26.11.2020 07:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Misli görünməmiş riyakarlıq!

 
 



Yeni Şafak, Türkiyə
20.10.2020


Müəllif: Abdullah Muradoğlu

Yalnız Qərb dövlətləri hökumətlərinin deyil, Qərb KİV-nin də Azərbaycan ərasizinin 20%-ni işğal etmiş Ermənistana dəstək verməsi mütəşəkkil riyakarlıq nümunəsidir.

Oxuduğum xəbərlərin, məqalələrin az qala hamısında Qarabağ daxil olmaqla, işğal altındakı bütün ərazilərin beynəlxalq hüquqa görə Azərbaycana məxsus olduğu bildirilir. Buna baxmayaraq, elə həmin yazıların özündə Ermənistana açıq dəstək var. Üstəlik, Ermənistanın işğalçı mövqeyinə haqq qazandırmaq üçün 1915-ci ildə baş vermiş qondarma “erməni soyqırımı” iddilarına belə, eyhamlara rast gəlinir. Bu da son deyil. Bəziləri hazırkı vəziyyəti konteksti dəyişməklə, müsəlmanların “xristian ermənilər”ə hücumu kimi təqdim edir.

Eyni dairələr işğalcı güclərə qarşı vətən müharibəsi aparan Azərbaycana Türkiyənin mənəvi dəstəyini müxtəlif uydurma iddialarla hədəfə alır. Qərb nəşrlərində indiyədək erməni qüvvələrinin işğal etdikləri torpaqlardan geri çəkilməli olduğu haqda heç bir şərh oxuya bilməmişəm. Halbuki, iki dövlətin barışmasını istəyənlər bilməlidir ki, bunun ilk şərti erməni qüvvələrinin 30 ildir işğalda saxladıqları torpaqlardan çəkilməsidir.

Riyakarlığın bariz nümunələrindən biri də Ermənistana dəstək bəyanatı verən ABŞ-ın dövlət katibi Mayk Pompeonun Türkiyəni Azərbaycanı dəstəkləməkdə günahlandırmasıdır. Pompeo iddia edir ki, Ankara münaqişəyə müdaxilə, Azərbaycana kömək etməklə, Bakının hərbi gücünü artırır. Bu, həqiqətən də ABŞ-ın misilsiz riyakarlığının zirvəsidir. Halbuki, Vaşinqtonun özü bir çox münaqişə bölgəsinin bir nömrəli silah və bomba tədarükçüsüdür.

Dünyanın ən böyük silah satıcısı olan ABŞ-in istehsal etdiyi bombaların Yəmən başda olmaqla bir çox ölkədə mülki vətəndaşlara qarşı istifadə olunduğu hər kəsə məlumdur. BMT-nin məlumatına görə, Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin Yəmənə endirdikləri aviazərbələr nəticəsində həlak olmuş mülki vətəndaşlar burada ümumilikdə dünyasını dəyişmiş dinc sakinlərin 60%-dən çoxunu təşkil edir. Bu ölkəyə hava hücumlarında istifadə edilən təyyarələrin, helikopterlərin, bombaların mənbəyi məhz ABŞ-dır. Bu əməliyyatlar nəticəsində Yəməndə yüz mindən çox insan ölüb, milyonlarla insan köçkünə çevrilib, aclıq, vəba epidemiyası böyük fəlakətə çevrilib.

Bütün bunlar azmış kimi, ABŞ Konqresinin Yəməndəki mülki itkilərə görə Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasına dair qərarına Donald Tramp tərəfindən veto qoyulub. Amerika mediası yazır ki, Yəməndə vətəndaş müharibəsinin başlamasından sonra ABŞ-ın Səudiyyəyə silah satışı iki dəfədən çox artıb. Yaxın Şərqə silah tədarükünün süz yarısı da Vaşinqtonun payına düşür.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatlarına görə, Birləşmiş Ştatların Yaxın Şərq və Şimali Afrikaya satdığı silahların miqdarı Rusiyanın bölgəyə satdığı silahlardan 3, Fransanınkında 5, İngiltərəninkindən 10, Çininkindən 16 dəfə çoxdur.

ABŞ-da “Brown University Watson International and Public Relations Institute” tərəfindən hazırlanmış hesabatda deyilir ki, son 20 ildə ABŞ-ın birbaşa və dolayı təsirilə Əfqanıstan, İraq, Somali və Yəmən başda olmaqla müxtəlif ölkələrdən ən azı 37 milyon insan qaçqın düşüb. Bu, İkinci Dünya müharibəsi istisna olmaqla, 1900-cü ildən bu yana bütün qarşıdurmalar səbəb olduğu qaçqın sayından çoxdur.

Sentyabrda yayımlanmış hesabatda, Amerika hökumətlərinin başlatdığı və ya iştirak etdiyi qarşıdurmaların və müharibələrin səbəb olduğu dərin humanitar fəlakətlərə xüsusi diqqət yetirilir. Qondarma “misilsiz Amerikan müdaxiləsi”nin mənzərəsini ortaya qoyan hesabatı şərh edən amerikalı yazıçılardan biri deyib: “Hökumətimizin başladığı və ya iştirak etdiyi müharibələr nəticəsində didərgin düşmüş on milyonlarla insanı düşündükdə özümüzə sual verməliyik: hökumətimizin bu qədər fərqli yerlərdə bu qədər lazımsız əzab-əziyyətə səbəb olmasına niyə icazə veririk?”.

Odur ki, dövlət katibi Mayk Pompeo Türkiyəni günahlandırmaqdasa, öz vətəndaşlarının bu haqlı sualına cavab verməlidir. Verə bilər?

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Şafak

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az