26.11.2020 07:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”

 
 



La Repubblica, İtaliya
21.10.2020


Müəllif: Pietro Del Re

“Biz Ermənistan qoşunlarının Dağlıq Qarabağı işğal etməsi nəticəsində etnik təmizləməyə məruz qalmış azərbaycanlılar üçün ədalət istəyirik”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib.“Bu gün bizim yeganə məqsədimiz regiona sülh gətirməkdir”, - deyə o, qeyd edib.

Son günlər Ermənistanla Azərbaycan arasında şiddətli döyüşlər gedir. Bir müddət əvvəl tərəflər Moskvanın vasitəçiliyilə atəşkəs razılaşması imzalasa da, toqquşmaları dayandırmaq mümkün olmayıb.

- İstər Rusiya, istərsə də Fransa iddia edir ki, Azərbaycan qoşunlarının sıralarında suriyalı terrorçular da döyüşür. Bu haqda nə deyə bilərsiniz?

- Bu, Azərbaycan əleyhinə yönəlmiş təbliğatdır. Bizim muzdlu döyüşçülərə ehtiyacımız yoxdur. Azərbaycanın kifayət qədər güclü təlim keçmiş ordusu var.

Əksinə, ordu sıralarına istər Avropa ölkələrindən, istərsə də ABŞ-dan muzdlular cəlb edən Ermənistandır.

- Mən Stepanakertdə (Xankəndi - WM), Martakertdə (Ağdərə - WM) xəstəxanalara, dinc əhalinin yaşadığı ərazilərə bombaların yağdırıldığını öz gözlərimlə gördüm. Mülki əhaliyə qarşı bu qəzəbin səbəbi nədir?

- Eyni vəziyyətlə biz də üzləşirik. Ermənilər Azərbaycanın dinc şəhərlərinə yüzlərlə raket atır. Onlar Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə də raket zərbələri endiriblər. Bizdən fərqli olaraq, ermənilər bu zaman ballistik raketlərdən istifadə edir. Fikir verin, bizdə həlak olmuş mülki şəxslərin sayı Ermənistandakı ilə müqayisədə 2 dəfə çoxdur.

Xankəndinin bombalanmasına gəlincə, bilirik ki, ermənilər bu şəhərin yaxınlığında mühüm raket bazası qurub. Hədəf belə obyektlərdir. Artilleriya zərbələrimiz zamanı ətrafa də müəyyən zərər verməmiz mümkündür.

- Bakının məqsədi Dağlıq Qarabağı yenidən ilhaq etməkdirmi?

- Xeyr. Bizim məqsədimiz ermənilər tərəfindən işğal olunmuş, azərbaycanlıların qovulduğu bu torpaqlarda ədaləti bərpa etməkdir.

- Dağlıq Qarabağın mədəni mərkəzi sayılan Şuşidəki (Şuşa - WM) kilsə də raket zərbələri nəticəsində ciddi zədə alıb. Bu müharibənin həm də dini münaqişə olduğu haqda fikirlərə münasibətiniz necədir?

- Bu, qətiyyən belə deyil. Münaqişəni ermənilər dini müstəviyə çəkmək istəyir.

Kilsəyə gəlincə, biz istintaqın aparılmasını istəyirik. Çünki onun bizim artilleriya zərbələrimiz nəticəsində dağılmasına ciddi şübhələrimiz var.

- Sentyabrın 27-də münaqişənin yenidən alovlanmasına nə səbəb oldu?

- Səbəbkar Ermənistandır. 2018-ci ildə hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan az sonra Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bildirmişdi. Bir neçə həftədir davam edən müharibəyə məhz o rəvac verib.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: La Repubblica

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az