24.09.2020 11:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistan PKK-dan terrorçu idxal edir
 
23.09.2020
SABAH, Türkiyə
 

  “DQR” “parlament”i köçürməyə hazırlaşır
 
23.09.2020
Eurasianet.org, ABŞ
 

  Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?
 
23.09.2020
EURACTIV, Aİ
 

  Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə
 
22.09.2020
PARHLO, Pakistan
 

  Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım
 
22.09.2020
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycan... Dünyanın istinad edə biləcəyi nümunə

 
 



Əl-Mədain, İraq
14.09.2020


Müəllif: Yelena Nedoqina (İordaniyanın gündəlik “əl-Dustur” qəzetinin yazarı, naşir)

İndiyədək hər hansı obyektiv, neytral müəllifin Azərbaycanda dini vəziyyəti tənqid edən bir dənə belə, məqaləsinə rast gəlməmişəm. Hər hansı şəxsin Azərbaycan hökuməti və dövlətini bu məsələ ilə bağlı tənqid etdiyini eşitməmişəm. Əksinə, Azərbaycan hökumətinin bu fəaliyyəti hər zaman yüksək qiymətləndirilib.

Qardaş Azərbaycan xalqının əksəriyyəti islam dininə etiqad edir. Lakin bu ölkə hər zaman, o cümlədən xalqın ümummilli lideri Heydər Əliyevin və hazırkı prezident İlham Əliyevin dövründə qədimdə olduğu kimi, dini azadlıqlar, bəşər övladının qardaşlığına, insanlığa söykənən bütün fikirlərə açıq zəmin uğrunda mübarizə aparıb. Azərbaycan bu gün də birgəyaşayış, milli və dini müxtəliflik, dini mövzuda dərin əməkdaşlıq meydanıdır. O, bəşəriyyətin tolerantlıq, etiqad azadlığı, məhəbbət, qarşılıqlı anlaşma mühitində yaşamını təmin edən nümunəvi mütərəqqi sivil cəmiyyətə malikdir.

İordaniyanın gündəlik “əl-Dustur” qəzeti (ərəb dünyasında populyar və ən oxunaqlı qəzetdir) tərəfindən bir neçə ilə çap edilmiş “Rus nəşri” qəzetinə, yaxud bəzilərinin adlandırdığı kimi “Rus icmalı nəşri”nə rəhbərlik etdiyim dövrdə Azərbaycan, onun siyasi rəhbərliyi, başqa dövlətlərlə siyasi və geostrateji əlaqələri haqda çox yazmışıq. Bakının İordaniya, həmçinin digər ərəb dövlətləri ilə, beynəlxalq aləmdə əlaqələri, Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin fəaliyyəti, Azərbaycan xalqının xarakteri, gündəlik həyatı haqqında icmallar hazırlamışıq. Bütün bu yazılar nəşrimizə daha çox dürüstlük və etibar qazandırıb. Halbuki, qəzetimizdə keçmiş Sovet İttifaqı dövlətləri haqqında həqiqi vəziyyəti əks etdirən yazılar yazılarkən bəzi dar düşüncəli, məsuliyyətsiz xarici dairələr tərəfindən qaralama kampaniyasına da tuş gəlmişik və gəlirik.

Amma Azərbaycan həqiqətən də xalqların mənafelərinə, gələcəyinə sadiq olanların dostu və müttəfiqidir. O, sözlərində, bəyanatlarında, təqdimatlarında səmimidir!

Bir sözlə, Azərbaycan sadiqlər ölkəsidir. Onun dini azadlıqlar, vicdan və etiqad azadlığı sahəsindəki təcrübəsi məhz bu üzdən dünya xalqlarını, müxtəlif ictima-siyasi və humanitar təşkilatların diqqətini hər zaman cəlb edir.

Azərbaycan dövləti başqa dinlərin, o cümlədən xristianlığın nümayəndələrinə çox yaxşı münasibət bəsləyir. Əhalisinin əksəriyyəti müsəlman olsa da, o, çoxdinli, çoxkonfessialı dövlətdir. Azərbaycanda islamın müxtəlif məzhəblərindən (şiələr və sünnilər) olan insanlar, həmçinin xristianlar və digərləri açıq, tam sərbəst, çiyin-çiyinə yaşayır. Bir sözlə, Azərbaycan dini azadlıq, plüralizm baxımından xalqların birliyinə ən yaxşı nümunədir.

Azərbaycan xalqının düşmənləri, mənfur Qorbaçov və Yeltsinin (onlar Azərbaycan və onun xalqına qarşı düşmənçiliyə görə mühakimə edilməlidirlər) həyata keçirdikləri “Yenidənqurma” dövründən başlayaraq, bu ölkənin 20% torpağı Ermənistan tərəfindən işğal edilib. Lakin Bakı bu işğala rəğmən, özünün nəcib prinsiplərindən, hədəflərindən sapmayıb. Qonşularının təhdidlərinə baxmayaraq, o, qapılarını müxtəlif millətlərin, din nümayəndələrinin üzünə açıq saxlayır. Bu, nəcib Azərbaycan kimliyinin inikasıdır.

Bu gün Azərbaycanda müxtəlif məbədlər, o cümlədən erməni apostol kilsəsi, Moskva və Ümumrusiya patriarxlığı və onun rus ortodoks kilsəsi, yəhudi icması, eləcə də zərdüştilik və s. sərbəst şəkildə fəaliyyət göstərir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Mədain

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az