22.10.2020 09:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
Ermənistan vasitəsilə Türkiyə-Rusiya-İran müharibəsi?

 
 



Yeni Şafak, Türkiyə
08.10.2020


Müəllif: İbrahim Karagül

Azərbaycan hərbi əməliyyatları yalnız öz ərazisində aparır bu zaman əsla qanuni sərhədlərindən kənara çıxmır. Qarabağ və Azərbaycanın işğal olunmuş digər əraziləri beynəlxalq hüquqa görə, Azərbaycanın suveren ərazisidir. Sadəcə o, işğal altındadır.

Bakı məhz işğalı aradan qaldırmaq üçün qətiyyətli əməliyyatlara başlayıb. O, 30 il sonra müdafiə mövqeyini ilk dəfə tərk edir. İndi, Azərbaycan Ordusu əks-hücuma keçərək, son dərəcə uğurlu əməliyyat aparır. Azərbaycan Silahlı Qüvvələri öz kəndlərini, dağlarını, yaylasını, suyunu, torpağını təmizləyir.

Bu, müharibə deyil. Bu, terrorçularla mübarizə, daxili təhlükəsizlik əməliyyatıdır.

Buraya qədər deyilənlərdə hər hansı problem varmı? Rusiya üçün problem var? Bəs İran üçün? Yoxsa Fransa, Aİ və ya ABŞ üçün problem var?

Yoxdur... Ola da bilməz...

ATƏT-in Minsk qrupu 30 ildir işğala göz yumur. Artıq hər şey bitdi…

Azərbaycanın buna haqqı varmı? O, öz ərazisini qorumaq, azad etmək, əlində saxlamaq səlahiyyətinə malik deyilmi?

Əlbəttə malikdir! Bu, ölkənin ən fundamental, şəkksiz hüququdur.

Bu məsələdə dünya Azərbaycan tənqid edə, yaşananlara sərt reaksiya verə bilməz. Buna qarşı çıxan işğalçıdır. Bu, o deməkdir ki, həmin qüvvə Azərbaycana hücum edir!

Ermənistan üçün isə vəziyyət fərqlidir. Yerevan 30 ildir ki, Azərbaycana birbaşa hücum edir, şəhərlərini, kəndlərini tutur. Beynəlxalq ictimaiyyətin də dəstəyilə o, 30 ildir işğala zəmanət almağa çalışır.

ATƏT-in Minsk qrupu yarandığı gündən erməni işğalına zəmanət verməkdən, Azərbaycanın yolunu kəsməkdən başqa iş görməyib. O, elə Azərbaycanı əsas hədəfdən yayındırmaq məqsədilə yaradılıb və bu vəzifənin icrası ilə məşğul olub. Amma artıq hər şey bitdi…

Bəs bu dəfə Ermənistanı Azərbaycana hücuma kim təhrik edib? Bu hücumun arxasında hansı planlar durur?

Tovuz hücumu Ermənistan üçün planlı yeni işğal, arxasındakı güclər üçün isə enerji siyasəti baxımından yaxşı hesablanmış cəhd idi. Ermənilərə “Azərbaycan heç nə edə bilməz” düşüncəsilə tapşırıq verilmişdi. Onlar məhz bu fikirlə enerji resurlarslarının nəqli konfiqurasiyasını asanlıqla dəyişə biləcəklərini düşünürdülər. Hesab edirdilər ki, enerji nəqli məsələsində istədikləri dəyişikliklərə nail olacaqlar, Ermənistan öz növbəsində, qalib gələcək. Mahiyyət etibarı ilə İraq və Suriyada PKK ilə İŞİD-ə həvalə olunmuş rol Qafqazda Ermənistana verilməli idi.

Beləliklə, Tovuz böyük planın başlanğıcı idi. Davamı gəlməli idi və gəldi də. Yerevan ardıcıl, ilk baxışdan səbəbsiz hücumlara başladı, işğal ərazisini genişləndirərək, Azərbaycanı küncə sıxışdıracağını, bununla da fakt qarşısında qoyacağını düşündü.

Yerevan və arxasındakı qüvvələr şokda

Onlar bu işə 30 ildə yaşanmışların hesabı ilə başlamışdılar. O dövrün geridə qaldığını anlaya bilməyiblərmiş.

Tovuz hücumundan dərhal sonra Türkiyə ilə Azərbaycan birgə hərbi təlimlərə başladı və bu, Qafqazda “əzbərlərin bitdiyi” demək idi.

