23.11.2020 20:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı: Dağlıq Qarabağdan məcburi köçkünlərin qayıdış arzuları
 
23.11.2020
Le Monde, Fransa
 

  Qarabağda atəşkəs: Zəngilan-Naxçıvan dəhlizinin reallıqları
 
23.11.2020
IRNA, İran
 

  Dağlıq Qarabağ problemi dini münaqişə deyil
 
23.11.2020
FarodiRoma, İtaliya
 

  İkinci Qarabağ müharibəsi Ermənistanla Azərbaycanı necə dəyişdi?
 
20.11.2020
EURACTIV, Aİ
 

  Dağlıq Qarabağda nə var, nə yox...
 
20.11.2020
Yeni Akit, Türkiyə
 

 
 
FOTOREPORTAJ| Unikal gözəlliklər şəhəri: Bakı

 
 



Posta, Türkiyə
28.06.2020


Azərbaycanın paytaxtı Bakı regionun ən əhəmiyyətli şəhərlərindəndir. Eyni zamanda, əsas biznes şəhəri də olan Bakıda bir çox görməli yer, tarixi və turistik məkan var. Bakıya səyahət etmək istəyində olanlara bu şəhər haqda danışacağıq.

Azərbaycan mətbəxi Avropa və Orta Şərq mətbəx mədəniyyətinə təsir göstərməklə yanaşı, özü də onların təsirinə məruz qalıb. Əsasən ət, düyü və tərəvəzlərdən ibarət kulinariya bir müddət sonra fərqli tərəvəzlərin də buraya daxil edilməsilə, daha fərqli şəkil alıb, onun müxtəlifliyi artıb. Bakı il ərzində çoxsaylı xarici turisti qəbul edir. Odur ki, şəhərdə dünya mətbəxinin hər zövqə uyğun təamlarının təklif olunduğu restoranlar var.

Bəs Bakıda əsasən nə yeyilir?

Soyutma

Qoyun əti, soğan, pomidor və meyvə turşusu ilə hazılanan yeməkdir. Azərbaycanlıların ənənəvi yeməklərindəndir.

Quymaq

Yerli şirniyyat növlərindən olan quymaq un, yağ və su ilə hazırlanır. Bişən zaman o, qatı maye halına düşür. Masaya üzərinə darçın və şəkər tozu tökülərək verilir.

Fətir

Fətir çörək növüdür. O, istər xörəyin yanında çörək kimi, istərsə də ayrıca yeyilə bilər.

Ənənəvi plov

Quşbaşı doğranmış əti şabalıd, ərik qurusu, kişmiş, badam, müxtəlif ədviyyatlarla bir qazanda bişirirlər. Uzun, nazik düyüdən hazırlanmış zəfəranlı plov süfrəyə onunla birlikdə verilir.

Piti

Quşbaşı doğranmış ət və noxudla hazırlanan yağlı, sulu yeməkdir.

Nərə balığı

Xəzər dənizinə məxsus balıq növü olduğundan, Bakıda demək olar ki, hər restoranda təklif olunur.

Gürzə

Qoyun ətinin qiyməsi xəmirin içərisinə doldurularaq bişirilir. Onu “Azərbaycan mantısı” da adlandıra bilərik.

Bakının gəzməli yerləri

Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Onun ən əhəmiyyətli şəhəri məhz paytaxt Bakıdır. Bu şəhərin daha bir vacib xüsusiyyəti Bakı-Tbilisi-Ceyhan neft borusunun başlanğıc nöqtəsi olmasıdır.

Bakı 2015-də birinci Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bundan başqa, şəhər dünyanın Formula 1 mərkəzlərindəndir.

Bakı limanı Xəzərin ən mühüm limanıdır. Bu şəhərdə kinoteatrlara, kitabxanalara və digər mədəniyyət obyektlərinə də sıx-sıx rast gəlinir. Bakının gecə həyatı da çox aktivdir. Gecə həyatına məxsus yerlər əsasən Fəvvarələr meydanı kimi tanınan ərazidədir.

