15.07.2020 01:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan nə üçün toqquşdular?
 
14.07.2020
İzvestiya, Rusiya
 

  Paşinyan müxalifətlə mübarizə aparmaq üçün cəbhəyə “od vurub”
 
14.07.2020
NEWS.ru, Rusiya
 

  Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik nə ilə nəticələnə bilər?
 
14.07.2020
Vzqlyad, Rusiya
 

  Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma: ölənlər var
 
13.07.2020
Le Figaro, Fransa
 

  Azərbaycan COVID-19 ilə mübarizəni gücləndirir
 
13.07.2020
TRT Avaz, Türkiyə
 

 
 
Azərbaycanın koronavirusa qarşı effektli və erkən tədbirləri həyatları xilas edib

 
 



The London Post, Böyük Britaniya
30.06.2020


Müəllif: Cavanşir Feyziyev, Tahir Tağızadə

Son dövrdə ortaya çıxmış koronavirus pandemiyası bir sadə həqiqəti təsdiqləyir: elə vəziyyət yarana bilər ki, böhranın tez və vaxtında aradan qaldırılması bacarığı ölkənin böyüklüyü və ya iqtisadi potensialından daha mühüm əhəmiyyət kəsb edə bilər. Bu mənada, Azərbaycan kiçik ölkə olsa da, koronavirus pandemiyası ilə bu günədək apardığı mübarizə uğurludur.

Əhalinin sağlamlığı

Azərbaycan virusun “birinci dalğa”sı zamanı erkən və effektli tədbirlərlə, pandemiyanın yayılmasını nəzarətdə saxlaya bilib. Sürətli və koordinasiyalı cavab mexanizminin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. O vaxtdan Qərargah əhaliyə vəziyyətlə bağlı aktual rəsmi məlumatları çatdırmaq üçün tez tez mətbuat konfransı təşkil edir. Bununla yanaşı, ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Nəticədə bir müddət vacib sahələr istisna olmaqla, dövlət və özəl qurumların fəaliyyəti dayandırılıb, bütün ictimai tədbirlər təxirə salınıb. Beynəlxalq ticarət daşımaları istisna olmaqla, quru və hava nəqliyyatının hərəkəti də dayandırılıb.

Bu müddətdə insanlar evlərini 2 saat müddətində dükana, xəstəxanaya, aptekə və yas mərasiminə getmək üçün SMS icazə vasitəsilə tərk edə bilir. SMS icazə üsulunun xüsusilə, effektli olduğunu deyə bilərik.

Azərbaycan koronavirusa qarşı aparılan testlərin adambaşına düşən sayına görə də aparıcı ölkələrdəndir. Bundan başqa, bu yaxınlarda koronavirus xəstələrini izləyəcək mobil tətbiq istifadəyə verilib. Bu, ölkə iqtisadiyyatının bərpası üçün həyati əhəmiyyətə malik ilkin şərtlərdəndir.

Hazırda ölkədə 20-dən çox dövlət xəstəxanası koronavirusa yoluxmuş şəxslərə xidmət göstərir. Pandemiyanın yayıldığı dövrdə 4 modul tipli xəstəxana istifadəyə verilib. Dövlət hesabına daha 2 modul tipli xəstəxananın tikintisi və istifadəyə verilməsi planlaşdırılır. Yaxın aylarda özəl şirkətlərin sərmayəsi hesabına daha 4 belə xəstəxana istismara veriləcək.

Fərdi qoruyucu vasitələrlə bağlı artan tələbatı təmin etmək məqsədilə bu ilin aprelində ölkədə tibbi maska fabriki və qoruyucu kombinezonların istehsalı müəssisəsi açılıb. Onların hər ikisi məhsuldar tədarükü təmin edir.

Bu gün bir çox ölkədə vəziyyəti ağır, yaxud sabit pasiyentlər ev şəraitində müalicə alır. Azərbaycanda isə koronavirus testi pozitiv çıxan pasiyent dərhal xəstəxanaya yerləşdirir. Bu və digər tədbirlər Azərbaycana digər ölkələrlə müqayisədə ölüm və yoluxma halını daha aşağı həddə saxlamağa imkan verir. Bu gün onunla həmsərhəd olan 5 ölkədən ən azı 3-də adambaşına düşən yoluxma halı çox yüksəkdir.

