15.07.2020 02:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Qarabağ münaqişəsi: İtaliyanın Azərbaycandakı səfiri Ermənistandakı səfirinə qarşı

 
 



UMDI, İtaliya
18.05.2020


Müəllif: Mina Kappussi

Dağlıq Qarabağ uğrunda aparılan “epistolyar savaş”da tərəflərən biri sabiq səfir xanım Marqerita Kostadır. O, deyir: “İtaliyanın Ermənistandakı səfiri Bruno Skapininin reaksiyası məndə sözün əsl mənasında qıcıq yaradıb. Söhbət onun xeyli sayda azərbaycanlının öz yurd-yuvasından didərgin düşmələrilə nəticələnmiş Xocalı qətliamı ilə bağlı mövqeyindən gedir”.

Domeniko Letiziyanın Azərbaycan ərazisində keçirilmiş mübahisəli “seçki” haqda məqaləsi Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişə ilə bağlı “epistolyar savaş”a yol açıb.

“Uti possidetis juris” beynəlxalq hüquq doktrinası yeni müstəqillik qazanmış dövlətlərin sərhədlərini müəyyənləşdirmək üçün qəbul olunub. Xanım səfir bu kiçik Qafqaz ölkəsində yerləşən Qarabağın adının Azərbaycan mənşəli sözlərdən ibarət olduuna diqqət çəkir: “qara” Azərbaycan dilində rəng ifadə edir, “bağ” isə “bağça”, “meşəlik” deməkdir. Eramızdan əvvəl II əsrdən indiki Qarabağın ərazisi “Artsax” adlanıb. Lakin bu söz də qədim türk tayfalarından olan sakların dilində “cəsarətli” demək idi.

Beləliklə, iki diplomat arasında əsl “epistolyar savaş” başlayıb. İtaliyanın Azərbaycandakı sabiq səfiri, bu gün isə Azərbaycanın Cenevrədə fəxri konsulu olan xanım Marqerita Kosta deyir ki, o, jurnalist Domeniko Letiziyanın Dağlıq Qarabağda keçirilmiş və haqlı olaraq beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu, Avropa İttifaqı, İtaliya da daxil olmaqla, bir çox dövlət tərəfindən kəskin tənqid olunmuş qondarma seçkilər haqqında məqaləsini oxuyub. Diplomat hesab edir ki, həmin məqalə vəziyyəti tam əks etdirir.

Mübahisənin səbəbləri və etimologiya

Bu “epistolyar savaş”ın əsas səbəblərindən biri də Qarabağın qədim adı olan “Artsax” sözünün etimologiyası ilə bağlıdır. İtaliyanın Ermənistandakı keçmiş səfiri Bruno Skapini bir məqalədə bundan bəhs edib. Məhz həmin məqalədə deyilənlər xanım Kostanı qəzəbləndirib: “İtaliyanın Ermənistandakı keçmiş səfiri Bruno Skapininin mövqeyi məndə qıcıq yaratdı. O, ümumiyyətlə tanımadığı ölkəni tənqid edir. Halbuki, bəlkə də heç zaman Azərbaycanda olmayıb. İnsanları tarix kitablarını oxumağa çağıran səfir görəsən hansı tarix kitablarına istinad edir? Dağlıq Qarabağ Qarabağın dağlıq ərazisinə verilmiş addır və Azərbaycan mənşəli iki sözün birləşməsindən əmələ gəlib: “qara” Azərbaycan dilində rəng bildirir, “bağ” isə “bağlıq”, “meşəlik” deməkdir. Bu ərazi ta qədimdən müxtəlif Azərbaycan dövlətlərinə, son olaraq isə Qarabağ xanlığına məxsus olub”, - deyə xanım diplomat bildirir.

Fəxri konsul “Artsax” məsələsinə də aydınlıq gətirir: “Artsaxa gəlincə, bu söz də qədim türk mənşəli tayfanın – sakların dilində “cəsarətli sak”, “sak kişisi”, “sak adamı” mənalarına gəlir. Bu dildə “ar” – “ər”, “kişi”, “cəsarətli adam” deməkdir. Eramızdan əvvəl II əsrdən etibarən Qarabağın hazırki ərazisi Artsax adlanıb. Orta əsr erməni (hay) tarixçilərinin əsərlərində “Artsax” adı keçir. Lakin bu termini yalnız türk dilində izah etmək mümkündür. Onun qədim və ya müasir erməni dilində heç bir mənası yoxdur”.

