26.01.2021 12:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ, FOTO| Azərbaycanın Alban-Udi Xistian icması
 
24.01.2021
MUSULMANS EN FRANCE, Fransa
 

  “Tunelin sonundakı” sülh
 
23.01.2021
Lenta.Ru, Rusiya
 

  Azərbaycan Türkiyə və Pakistanla əməkdaşlığı dərinləşdirməyə çalışır
 
22.01.2021
Eurasia Review, ABŞ
 

  Azərbaycanın “qara gün”ü
 
22.01.2021
Əl-Şuruq, Əlcəzair
 

  Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”
 
21.01.2021
Bloomberg, ABŞ
 

 
 
Azərbaycan Ordusunun 15 generalı niyə edam olunub?

 
 



Style International, İspaniya
29.06.2020


Azərbaycan Silahlı Qüvvələri Global Fire Power 2020” sıralamasında 138 ölkə arasında  64-cü yerdədir. Qonşu Gürcüstan Ordusu bu siyahıda 89-cu, Ermənistan isə 111-ci sırada yer alır. Demək, Azərbaycan Silahlı Qüvvələri logistik və döyüş qabiliyyətinə görə, Cənubi Qafqazın ən güclü ordusudur.

Tarix

Azərbaycan Ordusunun yaranma tarixi 100 il əvvələ gedib çıxır. Onun ilk hərbi hissəsi hələ 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. AXC özü həmin il mayın 28-də qəbul olunmuş İstiqlal Bəyannaməsi ilə elan edilmişdi. Qısa zamanda Milli Ordunun yaradılmasında məqsəd gənc respublikanın xarici işğallardan müdafiəsi, eyni zamanda daxildəki düşmən qüvvələrin zərərsizləşdirilməsi idi.

Nizami Ordu

Beləliklə, müstəqilliyin elan olunmasından az sonra hökumət, qarşısına 25 minlik ordunun yaradılması məqsədini qoymuşdu. 1918-ci il avqustun 1-də qurulmuş Azərbaycan Müdafiə Nazirliyinin ilk rəhbəri Xosrov bəy Sultanov olub.

Artıq 1919-cu ildə Bakı şəhərində ilk hərbi parad keçirilib. Azərbaycan Ordusu Osmanlı imperiyasına məxsus Qafqaz İslam Ordusu ilə birlikdə qısa vaxtda paytaxt Bakını və ətrafını erməni-bolşevik işğalından azad edib.

Müstəqillik yolu

Lakin 1920-ci ildə AXC Sovet Rusiyası tərəfindən işğal olunub. Bununla, onun Müdafiə Nazirliyi də ləğv edilib. Bu azmış kimi, bolşeviklər Azərbaycan Ordusunun 15 generalını edam edib.

Nəhayət, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib və Milli Ordu quruculuğu bundan sonra tam başa çatdırılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 İyun ölkədə Silahlı Qüvvələr Günü elan olunub.

Ən yeni tarix

Bu gün Azərbaycanda beynəlxalq sərgilərdə nümayiş olunan mindən çox hərbi məhsul istehsal edilir. Azərbaycan Ordusu beynəlxalq terrorçuluqla mübarizəyə böyük töhfələr verir. 1999-cu ildən Azərbaycan Ordusuna məxsus 3 mindən çox hərbiçi müxtəlif bölgələrdə sülhməramlı əməliyyatlarda iştirak edib.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Style International

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az