22.10.2020 09:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
Ermənistanın yeni atəşkəs oyunu

 
 



HABERTÜRK, Türkiyə
06.10.2020


Müəllif: Prof. Dr. Kürşad Zorlu

Ermənistanın dinc sakinlərə sentyabrın 27-də etdiyi hücumla başlamış toqquşmalar bütün cəbhə boyu yayılıb.

Azərbaycanın işğal olunmuş 7 rayondan biri – Cəbrayıl demək olar ki, tamamilə Bakının nəzarətinə qaytarılıb. Ondan təxminən 35 kilometr şimalda yerləşən Füzuli rayonu isə istənilən vaxt xilas edilə bilər... Bununla yanaşı, Ağdərə və Kəlbəcərin şimal istiqamətində irəliləyiş davam edir. Laçın dəhlizinin nəzarətə götürülməsi isə Dağlıq Qarabağın mərkəzinə – Xankəndiyə çatmaq demək olacaq. Artıq bu şəhərdə yaşayan mülki şəxslərin Ermənistana köçürülməsinə başlanılıb. Bəzi kadrlardan belə görünür ki, dinc sakinlərin axınının qarşısının alınmasına da çalışılır. Cəbhə xəttindən çəkilmək istəyən erməni əsgərlərinin güllələnməsi əmrinin olduğu haqda da iddialar var.

Şübhəsiz ki, bu, asan proses deyildir. Bölgə coğrafi baxımdan çətin ərazidir. Üstəlik, irəli gedərkən mülki insanların yaşadığı ərazilər yaxşı öyrənilməlidir.

İstənilən halda, hazırkı mərhələdə mənəvi üstünlük Azərbaycandadır. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışında da görmək mümkün idi. O, qondarma “prezident” Arutyunyana xitabən “siçan kimi gizlənir. Qoy ortaya çıxsın!” deyir.

Yaşananların fonunda Ermənistanın çıxış yolu kimi istifadə edə biləcəyi məqamlara diqqət yetirmək lazımdır.

Birincisi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən uzaqda yerləşən rayon və şəhərlərinə də hücum edir. Bu, münaqişəni Qarabağ çərçivəsindən çıxartmaq cəhdidir. Son günlər Gəncə, Abşeron rayonu, su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinə də orta mənzilli raketlər atılır.

Beləliklə, Yerevan bəzi ölkə və təşkilatları münaqişəyə cəlb etməyə çalışır. Bunların başında əlbəttə ki, Rusiya və Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gəlir. Bu təşkilatda Rusiya və Ermənistanla yanaşı, Belarus, Tacikistan, Qazaxıstan və Qırğızıstan yer alır.

Bu gün Ermənistanın sərhədlərinə Rusiya nəzarət edir. Bu ölkədə rusların hərbi bazası da var. Lakin görünən odur ki, o, Ermənistanın Azərbaycanla sərhədlərə nəzarət edə bilmir. Burada Qarabağ əslində, onlar üçün alət rolu oynayır.

KTMT-yə gəlincə, 1992-ci ildə qurulmuş bu qurum tam olaraq hərbi əməkdaşlığa əsaslanır. 2004-cü ildə qəbul edilmiş qərara əsasən, KTMT üzvü olan ölkələr Rusiyadan silah-sursatı digər MDB ölkələrilə müqayisədə daha ucuz alır.

Təşkilatın keşmişi müvəffəqiyyətsiz olmuş “Kollektiv Operativ Müdaxilə Qüvvələri" adlı hərbi birlik var. Onun özündə 20 minə yaxın hərbçini birləşdirdiyi deyilir. Lakin üzvlərin əsas problemi regional məsələlərdə yekdil qərar qəbul edə bilməmələridir.

KTMT Nizamnaməsinin 1-ci maddəsinə əsasən, tərəflər öz aralarında və digər dövlətlərlə mümkün fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çalışmalıdır. Üzv dövlətlərdən heç biri digər üzvə qarşı hərbi birliklərə qoşula bilməz. Üzvlərdən birinə hücum bütün üzvlərə hücum hesab olunur.

Bütün bunlara baxmayaraq, KTMT-nin “təcili müdaxilə” qərarı vermə ehtimalı azdır.

Bu gün ikinci məsələ daha aktualdır. Prosesin lap əvvəlindən baş nazir Paşinyan öz təbliğatını iki tezis üzərində qurub. Birincisi, “münaqişəni başlayan, hətta ilk hücum edən Azərbaycandır”, ikincisi, “Türkiyə münaqişədə bilavasitə iştirak edərək, Azərbaycana dəstək verir”.

Son olaraq, guya bölgəyə Suriyadan bəzi qrupların gətirildiyi iddiası məhz bu iki tezisin təsirini artırmağa yönəlmiş qara piardır.

İndi isə Yerevan “mülki şəxslər” məsələsini ortaya atmaqla, dünyaya yeni yalan təqdim etməyə çalışır. O, BMT və ATƏT-in Minsk qrupu həmsədrlərinə “mülki şəxslərin öldürüldüyünü” car çəkməklə, onları yeni atəşkəsin əldə olunmasına yönəltməyə çalışır.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az