26.11.2020 07:19
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Paşinyan indi də bu oyunu oynayır!

 
 



HABERTÜRK, Türkiyə
22.10.2020


Müəllif: Prof. Dr. Kürşad Zorlu

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilmiş görüşündən sonra artıq ikinci dəfə elan olunmuş atəşkəsə baxmayaraq, ermənilər hücumları dayandırmır. Nəticədə buna cavab olaraq, Azərbaycan Ordusu irəliləməkdə davam edir.

Ermənistan tərəfinin atəşkəs rejimindən qüvvə toplamaq üçün istifadə etmək planı Azərbaycan tərəfindən sərt qarşılanıb. Bununla da Paşinyan daha çıxılmaz vəziyyətə düşüb.

Bir məqam çox vurğulanmasa da, aydındır ki, Bakının bu bu müddət ərzində əldə etdiyi strateji uğurlardan biri də geri qaytarılmış ərazilərin heç birinin təkrar itirilməməsidir. Bu, davamlı stabilliyin, motivasiyanın təminatçısıdır. Beləliklə, Ermənistanın bu müharibədə hərbi baxımdan qalib gələ bilməyəcəyi reallığı hər keçən gün özünü daha aydın göstərir.

Bu gün Azərbaycan işğal olunmuş 7 rayonundan üçünü geri qaytara bilib. Daha bir rayon azad olunmaq ərəfəsindədir. Kəlbəcər-Zəngilan-Qubadlı xətti birləşdiyi zaman, Laçın dəhlizinin də nəzarət altına alınması çox vaxt tələb etməyəcək. Beləliklə, Şuşa başda olmaqla Dağlıq Qarabağ ərazisinin işğaldan tam azad edilməsi üçün çox qısa zaman lazım olacaq. Çünki, bu xətt qırıldıqdan sonra Dağlıq Qarabağın nə şimaldan, nə də cənubdan qorunmaq imkanı var. Azərbaycan Ordusunu bu mövqedən sadəcə 30 kilometrlik məsafə ayırır.

Bu gedişlə Ermənistan üçün yalnız bir çıxış yolu qalır. Təxminən 4400 kvadrat kilometr əraziyə malik olan Dağlıq Qarabağın statusunu qorumaq və mümkün qədər tez tanınmasını təmin etmək. Məhz bu bəqsədlə erməni kilsəsindən Dağlıq Qarabağa xüsusi xaç aparılıb. Baş keşiş Pargev Martirosyan Ermənilərin qalib gəlməsi üçün dua edir.

Daha sonra Katolik kilsəsi Dağlıq Qarabağın tanınması üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirib. Ermənistanın baş prokuroru Artur Davtyan isə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının iclasında Azərbaycan və Türkiyədən şikayətlənib.

Bundan başqa, Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib ki, Dağlıq Qarabağdakı döyüşlərdə Suriyadan olan muzdlular da döyüşür və bu üzdən, Yerevan rəsmən Rusiyaya müraciət etməlidir.

Artıq Paşinyan da bu mövzuda iki mühüm çıxış edib.

“Dağlıq Qarabağdakı ermənilər yox olma təhlükəsi ilə üz-üzədir. Bu günə qədər tanınmayan Dağlıq Qarabağ torpaqlarında yaşayan ermənilər Azərbaycanın nəzarəti altında sağ qalmayacaqlar. Azərbaycan ilə yalnız bir şərtlə danışığa gedə bilərik – Dağlıq Qarabağ öz müqəddəratını özü təyin etməlidir”, - deyə o, qeyd edib. Baş nazir münaqişə ilə bağlı Putinlə danışıqları davam etdirdiyini də söyləyib.

2008-ci ildə imzalanmış “Madrid prinsipləri”ni rədd etmiş Ermənistan bu gün üzləşdiyi vəziyyətdə 5 rayonu geri qaytarmağa hazırdır. Qeyd etmək lazımdır ki, “Madrid prinspiləri” ermənilərin Qarabağ ətrafındakı rayonlardan çıxmasını tələb etsə də, bölgənin yekun statusunun növbəti illərdə keçiriləcək referendumla həll olunmasını nəzərdə tutur. Burada hansısa mərhələdə Dağlıq Qarabağa yüksək müxtariyyətin verilməsindən danışılırdı. Lakin buna baxmayaraq, Sarqsyan tərəflərin bu prinsiplər üzərindəki razılaşmasına əməl etməmişdi. Çünki orada yurdlarından didərgin salınmış insanların öz torpaqlarına qayıtması maddəsi də var. Bu halda bir müddət sonra Qarabağa ciddi təzyiqlərin olacağ istisna deyildi.

Paşinyan isə ötən dövr ərzində yalnız bir mövqedən çıxış edib: Dağlıq Qarabağ geri verilməyəcək və onun müstəqilliyi tanınacaq. Bu halda Azərbaycan 7 rayonunu geri alsa belə, Dağlıq Qarabağ ərazəsi Cənubi Qafqazda “çiban” kimi qalacaq. Azərbaycan bu oyuna aldanmamalıdır...

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az