26.11.2020 08:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?

 
 



Pravda.ru, Rusiya
20.10.2020


Müəllif: İnna Novikova

Dağlıq Qarabağda yeni müharibə necə gedir? Tərəflərin vəziyyəti necədir? Onlar necə davranır, deyir? Uğur kimin tərəfindədir? Böyük potensialı olan Azərbaycan ermənilərin “Majino xətti”ni keçə biləcəkmi? Dinc əhali çoxmu zərər çəkir? Müasir silahlardan endirilən zərbələr gələcəkdə hansı faciəvi nəticələrə aparıb çıxara bilər? Düşmənləri danışıqlar masası arxasında oturtmaq mükündürmü? üçün indi yox?

Bütün bunlar bir sıra digər məsələlər bərədə bizə “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko danışıb.

- İqor, Qarabağda bu il artıq hərbi toqquşmalar olmuş, lakin tez başa çatmışdı. Bu haqda düşünürsünüz?

- Bəli, iyulda toqquşmaları çox şükür ki, Rusiya və digər ölkələrin iştirakı ilə tez dayandırmaq mümkün olmuşdu. Lakin gördüyümüz kimi, artıq 90-cı illərin əvvəlində olduğu kimi total, tammiqyaslı müharibə başlayıb və davam edir. Azərbaycan ərazisinin 20%-ni özündə saxlayan Ermənistan ordusu irəliləməkdə olan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşür. Tərəflər münaqişənin yenidən alovlanmasında bir-birini ittiham edir.

Hərbi əməliyyatlar + informasiya savaşı

Əslində, indi bu, o qədər də vacib deyi. Çünki hər iki tərəf informasiya müharibəsi aparır. Bu səbəbdən biz faktları inanılması mümkün olmayan hadisələrdən ayıra bilməliyik.

Azərbaycan Ordusu bir sıra əraziləri, strateji yüksəklikləri tədricən və planlı şəkildə ələ keçirərək, erməni silahlı qüvvələrini və Dağlıq Qarabağın özünümüdafiə dəstələrini geri çəkilməyə məcbur edir. Hələlik hərbi uğur Azərbaycanın tərəfindədir, hərçənd söhbət bir anda əldə edilmiş uğurdan getmir.

Anlamaq lazımdır ki, orada söhbət Ermənistanın 20 ildən artıq müddətdə möhkəm müdafiə xətti, uzunmüddətli mühəndis qurğuları, tam profilli səngərlər yaratdığı dağ massivlərindən gedir. Bu, “Majino xətti” faktiki olaraq Qarabağ dağlarından keçir və bu səbəbdən aydındır ki, heç kim oranı tanklarla adlaya bilməz.

Döyüş əməliyyatlarının dinamikası ərazinin relyefi və insan itkisinin az olması istəyindən irəli gəlir. Ən azı, Azərbaycan məsələyə belə yanaşır.

Beləliklə, tərəflər tammiqyaslı savaşa keçib.

- Dağlıq Qarabağda baş verənləri tərəflərin özləri necə qiymətləndirir? İtkilər nə qədərdir? Dinc əhali arasında təlafat çoxdurmu? Rəsilərin ritorikası necədir?

- Aydın məsələdir ki, hər iki tərəfdən dinc əhali arasında itkilər, mülki obyektlərin dağılması faktları var. Bunu onların özləri də etiraf edir. Ermənistan və tanınmamış Dağlıq Qarabağ bəyan edir ki, onlar Azərbaycanın şəhərlərinə atəş açacaqlar. Özü də bunu birbaşa deyir və hətta Rusiya kanallarında səsləndirirlər. Rəsmi Bakının ritorikası isə bir qədər fərqlidir. İlham Əliyev deyir ki, biz Dağlıq Qarabağda yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq və onlara qarşı hər hansı repressiv addım atılmayacaq. Döyüş əməliyyatlarının getdiyi dövrdə Azərbaycan humanitar dəhlizlər açmağa da hazırdır. Azərbaycan prezidenti həmçinin silahlı qüvvələrə Cenevrə konvensiyalarına, beynəlxalq humanitar hüququn normalarına əməl etməyi, dinc əhali arasında mümkün qədər itkilərə yol verməməyi və hətta bunu tam istisna etməyi tapşırıb. Əlbəttə, bu rəsmi bəyanatlardır, döyüş şəraitində bunun nə dərəcədə mümkün olacağını və gələcəkdə nəyin baş verəcəyini demək çətindir.

Ermənistansa neft kəmərlərini, su bəndinin olduğu şəhəri belə, atəşə tutur. Bu bəndin dağılması miqyaslı texnogen fəlakətə səbəb ola bilər. Azərbaycanın son dərəcə vacib əhəmiyyət daşıyan strateji obyektlərinə zərbələrin endirilməsi faktları artıq qeydə alınıb. Digər tərəfdən biz Stepanakertdə (Xankəndi - WM) və Dağlıq Qarabağ ərazisindəki digər şəhərlərdə də döyüş əməliyyatları nəticəsində insanların və mülki obyektlərin zərər çəkdiyini görürük.

- Həmişəki kimi, müharibədən hamı zərə çəkir. Bəs çıxış yolu nədir? Düşmənləri danışıqlar masası arxasına əyləşdirmək mümkündürmü?

- Hesab edirəm ki, yalnız bir çıxış yolu var – danışıqlar. Lakin fikrimcə, tərəflərdən hansısa hərbi üstünlüyü əldə keçirməyənədək, danışıqlar masası arxasına oturulmayacaq, vasitəçilərin xidmətindən istifadə olunmayacaq. Yalnız bundan sonra uduzmağa başlayan tərəf real güzəştlərə meyllənəcək. Vəziyyət dəyişəcək, ya yox, demək çətindir. Maddi-texniki resurslar və müasir, yüksək dəqiqlikli silahlar baxımından Azərbaycanın potensialı yüksəkdir. Bu, gələcəkdə Azərbaycanın Dağlıq Qarabağın dərinliyinə doğru irəliləməsi ilə nəticələnəcəkmi, bunu yaxın zamanlarda biləcəyik.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Pravda.ru

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az