Bakıya bitişik olan Abşeron yarımadası ərazisində aparılmış arxeoloji qazıntılar buranın çox qədim yaşayış məskəni olduğunu təsdiqləyir. Pirallahı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və bənzər yerlərdə eramızdan əvvəl III və I minilliklərə aid arxeoloji qalıqlar tapılıb.

Bakı şəhərinin nə vaxt qurulduğu dəqiq bilinmir. Buradan tapılmış 5-7-ci əsrlərə aid Sasanilər xəzinəsi isə bu ərazilərin o dövrlərdən yaşayış məskəni olduğunu göstərir. Uzun illər Sovet İttifaqının tərkibində yer almış Azərbaycan tarix boyu albanlar, sasanilər, romalılar, hun türkləri, Kaspianlar, ərəblər, səlcuqlular kimi mədəniyyətlərin mərkəzi olub.

Müasir Bakının gəzməli yerlərinə gəlincə, onlardan bəziləri bunlardır: “Crystal Hall”, Azərbaycan Milli İncəsənət Muzeyi, Bibiheybət məscidi, Fəvvarələr meydanı, Miniatür Kitab Muzeyi, Azərbaycan Milli Geyimlər Mərkəzi, Bakı Zooparkı, Bakı Televiziya Qülləsi, “Park Bulvar”, “Tarqovı” küçəsi, “Təzə bazar” və s.

İçərişəhər

İçərişəhər Bakının bir çox tarixi abidələrinin yer aldığı hissəsidir. Odur ki, bura ziyarət ediləcək yerlərdən ən birincisidir. Paleolit dövründən yaşayış yeri olmuş İçərişəhər 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Şirvanşahlar sarayı

15 əsrə aid olan bu binadan keçmişdə xəstəxana və kazarma kimi də istifadə olunub. Hazırda o, muzey kimi fəaliyyət göstərir.

Qız qalası

12-ci əsrdə inşa edilib. 18-19-cu əsrlərdə ondan mayak kimi istifadə olunub.

Heydər Əliyev Mərkəzi

Azərbaycanın üçüncü prezidentinin şərəfinə adlandırılmış Heydər Əliyev Mərkəzi müasir Bakının əsas abidələrindəndir. Orada təşkil edilən müxtəlif mədəniyyət tədbirlərinə qatılmaq da gözəl xatirə ola bilər.

Atəşgah məbədi

Şəhər mərkəzinə təxminən 30 kilometr məsafədə yerləşən Suraxanı qəsəbəsindəki bu abidə hazırda mövcüd olan 3 atəşpərəstlik məbədindən biridir. Qədimdə Zərdüştlər üçün mühüm ibadət yeri olmuş abidənin bəzi otaqlarından hazırda muzey kimi istifadə edilir. 

Qobustan Milli Qoruğu

Bakıdan təxminən 65 kilometr uzaqda yerləşən bu qoruqda yaşı 40 min ilə çatan qayaüstü rəsmlərə rast gəlinir.

Nizami küçəsi

Məşhur Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılmış 3,5 kilometrlik küçə əsl alış-veriş məkanıdır. Burdakı qədim abidələri də görməyə dəyər.

Azərbaycan Milli Tarix Muzeyi

Bu muzeydə ölkənin ilk dövrlərindən etibarən toplanan 300 min etnoqrafik və arxeoloji əsərlər nümayiş olunur. Bu, Azərbaycanın ən böyük muzeyidir.

Yanard

Bakının yaxınlığında, duz göllərilə məşhur Abşeron yarımadasında yerləşir. Burada yerin altından səthə sızan qaz fasiləsiz alışıb yanır. Bəzən alovun hündürlüyü 3 metrə çatır. 

Azərbaycan Xalça Müzeyi

Dünyanın ilk və ən böyük xalça muzeyidir. Muzeydə 6 mindən çox xalça nümayiş olunur. Burada orta əsrlərdən başlayaraq, ötən əsrə qədər Azərbaycanın müxtəlif bölgələrində toxunulmuş nümunələrə rast gəlmək olar.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Posta

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az