15.07.2020 02:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Pandemiya Dağlıq Qarabağ münaqişəsini ön plana çıxarır

 
 



The Washington Times, ABŞ
21.05.2020


Müəllif: Elin Süleymanov (Azərbaycanın ABŞ-dakı səfiri)

Bütün dünyanı bürümüş koronavirus pandemiyası sanki bəşəriyyətə hücuma keçib. O, dövlətlərin iqtisadiyyatına da ziyan vurur. “Merilenddən olan Makiavelli” adını qazanmış Edvard Latvakın qeyd etdiyimi kimi, problemə daha dərindən nəzər yetirsək görərik ki, pandemiya beynəlxalq institutlar və siyasətə dair bir sıra stereotipləri sındırıb, dünyadakı status-kvonu dəyişdirib. Artıq bir tədarükçüdən asılılığın doğru yanaşma olub-olmadığı haqda, həmçinin Avropa institutlarına inamla bağlı suallar meydana çıxıb. Bu dövrdə insanların düzgün pəhrizə belə, marağı artıb.

Bu gün Böyük Xəzər dənizi regionunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, həmçinin son dövrlərdə Macarıstanı bir araya gətirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) səmərəli əməkdaşlıq formatına çevrilib. Bu təsisat ABŞ-ın Mərkəzi Asiya strategiyasının vacib hissələrindən olan Asiya ilə Avropa arasında İpək Yolu boyunca dəmir yolu daşınmalarının həcminin artırılmasında böyük rol oynayır. Bundan başqa, Türk Şurası Azərbaycanın sədrliyilə dövlət başçıları səviyyəsində koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü keçirmiş ilk beynəlxalq təşkilatdır.

Ümumiyyətlə, Azərbaycan son illər tərəfdaş ölkələrlə birgə idarəçilik sahəsində islahatlar aparır. Məsələn, hökumətdə əsas vəzifələrə nəticəyə can atan kadrlar və yeni texnokratlar gətirilir. Bu, ölkədə siyasi plüralizmin güclənməsinə də töhfə verir.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə bu günlərdə ünvanladığı təbrik məktubunda ölkəmizin suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edib.

Bütün bunların fonunda koronavirus pandemiyası regionun zəifliklərini, buradakı təhlükələri, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsini ön plana çıxarıb. Məlum olduğu kimi, Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun bu problemin həlli üçün 30 ilə yaxındır davam edən vasitəçiliyi nəticə vermir. Amma bu proses pandemiya dövründə də davam edib. Həmsədrlərin vasitəçiliyilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında videokonfrans keçirilib, daha sonra görüşlə bağlı birgə bəyanat qəbul olunub.

Cənubi Qafqaz regionu ətrafında baş verən dəyişiklilərə baxmayaraq, Ermənistan münaqişə bölgəsindəki qeyri-sabit və təhlükəli status-kvonun dəyişməsinə imkan vermir. Üstəlik, ölkənin xarici işlər naziri Zöhrab Mnatsakyan Minsk qrupuna həmsədrlik edən ölkələrinin prezidentləri tərəfindən hələ 2009-cu ildə dəstəklənmiş və gələcək sülh razılaşması üçün əsas məqamları özündə əks etdirən “Madrid prinsipləri”nə də qarşıdır. Onun bu mövqeyinin sonradan Ermənistanın digər rəsmiləri tərəfindən təkrarlandığını nəzərə alsaq, ortaya sual çıxır: Ermənistanın xarici işlər naziri son 2 ildə hansı mövzular ətrafında danışıqlar aparıb? Onlar nazirin qəflətən bəyənmədiyi prinsiplər deyildimi?

Yeri gəlmişkən, həmin prinsiplər özündə digər elementlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən mərhələli şəkildə çıxarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını, Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinə zəmanəti və onlar arasında iqtisadi əlaqələrin bərpasını da ehtiva edir. İndiyədək tərəflərdən heç biri bu prinsiplərə etiraz etməmişdi. Bakı da onları bəzi düzəlişlərlə, danışıqlar prosesinin təməli qismində qəbul etmişdi.

Bir sözlə, danışıqların başqa formatının olmadığı dövrdə prinsiplərin təkzib edilməsi, sülh danışıqlarından ümumiyyətlə imtina anlamına gəlir. Odur ki, Azərbaycan Ermənistanın təcavüzünə, aparılmış etnik təmizləmə nəticəsində 1 milyondan çox vətəndaşının öz doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, Minsk qrupu tərəfindən aparılan danışıqlara, münaqişənin sülh yolu ilə həllinə sadiqliyini davam etdirir. O, qeyd olunan ümumi prinsipləri hələ də danışıqlar üçün əsas sayır. Müstəqil dövlətlər və beynəlxalq birliyin məsuliyyətli üzvləri, xüsusilə qlobal strateji əhəmiyyə malik qonşular məhz bu yolu dəstəkləyir.

Lakin təəssüf ki, Ermənistan öz formal müstəqilliyini hələ də suverenliyə çevirməyib. Hərbi və iqtisadi baxımdan xaricdən asılı olan bu dövlət özünütəcrid nəticəsində regionun əsas inteqrasiya təşəbbüslərindən kənarda qalıb. Başqa sözlə, o, Azərbaycan torpaqlarının işğalının əsirinə çevrilib. Amma belə olmalı deyil.

Monoetnik cəmiyyətə malik, antisemitizmin yüksək səviyyədə olduğu, tarixində etnik və irqi təmizləmələr həyata keçirmiş nasistlərlə əməkdaşlığa dair ziddiyətli məqamlara rast gəlinən Ermənistan üçün qonşulara inanmamaq ən sadə seçim kimi görünə bilər. Lakin bu seçim erməni xalqının gələcəyinə, ölkənin isə davamlı inkişafına maneədir.

ABŞ-da müxtəlif böhranlar, ayrı-ayrı mövzularla bağlı siyasi müzakirələr zamanı “təxəyyülün iflası” ifadəsindən istifadə edilir. Bugünkü böhran dövründə “təxəyyülün iflası” dövlətlərin öz maraqlarını anlamasına belə, imkan vermir. Odur ki, bu gün davamlı sülhə nail olunması, qonşularla birgə yaşanması, güclü iqtisadi əlaqələrin qurulması, regionun əsas təşəbbüslərində iştirak əslində, sülhü təmin etməyin ən yaxşı yoludur. Bəs bunun alternativi nədir?

Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışdığım zaman bir çox məcburi köçkündən bütün əziyyətlərə, torpaqlarından didərgin salınmalarına baxmayaraq, erməni qonşuları ilə yanaşı yaşamağa hazır olduqlarını eşitmişəm. Bunu Dağlıq Qarabağın azərbaycanlı icması da dəfələlərlə bəyan edib. Odur ki, erməni liderlər bu xoş məramdan imtina etməkdənsə, sülh barədə düşünməlidirlər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az