Dağlıq Qarabağda nələrin baş verdiyini xatırlayaq

“Keçmiş Sovet illərində qanunvericiliyə əsasən, öz müqəddəratını təyin etmə hüququ əsas götürülüb və məhz bu prinsiplə Dağlıq Qarabağa Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət statusu verilib. Sovet İttifaqı respublikalarının sərhədlərinin dəyişdirilməsi məsələsilə bağlı isə SSRİ Konstitusiyasında konkret maddələr olub. Həmin maddələrə əsasən, hər hansısa Sovet respublikasının ərazisi onun iradəsinə zidd şəkildə dəyişdirilə bilməzdi. İttifaqa daxil olan respublikalar arasındakı sərhədlər yalnız maraqlı tərəflərin qarşılıqlı razılığı əsasında, üstəlik, SSRİ səviyyəsində təsdiqlənməklə müəyyənləşdirilə bilərdi. Amma Qarabağ məsələsində bu, nəzərə alınmayıb...”.

Dağlıq Qarabağ və “uti possidetis juris” doktrinası

“SSRİ-nin dağılması ilə, yeni müstəqillik qazanmış dövlətlərin sərhədlərinin beynəlxalq, regional və milli qanunvericiliyə əsasən müəyyən olunmasına “uti possidetis juris” beynəlxalq hüquq doktrinası zəmanət verib. Bu doktrinaya əsasən, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin də daxil olduğu keçmiş inzibati sərhədləri beynəlxalq birlik tərəfindən müstəqil Azərbaycan Respublikasının qanuni sərhədləri kimi tanınıb. Müqəddəratı təyinetmə hüququna gəlincə, bu, özündə ayrılma hüququnu ehtiva etmir”.

Başqa sözlə, müstəqil dövlətdən “müqəddəratını təyin etmə” bəhanəsilə ayrılmaq dünya dövlətlərinin ərazi bütövlüyünün qəbul edilmiş normalarının, həmçinin beynəlxalq hüququn digər müvafiq prinsiplərinin pozulmasıdır. Münaqişədən öncə Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayıblar. Lakin münaqişənin başlaması ilə erməni ordusu azərbaycanlıları regiondan qovub. Demək, bölgə müqəddəratı təyin etmə hüququndan yalnız azərbaycanlıların bu əraziyə qaytmasından sonra yararlana bilər.

Bu, “Axillesin qəzəbi” deyil, Azərbaycanın ən çağdaş səfirlərindən birinin qəzəbidir

“Bu, qəzəblənməyə başladığım nğqtədir”, - deyə səfir bildirir: “Görünür ki, möhtərəm səfir Xocalı qətliamını, Dağlıq Qarabağda və qonşu rayonlarda yaşayan bütün azərbaycanlıların öz dədə-baba yurdlarında qovulduğunu, bu ərazilərin 30 ildən çoxdur Ermənistanın hərbi işğalı altında olduğunu unudur. Mən isə 1 milyonadək azərbaycanlının öz torpaqlarından, evlərindən didərgin düşdüyü həmin faciəvi dönəmin canlı şahidiyəm. Hələ 2003-cü ildə ENI bu insanlar üçün kənd salmışdı. Onun açılış mərasiminə mən də dəvət almışdım”.

“Səfir həmkarım Skapiniyə səslənirəm: “Azərbaycana baş çəkin””

Bütün bunlardan sonra Dağlıq Qarabağla bağlı “epistolyar savaş”ın sülhlə başa çatdığını söyləmək mümkündür. Azərbaycan Respublikasının Cenevrədəki fəxri konsulu Bakının düz mərkəzində yerləşən, bu günədək heç bir zərər görmədən qorunub saxlanılan erməni kilsəsini xatırladaraq yazır: “İşğal olunmuş ərazilərdəki Azərbaycan abidələri haqda eyni sözü dümək olamı? Xeyr! Sizə Qafqazı yaxşı tanımanıza kömək edəcək “Əli və Nino” kitabını oxumanızı tövsiyə edir və xoş mütaliyə arzulayıram. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfər etməyə də çağırıram. Bu möhtəşəm ölkəni ziyarət edəcəyiniz təqdirdə, sizi böyük məmnuniyyətlə müşayiət edə bilərəm”.

Uti possidetis” nədir?

“Utti possidetis” beynəlxalq ərazi suverenliyi prinsipidir. Latın dilində o, “sahib olduğunuz kimi” mənasını verir. Bu prinsip ərazi üzərində suverenliyin qorunub saxlanmasının vacibliyini ehtiva edir, amma bir şərtlə ki, bu suverenlik əvvəllər də mövcud olsun.

(İtalyan dilindən tərmüə - WorldMedia.Az)

Mənbə: UMDI

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az