Bakı koronavirus pandemiyasının başladığı andan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq edir. Təşkilatı təmsil edən nümayəndə heyəti ölkənin hazırlığını qiymətləndirmək məqsədilə martın 9-13-də Azərbaycana səfər etmişdi. ÜST rəhbərinin prezident İlham Əliyevə martın 23-də ünvaladığı məktubda Azərbaycanın həyata keçirdiyi tədbirlər “nümunəvi” adlandırılıb.

Pandemiyanın sosial-iqtisadi sahəyə təsirinin yumşaldılması

Pandemiya dövründə ölkə iqtisadiyyatının sabitliyinin və əhalinin rifahının qorunması məqsədilə indiyədək 3,5 milyard manat vəsait ayrılıb. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanla ölkədə Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Fond ölkənin virusa qarşı mübarizədə həyata keçirdiyi cavab tədbirlərinə maliyyə yardımı ayrılması məqsədilə yaradılıb. Azərbaycanın dövlət başçısı bir illik maaşını bu Fonda bağışlayıb. İ.Əliyev Fonda Prezidentin ehtiyat fondundan daha 20 milyon manat ayırıb.

Virusun yayıldığı vaxtan bu yana xarici ölkələrdə olan 15 minə yaxın Azərbaycan vətəndaşı çarter reyslərilə vətənə gətirilib. Bu, dövlət hesabına həyata keçirilib.

Hökumət pandemiya dövründə qonşu ölkələrin sərhədində “ilişib qalmış” həssas vətəndaşlarına da maliyyə yardımı ayırır. Azərbaycan xüsusi karantin rejiminin tətbiq olunduğu dövlətlərdən təxliyə edilən vətəndaşları 14 gün ərzində dövlət hesabına karantinə yerləşdirən azsaylı ölkələrdəndir.

Bütün bunların fonunda Bakının neftin qəflətən ucuzlaşması nəticəsində meydana gəlmiş problemləri yumşaltmağa çalışdığını da qeyd etmək lazımdır. Bununla paralel, əhalinin sağlamlığının qorunması üçün ciddi tədbirlər görülür.

Qlobal həmrəylik naminə səfərbərlik

Səhiyyə sisteminin qısa müddət ərzində restrukturizasiyasına, pandemiyanın sosial-iqtisadi sahəyə mənfi təsirinin yumşaldılmasına nail olan Azərbaycan koronavirusla mübarizədə qlobal həmrəliyə də uğurla töhfə verir. Qoşulmama Hərəkatının sədri olan Azərbaycan koronavirus pandemiyasına qarşı effektli qlobal mübarizəyə ehtiyacın olduğunu vurğulamaq məqsədilə bu ilin mayında təşkilatın tarixində ilk virtual sammitini təşkil edib. Bundan başqa, Bakının təşəbbüsü ilə mayda Türk Şurasının da fövqəladə iclası keçirilib.

Yeri gəlmişkən, Azərbaycan Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasına videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini təklif edib.

Bütün bunlarla yanaşı, Azərbaycan xüsusilə, Afrika, Asiya və Latın Amerikası ölkələrində yardıma ehtiyacı olan insanlara kömək məqsədilə ÜST-ə 10 milyon dollar ayırıb. O, həmçinin 29 ölkəyə humanitar yardım göndərib.

Bir sözlə, Azərbaycanda həyata keçirilmiş erkən məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxma və ölüm halları kifayət qədər azdır. Odur ki, mayın ortalarından iqtisadiyyatın müxtəlif sahələrində məhdudiyyətlər aradan qaldırılıb. Amma vəziyyət hər an nəzarətdədir. Məhz bunun nəticəsidir ki, mümkün “ikinci dalğa”nı nəzarətdə saxlamaq üçün bu günlərdə yenidən bəzi məhdudlaşdırıcı tədbirlərə al atılıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The London Post

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az