22.10.2020 11:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Ermənistan qaşınır...

 
 



Milliyet, Türkiyə
01.10.2020


Müəllif: Güneri Cıvaoğlu

Azərbaycanla Ermənistan müharibə şəraitindədirlər.

Türkiyə “sözün əsl mənasında Azərbaycanın arxasında olduğunu” bildirir.

Ermənistan Qarabağı PKK yaraqlılarının üzünə açıb. Odur ki, Qarabağ illər əvvəl terror yuvası olmuş Beka vadisinə dönməkdədir.

Ermənistanın Azərbaycana qəfil hücumu, mülki insanları hədəf alması səbəbsiz ola bilməz.

Amma Azərbaycan da illər əvvəlki Azərbaycan deyil. O, yüksək texnoloji silahlara, yaxşı təlim keçmiş orduya sahibdir.

Ermənilərin hücumundan dərhal sonra işğal altındakı 6 kəndin azad olunması, Azərbaycan bayrağının strateji yüksəkliyin zirvəsinə asılması onun gücünü, özünə inamını göstərir.

Bu, həm də Azərbaycanın Ermənistanla təkbətək qalacağı halda, bütün Qarabağı geri ala biləcəyinə işarədir.

Yenə hansı bit dişlədi?

Ermənistan birdən-birə niyə hücuma keçdi? Doğrudur, son 1 ildə o, Qarabağda 11 hərbi baza qurmuşdu. Lakin bu addımı atacağını demək olmazdı.

Bu arada, sizinlə bir xatirəmi və müşahidəmi bölüşüm...

.................

1998-ci il...

“Milliyət” qəzetinin 11 iyun tarixli sayının manşeti belə idi: “Müttəfiq belə, ola bilərik”

Yarımbaşlıq isə - “Koçaryan “Milliyət”ə müsahibə verib”

Bir də foto.

Ermənistan prezidenti Koçaryanla söhbət edirik.

Fotonun altında yazılmışdı ki, “Civaoğlunun Ermənistan prezidenti Koçaryandan Yerevanda, Prezident Sarayında aldığı müsahibə bu axşam “Kanal D”də (23:00-da “Durum” verilişində izləyə bilərsiz)”.

Xüsusi təyyarə ilə

Bu görüş üçün dəvət Koçaryanın komandasından gəlmişdi.

Türkiyə-Ermənistan sərhədləri bağlı, iki ölkə arasında diplomatik münasibətlər yox, aviareyslər yox.

Necə gedəcəyəm?

Qəzetim “Milliyət” köhnə dostum Başkurt Okaygünün xüsusi turboreaktiv təyyarəsini kirayə götürdü.

Uzun bir uçuşdan sonra xüsusi icazə ilə Yerevanın hava limanına endik. Məni qarşılayaraq, Prezident Sarayına apardılar.

“Müttəfiq ola bilərik”

Yeni prezident seçilmiş Robert Koçaryan ilə iqamətgahında görüşdük.

Koçaryan dedi ki, “Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, diplomatik kanalları və sərhədləri açmaq istəyirik”.

Və fikrini belə davam etdirmişdi: “Türkiyə ilə Ermənistan arasında ən böyük problem dialoqun olmamasıdır. Bir masa arxasında otursaq, müttəfiq də ola bilərik”.

O, danışıqlar üçün ilkin şərtlərin irəli sürülməsini düzgün saymırdı.

Görün nələr deyirdi…

“Aramızda illərdir davam edən gərginliyin bir səbəbi fərqli baxışlarımızdır.

Demək istəyirəm ki, bir masa arxasında otursaq…

Bəlkə… Türkiyəni inandırarıq.

Bəlkə də… Türkiyə bizi inandırar.

Hansısa şəkildə bir-birimizi başa düşər, ortaq dil taparıq.

Hətta…

Türkiyə ilə Ermənistan müttəfiq belə, ola bilərlər.

Bunu da demək istəyirəm ki…

Bu müzakirələr ilkin şərt irəli sürülmədən aparılmalıdır.

Münasibətlərimiz normal şəkildə inkişaf edəcək”.

PKK və ASALA

Mən PKK və ASALA ilə bağlı şübhələrdən danışdım.

Bu da cavabı: “PKK-nı dəstəklədiyimizin heç bir sübutu yoxdur. Bundan sonra da olmayacaq”.

Yaxşı, bəs ASALA?

“Terror aktlarının nəticə verəcəyinə inanmıram. Amma... Terrora səbəb olan amillər də aradan qaldırılmalıdır.

Dediyim kimi, məsələləri müzakirə etməkdən qaçmaq əvəzinə mehriban atmosferdə mübahisə edə bilərik, bununla da yeraltı dünyasının əməllərinin qarşısını ala bilərik.

Əmin ola bilərsiniz ki, oxşar hadisələrin təkrarlanmaması üçün Ermənistan üzərinə düşəni edəcək”.

.................

Bəs sonra nə oldu?

İrqçi erməni təşkilatları parlamentə hücum etdi, Koçaryana ciddi təzyiqlər başladı.

Avropa və Amerikadakı erməni diasporu “yardımları dayandıracağıq” təhdidinə başladı.

Nəticədə Koçaryan artıq “dialoq” sözünü dilinə belə, gətirə bilmədi…

.................

Bu dəfə...

Yenə Ermənistanı qızışdıran, hücuma məcbur edən, PKK-nı Qarabağa gətirən eyni güclər olar bilər.

Suriya, Liviya və Aralıq dənizinin şərqindən sonra Türkiyəyə bir də şimal-şərqdə çətinliklər yaradmaq, onu problemlərin içərisinə atmaq istəyirlər.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az