24.09.2020 10:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Dağlıq Qarabağ münaqişəsi

 
 



Style International, İspaniya
14.09.2020


Müəllif: Tural Gəncəliyev (Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri)

Ermənistan 1990-cı illərin əvvəllərində hərbi güc tətbiqi ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə birini işğal edib.

Ermənistanın bu işğal zamanı Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan qovulub. BMT Təhlükəsizlik Şurasının elə həmin dövrdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində bu işğal pislənib, Ermənistandan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarması tələb olunub.

Cəzasızlıq

Lakin Ermənistan illərdir bu qətnaələrə məhəl qoymur. O, Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün Dağlıq Qarabağ bölgəsində qondarma rejim də qurub və durmadan, bu bölgədə yaşayan erməni icmasının “öz müqəddəratını təyin etmək” hüququndan danışır.

Bu azmış kimi, ermənilər son illərdə işğal etdikləri ərazilərdə daha da möhkəmlənmək üçün ard-arda qanunsuzluqlar edir. Yerevan 1949-cu il Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Dağlıq Qarabağın demoqrafik tərkibini dəyişdirir, məhz bu məqsədlə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır.

Ekoloji terror

Son illərdə Ermənistan erməni əsilli suriyalıları və livanlıları Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməkdədir. Bununla yanaşı, həmin torpaqlarda azərbaycanlılara aid mədəni və tarixi izlər məqsədli şəkildə məhv edilir, bölgənin təbii sərvətləri talan olunur, işğal altındakı torpaqların təbii su ehtiyatlarından isə təmas xətti yaxınlığında yaşayan azərbaycanlılara qarşı ekoloji terror vasitəsi kimi istifadə edilir.

Beynəlxalq ictimaiyyətin “dişsiz” bəyanatlarından, qeyri-adekvat münasibətindən də ruhlanan Ermənistan bütün bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı cəhdlər də göstərib.

Hərbi hücum

Son illərdə Ermənistan Azərbaycana qarşı iki dəfə miqyaslı hərbi hücum təşkil edib – 2016-cı ilin aprelində və 2020-ci ilin iyununda. Bununla yanaşı, son vaxtlar erməni tərəfininin durmadan təxribat xarakterli bəyanatlar səsləndirməsi, Ermənistan liderlərinin məsuliyyətsiz davranışları, işğal olunmuş ərazilərə və iki ölkənin dövlət sərhədinə əlavə qoşun, hücum silahları toplaması Ermənistanın Azərbaycana qarşı yeni hərbi hücuma hazırlaşdığını göstərir.

Bütün bunların fonunda Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyir, baş nazirin xanımı Anna Akopyan Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınlar üçün hərbi təlim təşkil edir və s. Görəsən Ermənistanın “sülhsevər” baş nazirinin “sülhsevər” xanımı başqa bir ölkənin ərazisində hərbi forma geyərək, qarşı tərəfə silah tuşlamaqla nə demək istəyir?

Ermənistan problemin həlli üzrə aparılan danışıqların formatını dəyişdirməyə də çalışır. O, işğal faktını ört-basdır etmək, törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsindəki etnik erməni icmasını Ermənistanla Azərbaycan arasındakı münaqişənin tərəfi kimi təqdim edir. Halbuki, danışıqların formatı ATƏT-in müvafiq sənədlərində aydın şəkildə göstərilib.

Dialoqdan imtina

Biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını dəfələrlə dialoqa çağırmışıq. Təəssüf ki, bu təklifimiz hər dəfə rədd edilib. Bu, Ermənistanın danışıqlarda, sülhdə maraqlı olmadığının əyani sübutudur. Qarşı tərəfin məqsədi danışıqlar prosesini dayandırmaq, işğalı davam etdirməkdir.

Lakin Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz torpaqlarına qayıtmalıdır. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh şəraitində yaşamağa hazırıq.

(İspan dilindən Tərcümə - WorldMedia.Az)

Mənbə: Style International

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az