Türkiyə İraq, Suriya, Şərqi Aralıq dənizi regionunda da “əzbərləri pozmuşdu” və pozurdu. İndi bu dinamik ağıl eyni şeyi Cənubi Qafqazda edəcəkdi. Belə də oldu. Azərbaycan Ermənistanın hücumlarına heç kəsin gözləmədiyi miqyasda əməliyyatlara başlamaqla cavab verdi.

Bu, Yerevanın arxasında duran bütün ölkələr, enerji geosiyasətini dəyişməyə çalışanlar və s. üçün şok idi. Hözləmirdilər… Belə ola biləcəyini düşünmürdülər…

Azərbaycanın gücü, Əliyevin liderliyi

Azərbaycan ayağa qalxdı. O, Qafqazın ən qüdrətli dövləti olduğunu sübut etdi. Prezident İlham Əliyev cəsarətli və qətiyyətli mövqeyilə inanılmaz liderlik nümayiş etdirdi.

İndi;

Ermənistan 30 illik əməllərini davam etdirir. O, Azərbaycana hücumları dayandırmır. Hələ də Azərbaycan şəhərlərini, mülki əhalisini hədəfə alır. Halbuki, cəbhə zonasından onlarla kilometr uzaqda olan Gəncə və digər şəhərlər döyüş meydanı deyilAzərbaycansa yalnız öz qanuni ərazisində əməliyyat aparır.

Yəni Azərbaycan əməliyyat, Ermənistan isə müharibə aparır.

Çox çirkin hərbi strategiyadır: Rusiya ilə İranın müharibəyə cəlb edilməsi

1. Ermənistan müharibəni mülki ərazilərdə aparır. Qətliamlarla həyata keçirdiyi işğalı davam etdirməyə çalışır, terror üsullarından istifadə edir.

2. Ermənistan müharibəni Qarabağdan kənara çıxarmağa çalışır. Bu, çox çirkin hərbi strategiyadır. Beləliklə, Yerevan total Ermənistan-Azərbaycan müharibəsinin başlamasına, savaşın bütün regiona yaymasına cəhd edir.

3. Yerevan müharibəyə Rusiya ilə İranı da cəlb etmək istəyir. İstəyir ki, bu dövlətlər Azərbaycana müdaxilə etsin, sonda bütün Qərb dünyası səfərbər olsun.

4. Rusiya ilə İranın bu tələyə düşəcəklərini düşünmürəm. Onlar belə ucuz oyuna gəlməməlidirlər.

Bəs Yerevan bunu bacararsa, nə baş verəcək?

5. Onlar bu tələyə düşsələr, müharibə:

Birinci mərhələdə Qarabağın işğalı formatından çıxıb, Ermənistan-Azərbaycan müharibəsinə çevriləcək.

İkinci mərhələdə bütün Cənubi Qafqaza yayılacaq.

Üçüncü mərhələdə İran Azərbaycanında ciddi saraıntılara səbəb olacaq və Qərb dünyası bundan İrana qarşı istifadə edəcək.

Dördüncü mərhələdə yaşananlar Qafqazın şimalında ciddi əks-səda yaradacaq.

Beşinci və ən təhlükəli mərhələdə Türkiyə, Rusiya, İran arasında çox böyük güc mübarizəsi başlanacaq.

Türkiyə-Rusiya-İran müharibəsi planlaşdırılır?

6. Ermənistan və bu müharibəni qızışdıran qüvvələr onu üçtərəfli savaşa çevirmək istəyəcəklər. Üç ölkənin bu tələyə salınması bütün regionun – Qafqazdan Fars körfəzinə, Qara dənizdən Şərqi Aralıq dənizinədək – müharibəyə cəlbi deməkdir. Bu, böyük sarsıntılara səbəb olacaq.

7. Ermənistanı Azərbaycana hücuma təhrik edən qüvvələr Tovuzun hücumu ilə başlamış prosesdə Türkiyə-Rusiya-İran üçtərəfli savaşınamı çalışır?

8. Rusiya ilə İran Ermənistanı dərhal Qarabağdan və digər işğal zonalarından çıxarmalıdırlar. Bunu şəxsən özləri etməli, böyük tələnin fərqinə varmalıdırlar.

9.Kiçik Yerevan həm Rusiya, həm də İrana qarşı oyun oynayır.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Şafak

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az