15.07.2020 01:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumu artırıldı

 
 



Anadolu Ajansı, Türkiyə
15.05.2020


Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Anadolu” agentliyinə açıqlamasında yeni növ koronavirus (COVID-19) pandemiyasının məhdudlaşdırılması məqsədilə ciddi tədbirlər gördüklərini bildirib. O, bununla yanaşı, ticarətdə məhdudiyyətlərin yaranmamasına da çalışdıqlarını deyib.

Yüklərin təhlükəsizliyin daha yüksək olduğu dəmir yolu nəqliyyatı ilə daşınmasına tələbatın əhəmiyyətli dərəcədə artdığını vurğulayan Karaismailoğlunun sözlərinə görə, xüsusilə Orta Asiya ilə xarici ticarət əlaqələrində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələb ciddi şəkildə yüksəlib. Nazir bildirib ki, bu tələbin qarşılanması üçün prezident Rəcəb Tayyib Ərdoğan bu yolla gündəlik əlavə 3500 ton yükün daşınması göstərişini verib.

“Cənab prezidentin göstərişindən sonra belə bir çətin dövrdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumunu artırmaq üçün hər şeyi etdik. Bu məqsədlə Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfindəki “Canbaz” stansiyasında konteyner ötürmə sistemi quraraq, işə saldıq”, - deyə o, qeyd edib.

“Ötürmə sistemindən istifadə edən ilk qatar yola düşüb”

Karaismailoğlu bildirib ki, Gürcüstan, Azərbaycan və Rusiyanın dəmir yolunun ölçüsü Türkiyə və Avropa ölkələrinin dəmir yolundan fərqləndiyindən, bu xətlə daşımalar zamanı ötürmə sistemi ya da təkər dəstlərinin dəyişdirilməsinə ehtiyac yaranır: “Gürcüstan sərhədində qurduğumnuz ötürmə sistemilə bu işi xeyli sürətləndirmişik. Beləliklə, gündəlik daşıma həcmi 3500 ton artırılıb. Artıq Qazaxıstan və Azərbaycanda yüklənmiş və yeni konteyner ötürmə sistemindən istifadə etmiş ilk qatar 15 vaqon və 27 konteynerdə 1200 ton mədən, kənd təsərrüfatı məhsulları və ferro silikon xammalı ilə Mersin, Derince və Dənizliyə doğru yola düşüb”.

520 min ton yüş daşınıb

Nazir hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiya arasında körpü xüsusiyyəti gündən-günə daha da artır. O, bunu sözügedən dəmir yolu ilə yük daşımalarının davamlı artması ilə əsaslandırıb.

Dəmir yolu xəttinin Türkiyə ilə dost və qardaş ölkələr – Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Rusiya və Çin arasındakı ticarətdə mühüm rol oynadığını deyən Karaismailoğlu fikrini belə davam etdirib: “Bu yolla indiyədək 5250 konteynerdə 240 min ton ixrac məhsulu, eyni zamanda, 5300 konteynerdə 280 min ton idxal məhculu, o cümlədən, Avropaya tranzit yüklər daşınıb”.

Nazir hesab edir ki, bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin nə qədər əhəmiyyətli investisiya layihəsi olduğunu bir daha ortaya qoyur.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az