22.10.2020 10:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Çaqqal xisləti

 
 



AKŞAM, Türkiyə
07.10.2020


Müəllif: Emin Pazarcı

Naxçıvan - sərhədimizdə yerləşən kiçik bir ərazidir. Bir türk yurdudur, amma Azərbaycanla arasında Ermənistan var.

Sanki bir küncdə unudulmuş kiçik torpaq parçasıdır. Bu muxtar bölgə MHP sədri Dövlət Baxçalının bu günlərdə verdiyi açıqlamadan sonra bir anda aktuallıq qazanıb. Baxçalı Naxçıvanın Azərbaycana birləşdirilməsini istəyir. Hesab edir ki, bu, “vacib şərt, ehtiyac və zərurət”dir. O, bunun vacibliyini bir az da şiçirdərək, “ölüm-qalım məsələsi” kimi xarakterizə edir.

Niyə?

Bu bölgə tarix boyu bir çox hadisələrə şahidlik edib. Ermənilər hər zaman Naxçıvan mövzusunda böyük hiylələrə əl atıb, oyunlar oynayıblar. Hələ 1918-ci ildə Osmanlı imperiyasının dəstəyi ilə bu torpaqlarda Araz Respublikası yaradılmışdı. Amma o, çox keçmədən, yəni 1919-cu ildə ingilislərin işğalına məruz qaldı, bununla da respublikanın mövcudluğuna son qoyuldu. Elə həmin il erməni lobbisinin təxribatları nəticəsində bu torpaqlara ABŞ ordusu sayib çıxdı. Tarixdə bu məqam çox işıqlandırılmasa da, Amerikanın bu əraziyə girməsinin səbəbi məhz ermənilərə olan simpatiyası idi.

Məhz bu işğaldan sonra ABŞ-Daşnak birliyi böyük qətliamlar törətməyə başladı. Bu faciənin qarşısını yalnız Türk ordusu ala bildi. Nəhayət, 1920-ci ildə ərazi bu dəfə bolşeviklər tərəfindən işğal edildi.

SSRİ-nin dağılması ilə Naxçıvan ərazisi illərdir tam gücü ilə inkişaf edə bilməyən bir cəmiyyət kimi qalmaqdadır. Sıxıntı yaşayan Naxçıvan gəncləri bir yol taparaq, Rusiya, Azərbaycanın əsas hissəsi və ya Türkiyədə həyat qurmağa çalışır.

Əgər Naxçıvan Türkiyə ilə həmsərhəd, qonşusu olmasaydı, bəlkə də Ermənistan tərəfindən işğal edilmişdi. Biz bu ərazi üzərində qoruyucu gücük. Zamin də demək olar.

Baxçalı haqlıdır...

Artıq ermənilərin ucbatından böyük əziyyətlər çəkən, bu gün də sıxıntılar içərisində qovrulan Naxçıvanda vəziyyətin düzəlməsi lazımdır.

***

Tarix boyu Qafqaz və Anadolu üçün “çiban” olmuş ermənilər yenə hərəkətə keçiblər. Keçdilər və bu dəfə Azərbaycandan layiqli cavablarını aldılar. Qarabağda sıxışdırılan kimi, Azərbaycanın mülki yaşayış məntəqələrini bombalamağa başladılar. Bununla da çaqqal xislətlərini növbəti dəfə ortaya qoydular.

Bu gün onlar Azərbaycana öz ərazilərindən – Qapan, Vardenis və Berd bölgələrindən raket, mərmi atırlar. Bununla da münaqişəni işğal altında saxladıqları Qarabağdan öz ərazilərinə çəkməyə çalışırlar. Məqsəd aydındır: Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq. Ermənistanda Rusiya əsgərlərinin olduğu bəllidir.

Odur ki, Azərbaycan bu təxribata uymamalıdır.

Ermənilər tarix boyu belə olublar. Amerika, İngiltərə, Fransa və Rusiyadan istifadə ediblər. Onları bizə hücuma təhrik edib, özləri çaqqal kimi pay toplayıblar. Belə işğallar zamanı fransız qüvvələrinin dəstəyilə Anadoluda qətliamlar törədiblər.

Elə Qarabağı da məhz rusların köməyilə işğal ediblər. Əvvəlcə rus helikopterləri Azərbaycanın mübarizə əzmini qırıb, ardınca ermənilər qətliama başlayıb.

Dünya dəyişib, ermənilərin çaqqal xislətisə dəyişmir. Bu gün tarixi təkrar etməyə çalışırlar. Odur ki, tarixdən dərs çıxarmalı, buna imkan verməməliyik.

Hələlik hadisələr yaxşı cərəyan edir...

Azərbaycan həm Qarabağda döyüşür, həm də haqlı tərəf olmağın verdiyi üstünlüklə düzgün diplomatik siyasət aparır. Güclü Türkiyə tərəfindən də dəstəklənən Azərbaycan qarşısında Ermənistanın işi bu dəfə həqiqətən çətindir.

Qazdıqları quyuya özləri düşürlər!

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AKŞAM

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az