05.06.2020 14:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

 
 
Azərbaycan müsəlmanlarının Ramazan adətləri

 
 



Taqrib, İran
13.05.2020


Azərbaycanda müsəlmanlar Ramazan bayramına ayın son həftəsində, ayın görünməsinə bir həftə qalmış hazırlaşnağa başlayır. Onlar bu ayı adətən “orucluq ayı” adlandırır.

“Taqribnews” xəbər verir ki, bu ölkədə ayın görünməsilə müxtəlif bayram tədbirləri keçirilir, milli festivallar, hətta at yarışları təşkil olunur. Bu ayda səbirli olmaq, pis əməllərdən çəkinmək, küsülülərin barışması Azərbaycan müsəlmanlarının xüsusiyyətlərindəndir.

Bayram günü Azərbaycan ailələri dost ailələrə, qonşulara yemək dolu qablar aparır, ehsan olaraq yoxsullara, ehtiyac sahiblərinə hədiyyələr verir, zəngin insanlar qurbanlar kəsərək, ehtiyaclı insanlara paylayır. Azərbaycanın maraqlı cəhətlərindən biri hicab geyməyən qadınların belə, oruc tutmasıdır. Bu ölkədə elə insanlar var ki, dini qaydalardan ümumiyyətlə xəbərsizdir, namaz qılmır, lakin oruc tutur.

Ramazan ayı boyunca Azərbaycanda əksər restoranlar bağlı olur, bu restoranlarda müğənnilik edən şəxslər müqəddəs Ramazan ayının hörmət əlaməti olaraq, fəaliyyətinə ara verir.

Bu ay ərzində ölkənin əksər məscidində ehsan süfrəsi təşkil olunur. Ramazan ayı boyu məscidlərdə insan izdihamı digər aylarla müqayisədə daha böyük olur. Bu, özünü xüsusilə Azərbaycan müsəlmanlarının birlikdə namaz qıldığı böyük məscidlərdə göstərir. Ay ərzində məscidlərlə yanaşı, bəzi imamzadələrin türbələrini də daha çox insan ziyarət edir, imkanlı şəxslər belə ocaqlarda qurban kəsir, əti ehtiyacı olan insanlara paylayır.

Ramazan ayının ən vacib ayinlərindən biri Qədr gecələri və Beynəlxalq Qüds günüdür. Qədr gecələrində Azərbaycan əhalisi məscidlərdə namaz qılır, ibadət edir. Azərbaycan xalqının İslam dininə olan sevgisinin, inancının daha bir təzahürü isə Beynəlxalq Qüds gününün qeyd olunmasıdır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Taqrib

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az