22.10.2020 09:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
Azərbaycan əsgərləri “Sabah”a danışdılar! “Ya özləri gedəcək, ya da döyüşüb alacağıq!”

 
 



SABAH, Türkiyə
13.10.2020


Müəlliflər: Uğur Yıldırım, Sırrıberk Aslan, Abbas Çakar

Sabah” qəzetinin əməkdaşları Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmasının əldə olunmasından cəmi bir neçə saat əvvəl cəbhədə Azərbaycan əsgərlərilə görüşüblər. Əksəriyyəti elə Qarabağdan olan, könüllü vuruşan əsgərlər deyirlər ki, “Azərbaycan və Türkiyə xalqlarının duaları ilə Qarabağı almadan qayıtmayacağıq!”.

“Sabah” qəzetinin əməkdaşları Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmasının əldə olunmasından cəmi bir neçə saat əvvəl ön cəbhəyə yollanıblar. Onlar Murovdağın ətəklərində Ermənistan orudusu ilə qəhrəmancasına döyüşən azərbaycanlı əsgərlərin əzmkar mübarizəsinə şahid olublar. Bir tərəfdən erməni qüvvələri, digər yandan çətin hava şəraitilə mübarizə aparan əsgərlər deyirlər ki, “Ermənistan ordusu Qarabağdan çəkilənə qədər döyüşəcəyik. Ya özləri razılaşıb gedəcək, ya da müharibə yolu ilə alacağıq. And içmişik, Qarabağı qaytarmadan geri dönməyəcəyik. Qarabağ bizimdir!”.

Türkiyə xalqı qardaşımızdır

Əməliyyatların getdiyi ən mühüm nöqtələrindən biri məhz Murovdağdır. Dağlıq Qarabağ üçün strateji əhəmiyyət kəsb edən Murovdağ zirvəsinin azad edilməsilə işğal altındakı ərazilərə nəzarət qismən Azərbaycan Ordusunun əlinə keçib. Bu zirvəyə nəzarətin təmin edilməsi ilə, işğal altında olan Kəlbəcər və Ağdərəyə Ermənistan qüvvələrinin hərbi yük daşınmasının da qarşısı alınıb.

Azərbaycanın xüsusi təyinatlı qüvvələrindən ibarət dəstə dağlıq ərazidə, meşənin içərisilə addım-addım irəliləyərkən, artilleriya qüvvələri Ermənistanın hərbi məntəqələrini vurmaqdadır. Cəbhədə döyüşənlərin əksəriyyəti Qarabağda anadan olmuş şəxslərdir. Bu torpaqları bəlkə də analarının bətnində, yaxud qundaqda tərk etmiş bu uşaqlar 30 il sonra doğulduqları torpaqları geri qaytarmaq üçün ölümü gözə alıblar.

Əsgərlər Türkiyə xalqı və prezident Rəcəb Tayyib Erdoğana salam da göndərirlər: “Türkiyə xalqı bizim qardaşımızdır. Bu ağır gündə verdikləri dəstəyi əsla unutmayacağıq. Qarabağı almadan geri qayıtmayacağıq!”.

200 qazi əsgərlərə dəstək üçün cəbhəyə yollanıb

Ermənistanla 1990-cı illərdə aparılmış müharibədə yaralanmış azərbaycanlı qazilər də gənc əsgərlərə mənəvi dəstək olmaq üçün cəbhəyə yollanıblar. Təxminən 200 qazi Füzuli, Ağdam, Tərtər və Goranboydaki cəbhə xəttində əsgərlərə yoldaşlıq edir.

4 qəhrəman həkim vətən yolunda şəhid olub

Azərbaycan Ordusuna xidmət edən 4 hərbi həkim – Şöhrət Qasımov, Tariyel Salmanov, Turqut Xəlilbəyli və Cəmil Səlimovun Dağlıq Qarabağda azərbaycanlı əsgərlərə tibbi yardım göstərərkən şəhid olduqları bildirilir.

Türkiyədə oynamış futbolçu da cəbhədədir

Ölkəmizdə bir müddət “Kocaelispor”, “Eskişehirspor” və “Kayserispor” komandalarında forma geymiş, Azərbaycan millisinin üzvü olmuş Rəşad Sadıqov da işğal altındakı torpaqları azad etmək üçün cəbhəyə yollanıb. Bakıda dünyaya gəlmiş Sadıqov könüllü yollandığı mübarizədə silah yoldaşları ilə şəkil çəkdirib. O, 2005-2012-ci illərdə Türkiyə Super Liqasında çıxış edib.

Müharibə cinayətinin sübutları: qadağan olunmuş ağ fosfordan istifadə edilir!

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun mülki yaşayış ərazilərinə ağ fosfor tərkibli tüstü raketləri atdığını bildirir. Bərdə şəhərində yerləşən Hərbi Məlumat Mərkəzi adından danışan Elnur Həsənovun sözlərinə görə, Ermənistan davamlı olaraq yaşayış məntəqələrini atəşə tutur. O, deyir ki, Tərtər rayonunun Əskipara kəndi ilə Füzuli rayonunun Arayatlı kəndinə 2 ədəd 122 mm-lik “D-4” ağ fosfor tərkibli tüstü raketi atılıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: SABAH

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az