22.10.2020 09:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
Redaktora məktub: Dağlıq Qarabağ mübahisəli ərazidir?

 
 



Los Angeles Times, ABŞ
15.10.2020


Müəllif: Nəsimi Ağayev (Azərbaycanın Los-Ancelesdəki baş konsulu)

Dağlıq Qarabağ mübahisəli ərazi deyil. O, Azərbaycanın ayrılmaz hissəsidir. Bunu beynəlxalq ictimaiyyət də qəbul edir. Amma Ermənistan Azərbaycanın suveren ərazisinin 20%-ni – Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonubu 1990-cı illərin əvvəllərindən işğalda saxlayır. Həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Nəticədə 800 min azərbaycanlı öz doğma yurdundan didərgin düşüb.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrdə Ermənistandan hərbi birləşmələrini işğal altındakı ərazilərdən çıxarması tələb olunur. Lakin Yerevan bu qətnamələrə məhəl qoymur. Digər tərəfdən, BMT özü də qəbul etdiyi qətnamələrin icrası üçün heç nə etmir.

Hər halda, 30 ildir sülh danışıqları aparılsa da, Azərbaycan əraziləri hələ də işğal altındadır, azərbaycanlı əhali hələ də məcburi köçkün həyatı yaşayır.

Bütün bunlar azmış kimi, Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən azərbaycanlı mülki əhalini yenidən hədəfə alıb. Nəticədə indiyədək 3 uşaq daxil olmaqla, 41 dinc sakin həyatını itirib. Odur ki, Azərbaycan özünü müdafiə etməyə məcburdur.

Sülhün əldə olunması üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, qoşunlarını işğal edilmiş bütün ərazilərimizdən çıxarmalı, azərbaycanlı məcburi köçkünlər öz doğma evlərinə qayıtmalıdır. Bundan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları birlikdə sülh, əmin-amanlıq şəraitində yaşayacaq.

Yeri gəlmişkən, azərbaycanlılarla ermənilər uzun əsrlər boyu Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində sülh şəraitində birgə yaşayıblar. Odur ki, bu, nə etnik, nə də ki dini münaqişədir.

Beləliklə, ABŞ və digər böyük dövlətlər beynəlxalq hüququn aliliyinin təmin edilməsi, iki ölkə arasında sülhün bərqərar olması üçün Ermənistana təzyiq göstərməli, o, qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa məcbur edilməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Los Angeles Times

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az