22.10.2020 10:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Moskvanın strategiyası

 
 



Milliyet, Türkiyə
13.10.2020


Müəllif: Deniz Kilislioğlu

Ermənistanla Azərbaycan arasında son döyüşlərin başlamasından bu yana beyinlərdə yalnız bir sual var idi: Rusiya işə nə vaxt qarışacaq? Nəhayət, döyüşlərin 12-ci günündə bu, baş verdi və tərəfləri danışıqlar masasına dəvət olundu.

Döyüşlərin 13-cü günü iki ölkənin XİN başçıları Moskvada görüşdülər. Görüşdə 10 oktyabr saat 12:00-dan etibarən atəşkəsin elan edilməsi və tərəflərin danışıqları bərpa etməsi qərara alındı. Lakin bu, yenə də ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni ABŞ, Rusiya və Fransanın vasitəçiliyilə həyata keçirilməlidir. Başqa sözlə, Moskva imzalanan sənədə bu formatın dəyişməyəcəyi maddəsini də əlavə etməklə, Türkiyə başda olmaqla, digər ölkələri prosesdən kənarda qoydu.

Rusiyanın mövqeyi nədən ibarətdir?

Əslində Ermənistanla Azərbaycan arasında son toqquşmaların başlamasından bir neçə gün əvvəl yaşanmış bir hadisə Rusiyanın mövqeyini açıq şəkildə göstərirdi. Azərbaycan Milli Məclisinin sədri Rusiyaya səfər edərək, bu ölkənin xarici işlər baziri Sergey Lavrovla görüşmüşdü. Görüşdən sonra verilən açıqlamada deyilirdi ki, Lavrov işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması, Laçın-Şuşa dəhlizinə Rusiya sülhməramlılarının yerləşdirilməsini təklif edibmiş.

Bu iddiadan sonra ortalıq qarışmış, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə bununla bağlı suala birbaşa cavab verə bilməmişdi. Az sonra isə bu xəbər ümumiyyətlə, gündəmdən çıxarılmışdı. Lakin istənilən halda, bununla, Moskvanın strategiyası ictimaiyyətə aydın olmuşdu.

Hansı 5 rayon?

Əslində, Rusiyanın bu strategiyası yeni deyil. Çox güman ki, onun danışıqların növbəti mərhələsində də mövqeyi belə olacaq. Münaqişə nəticəsində Ermənistan Azərbaycanın 7 rayonunu –Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcəri işğal edib. Onların arasında 2 rayon – Laçın və Kəlbəcər Rusiya üçün xüsusi əhəmiyyətə malikdir.

Yeri gəlmişkən, 2007-ci ildə müəyyənləşdirilmiş, bu gün də Dağlıq Qarabağ danışıqlarının bünovrəsini təşkil edən “Madrid prinsipləri”ndə də Moskvanın bu istəyi yer alır. Orada mərhələli “yol xəritəsi”ndə ilk addım Ermənistanın 5 rayondan çəkilməsidir.

Laçınla Kəlbəcər isə artıq deyildiyi kimi, Rusiyanın strategiyasında əsas bənddir. Çünki onlar Ermənistanla işğal edilmiş Dağlıq Qarabağ arasında quru yolu dəhlizidir. Bu iki rayonun Azərbaycana qaytarılması Ermənistandan Dağlıq Qarabağa hərbi kömək də daxil olmaqla, bütün daşımaların kəsilməsi deməkdir.

Regionu yaxından tədqiq edən mütəxəssislər deyirlər ki, “ruslar 5 rayonu Azərbaycana qaytarmaqla, problemin bir hissəsini həll etmək, 2 rayonun Ermənistanda qalmasını təmin etməklə isə münaqişənin tam həllini uzadmaq istəyir. Moskva müəyyən mənada regionda yeni status-kvo yaratmağa çalışır. Məqsəd regionda strateji dəyişikliyə yol verməməkdir”.

Yəni Moskva Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə çalışır. Çünki bu halda o, özünün “regionun ağası və hakimi” rolunu davam etdirəcək.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az