə uyğun olaraq atılan bütün humanist addımlar, həmçinin sərt tədbirlər və cəzalar bir məqsədə qulluq edir – Azərbaycan vətəndaşlarının, onların yaxınlarının və dostlarının müdafiəsi! Bütün bunlar insanların həyatını itirməməsi, çətin vəziyyətə düşməməsi üçün edilir. Prezident “Hər şey vətəndaş üçün, onun sağlamlığı üçün” prinsipi ilə fəaliyyət göstərir. Bu, Azərbaycan modeli, Azərbaycan nümunəsidir.

Azərbaycanın təcrübəsini müxtəlif dövlətlər və analitiklərlə yanaşı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dəstəkləyir. ÜST-nin baş direktoru Tedros Gebreyessusun Azərbaycan Prezidenti İlham Əliyevə martın sonunda ünvanladığı məktub da bundan xəbər verir. O İ.Əliyevin siyasətini, “COVID-19” pandemiyasının təsirini və miqyasını azaltmağa yönəlmiş addımlarını alqışlayıb.

Bütün dövlətlərin diqqətini daxili problemlərə yönəltdiyi vaxtda, Azərbaycan beynəlxalq münasibətləri də fəal dəstəkləyən, bu istiqamətdə əlaqələndirici kimi çıxış edən azsaylı ölkələr sırasındadır.

Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də hərəkatın Təmas Qrupu formatında videokonfrans keçiriləcək. Koronavirusla mübarizəyə həsr edilmiş sammit “Biz birlikdə “COVID-19”a qarşı” adlanır. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edir.

Aprelin 10-da isə Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında Türk Şurasının fövqəladə sammiti keçirilib.

Koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin dəstəklənməsi məqsədilə Azərbaycan ÜST-nın koronavirusa qarşı mübarizə Fonduna 5 milyon ABŞ dolları ianə edib.

Bunda başqa, pandemiya dövründə gərgin rejimdə işini davam etdirən Prezident İlham Əliyev bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərlərilə onlayn görüşlər keçirib, telefon danışıqları aparıb.

Koronavirusun yayıldığı şəraitdə həmçinin Azərbaycan qazını İtaliya bazarına çatdıracaq Transadriatik Boru Kəmərinin (TAP) tikintisi də davam etdirilib. İşlər sanitar normalara uyğun davam etdirilir, işçilərin sağlamlığının mühafizəsi və təhlükəsizliyi tam təmin olunur. Bu kəmərlə qaz təhcizatının 2020-ci ildə başlanacağı gözlənilir.

Odur ki, bütün daxili proseslərin, beynəlxalq münasibətlərin, həmçinin enerji layihələrinin icrasının obyektiv və kompleks şəkildə təhlili Azərbaycanın koronavirus sınağından şərəf və ləyaqətlə çıxacağını deməyə əsas verir. Aidiyyatı qurumların Prezidentin göstərişlərinə əsasən və onun xüsusi nəzarəti altında həyata keçirdiyi tədbirlər qısa müddətdə müsbət nəticələr verməkdədir. Pandemiya artıq bitmək üzrədir, karantin rejimi isə aprel 27-dən başlayaraq yumşaldılıb.

Daha vacib məqam ondan ibarətdir ki, pandemiyaya qarşı hələ də mübarizə aparan digər dövlətlərlə müqayisədə Azərbaycan artıq postpandemiya dövrü üçün proqramlar hazırlayır. Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə pandemiya dövründə həyata keçirilən proqramlar özünün effektivliyini sübut edib, müdrik qərarlar bu məqsədlə yaradılmış qrup tərəfindən dərhal reallaşdırılıb. Əlbəttə, bu, təqdirəlayiq haldır və dünya birliyi tərəfindən gələcəkdə istənilən fors-major vəziyyətdə müsbət təcrübə kimi tətbiq edilməlidir.

Və sonda bir mühüm faktı da qeyd etmək yerinə düşərdi. Sosial Araşdırmalar Mərkəzi tərəfindən martda keçirilmiş sorğunun aprelin 17-də dərc edilmiş nəticələrindən görünür ki, Azərbaycan vətəndaşlarının 94,7%-i Prezident İlham Əliyevə etimad göstərir və onu dəstəkləyir! Ölkə əhalisi pandemiya dövründə görülmüş qətiyyətli tədbirlərə, xalqın dəstəklənməsinə görə Prezident İlham Əliyevə səmimi təşəkkür məktubları yazılar. Ekspertlər bunu xalq ilə dövlətin qarşılıqlı münasibətlərinin səmimiliyi kimi qiymətləndirir.

(Rumın dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Stiripesurse.ro

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az