22.10.2020 10:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
İranın sabiq səfiri: “Qarabağ böhranının həlli 7 rayonun girovuna çevrilib”

 
 



IRNA, İran
16.10.2020


İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın işğal altında olan ətraf 7 rayonunun azad edilməsindən asılıdır: “Azərbaycan işğal altında olan 7 rayonun dərhal azad olunmasını özünün müstəsna hüququ sayır. Nə qədər ki, həmin rayonlar azad edilməyib, Dağlıq Qarabağ münaqişəsi davam edəcək”.

Möhsün Pakayin IRNA-ya müsahibəsində Bakı ilə Yerevan arasında bir neçə gün əvvəl əldə olunmuş atəşkəs razılaşması haqda bunları deyib: “Daimi sülhə aparan davamlı atəşkəs razılaşması üçün həm Azərbaycan, həm də Ermənistanın razı qalacağı tədbirlər müəyyənləşdirilməlidir”.

Sabiq səfir Qarabağ probleminin meydana çıxma səbəbini də xatırladıb: “Sovet İttifaqının dağılmasından sonra Dağlıq Qarabağ bölgəsi müstəqilliyini elan edib. Halbuki, o, Gürcüstan, Özbəkistan, Qırğızıstan və s. kimi SSRİ-dən ayrılaraq müstəqil qazanmış dövlətlərin xüsusiyyətlərinə malik deyildi. Buna baxmayaraq, Ermənistan Dağlıq Qarabağ əhalisinin əksəriyyətinin erməni olduğunu əsas gətirərək, qondarma qurumu dəstəkləyib”.

“Məsələnin daha bir aspekti bundan ibarət idi ki, Ermənistan Qarabağın müstəqilliyini dəstəklədikdən sonra Bakının oraya hücumunun qarşısını almaq üçün Azərbaycanın 7 rayonunu bufer zonası kimi işğal edib. Bu işğal indiyədək davam edir”, - deyə diplomat bildirib.

Beləliklə, Pakayin hesab edir ki, problemin həllinə gedən yol işğal altındakı 7 rayonun azad edilməsindən keçir. “Azərbaycan işğal altında olan 7 rayonun dərhal azad olunmasını özünün müstəsna hüququ sayır. Nə qədər ki, həmin rayonlar azad edilməyib, Dağlıq Qarabağ münaqişəsi davam edəcək”, - deyə o, qeyd edib.

Atəşkəs davamlı sülhü təmin etmir

Sabiq səfir hesab edir ki, tərəflər arasında müvəqqəti atəşkəs elan oluna bilər, lakin bu, davamlı sülhə aparıb çıxarmayacaq. Onun fikrincə, atəşkəs razılaşmalarından daha çox vaxt qazanmaq, dəymiş zərəri kompensasiya etmək, yeni güc toplamaq və yeni müharibəyə hazırlaşmaq üçün istifadə olunur.

İdiyədək həyata keçirilən vasitəçilik səylərinin nəticəs qalmasına da toxunan keçmiş səfir deyib: “Vasitəçilər əsas məsələ, yəni işğal faktı ilə məşğul olmurlar. İran-İraq müharibəsi zamanı da beynəlxalq vasitəçilər İraq prezidenti Səddamdan İrandan çəkilməsini tələb etmək əvəzinə, atəşkəs çağırışları edirdilər. Halbuki, ərazilərin işğalı davam edirsə, atəşkəs mənasızdır”.

Son atəşkəs yarım saat belə, çəkməyib

M.Pakayin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada 10 saat davam etmiş danışıqlar nəticəsində əldə oldunmuş son atəşkəs razılaşmasını yada salıb: “Bu atəşkəs yarım saat belə, davam etmədi. Hazırda müharibə davam edir, tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır”.

Diplomat Azərbaycan xalqının atəşkəs razılaşmasını narazılıqla qarşıladığına da diqqət çəkib: “Azərbaycan xalqı atəşkəsdən narazı idi. Çünki 7 rayonun işğalı bir milyon insanın öz yurdundan didərgin düşməsinə səbəb olub. Müharibə qaçqınları öz evlərinə, dogma şəhərlərinə qayıtmaq istəyir”.

Qarabağ böhranının həlli 7 rayonun girovuna çevrilib

Sabiq səfir hesab edir ki, Dağlıq Qarabağ böhranının həlli Azərbaycanın işğal olunmuş yeddi rayonunun girovuna çevrilib. Doğrudur, Ermənistan bu 7 rayona iddia etmir, lakin həmin rayonları Dağlıq Qarabağın bufer zonası sayır. Odur ki, siyasi danışıqlara zəmin yaradılması üçün həmin rayonların işğalına son qoyulmalıdır.

Möhsün Pakayin hesab edir ki, Bakı ilə Yerevan arasında davamlı atəşkəsi təmin edəcək yeganə mexanizm BMT Təhlükəsizlik Şurasıdır: “Atəşkəs üçün yeganə mexanizm BMT Təhlükəsizlik Şurasıdır. Qurum Azərbaycanın işğal altındakı ərazilərinin işğalına son qoyulmasını tələb edən 4 qətnamə də qəbul edib. Təəssüf ki, həmin qətnamələrin tələbləri bu günədək yerinə yetirilməyib”.

“Təhlükəsizlik Şurasının əlində BMT Nizamnaməsinin 7-ci maddəsi, sanksiyaların tətbiqi və hətta güc tətbiqi kimi əsaslar var. Lakin onun bəzi üzvləri – bəziləri Minsk qrupuna həmsədrlik edir – bu qətnamələrin icrasına nail ola bilmir. Nə qədər ki, həmin qətnamələrə əməl olunmayb, beynəlxalq vasitəçilik nəticə verməyəcək”, - deyə Pakayin qeyd edib.

Bəzi dövlətlər Qarabağ münaqişəsinin həllini istəmir

Pakayinin fikrincə, bəzi regional və transregional dövlətlər Dağlıq Qarabağ böhranının davam etməsində xüsusi rol oynayır: “Bəzi regional aktorlar Dağlıq Qarabağ böhranının davam etməsindən yararlanır. Onlardan biri də sionist rejimidir. Çünki onlar müharibə bəhanəsilə öz silahlarını satır. Yerevan məhz İsraillə Azərbaycan arasında münasibətləri zəiflətmək üçün Təl-Əvivlə rəsmi əlaqələr qurmaq qərarına gəlib. Dağlıq Qarabağ böhranının davam etməsilə İsrail həm silahlarını satır, həm də kəşfiyyat və casusluq sahəsində hər iki ölkə ilə əməkdaşlıq edir. O, Erminstan və Azərbaycanın İranla münasibətlərini gərginləşdirməyə də çalışır”.

“Türkiyə ilə Ermənistan arasında sərhəd mübahisələrinin, düşmən münasibətlərinin olduğu da aydındır. Ankara da türk dövləti olan Bakı ilə əlaqələrini möhkəmləndirmək, eyni zamanda Yerevana zərbə vurmaq üçün gərginliyin davam etməsində maraqlıdır. Rusiyaya gəlincə, o, Sovet İttifaqından ayrılaraq müstəqillik qazanmış ölkələrin Moskvadan asılı qalmasını istəyir”, - deyə sabiq səfiq bildirib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az