26.01.2021 13:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ, FOTO| Azərbaycanın Alban-Udi Xistian icması
 
24.01.2021
MUSULMANS EN FRANCE, Fransa
 

  “Tunelin sonundakı” sülh
 
23.01.2021
Lenta.Ru, Rusiya
 

  Azərbaycan Türkiyə və Pakistanla əməkdaşlığı dərinləşdirməyə çalışır
 
22.01.2021
Eurasia Review, ABŞ
 

  Azərbaycanın “qara gün”ü
 
22.01.2021
Əl-Şuruq, Əlcəzair
 

  Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”
 
21.01.2021
Bloomberg, ABŞ
 

 
 
Müstəqil Azərbaycanın xilaskarı

 
 



Shabestan, İran
14.05.2020


Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin vəfatından 17 il ötür. Amma Heydər Əliyev fenomeni ildən-ilə daha geniş dərk edilir, onun Azərbaycan dövlətçiliyi üçün göstərdiyi xidmətlər daha dərindən başa düşülür.

Bu günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olub. 1923-cü il mayın 10-da Naxçıvanda dünyaya gəlmiş Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində müstəsna rol oynayıb. Məhz onun uzaqgörən siyasəti, dövlətçiliyə xidməti sayəsində Azərbaycan tarixinin ən parlaq səhifələrini yaşayıb və yaşayır. Məhz H.Əliyevin prinsipləri bu gün də Azərbaycanda həyatın bütün sahələrində uğurla tətbiq olunur, nəticədə ölkə iqtisadiyyatı dinamik inkişaf edir.

Bütün dünyada nüfuzlu siyasətçi kimi tanınan Heydər Əliyev Sovet İttifaqı kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla, hər zaman fitri istedadı, şəxsi nüfuzu ilə fərqlənib. O, SSRİ-də belə yüksək vəzifəyə qalxmış ilk azərbaycanlı və ilk müsəlman idi. Heydər Əliyev Moskvada işlədiyi dövrdə də hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, onun problemlərilə yaxından maraqlanıb.

Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı qətliamdan bir gün sonra H.Əliyev özünün və ailə üzvlərinin həyatını riskə ataraq, oğlu, Azərbaycanın indiki prezidenti cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə yollanmış, orada sərt bəyanatla çıxış etmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçı və günahkarlarının cəzalandırılmasını tələb etmişdi. Bununla da o, xalqı ilə həmrəy olduğunu ortaya qoymuşdu. Həmin günlərdə H.Əliyev Sovet İttifaqının Dağlıq Qarabağ münaqişəsilə bağlı ikili siyasətinə etiraz olaraq, Kommunist Partiyası sıralarından da istefa vermişdi.

Heydər Əliyevin həyat və fəaliyyəti böyük məktəb sayılır. O, böyük əzab-əziyyətlə əldə etdiyi bütün bilik və təcrübəsini Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və müdafiəsinə həsr edib. 1990-cı illərdə parçalanma, tarixin səhifəsindən silinmə təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı məhz Heydər Əliyev xilas etmişdi. Hələ o zaman müstəqilliyin qorunmasının qazanılmasından daha çətin olduğunu deyən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən ləyaqətlə gələ bilib. Bir sözlə, o, Azərbaycanın dövlət müstəqilliyini əbədi və sarsılmaz edib, ölkəyə sülh, təhlükəsizlik, siyasi islahatlar, demokratiya, iqtisadi inkişaf və siyasi plüralizm gətirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatının dirçəlməsinə nail olan H.Əliyev Azərbaycanı inkişaf etməmiş ölkədən inkişaf etməkdə olan ölkəyə çevirib, Bakının beynəlxalq əlaqələrini gücləndirərək, gələcək inkişafı üçün bir neçə nəhəng layihənin, xüsusilə də uğurlu neft strategiyasının əsasını qoyub. Onun düşünülmüş xarici siyasi kursu təkcə beynəlxalq siyasi dəstəyi deyil, həm də iqtisadi, investisiya sahəsində əməkdaşlığı təmin edib.

Məhz Heydər Əliyevin müəyyən etdiyi xarici siyasi kursda qonşu ölkələr, o cümlədən İran İslam Respublikası ilə mehriban qonşuluğa, sıx əməkdaşlığa əsaslanan münasibətlər xüsusi yer tutub. Güclü təməl üzərində qurulmuş bu ikitərəfli münasibətlər bu gün də iki ölkənin siyasi liderlərinin iradəsilə uğurla davam etdirilir. Azərbaycan-İran münasibətləri müxtəlif formatlarda əməkdaşlıq çərçivəsində daha da irəli gedir. Ümid edirik ki, bu ikitərəfli əlaqələr bundan sonra da hər iki ölkənin maraqlarına uyğun inkişaf edəcək.

Artıq 17 ildir ki, ümummilli lider Heydər Əliyevin doğum günü onun özü olmadan qeyd edilir. Buna baxmayaraq, Heydər Əliyev fenomeni ildən-ilə daha geniş dərk edilir, onun Azərbaycan dövlətçiliyi üçün göstərdiyi xidmətlər daha dərindən başa düşülür. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan xalqının ümummilli lideri olan bu bacarıqlı rəhbər və dünya səviyyəli şəxsiyyətin əziz və parlaq xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yer tutub.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Shabestan

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az