26.11.2020 08:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Azərbaycan təkcə ermənilərlə döyüşmür

 
 



Milliyet, Türkiyə
28.10.2020


Müəllif: Tunca Bengin

Azərbaycan işğal altındakı ard-arda azad edir. Artıq Qarabağın cənub sərhədini tam nəzarətə götürmüş Azərbaycan Ordusu strateji Laçın dəhlizi və Qubadlı istiqamətində irəliləyir. Baxmayaraq ki, ermənilərlə çiyin-çiyinə PKK terrorçuları və muzdlular da vuruşurlar. Üstəlik, Ermənistanı təhrik edən ölkələr ona silah, maliyyə və diplomatik dəstək də verir.

Başqa sözlə, ilk baxışdan görünən odur ki, Azərbaycan hüququ, qanunları tanımayan işğalçı Ermənistanla savaşır. Amma əslində bu, qaranlıq ittifaqlarla, bədnam əməllərlə müharibədir. Odur ki, əməliyyatın çətinliyi yalnız bölgənin coğrafi şəraitilə bağlı deyil. Onu çətinləşdirən sadaladığımız amillərdir.

Belə olmasaydı, ordusu məğlub olan, ağır itki verən Ermənistanın baş naziri Paşinyan hələ də “problemin diplomatik həlli yoxdur” deyərək meydan oxuya bilərdimi? Söhbət əsgərləri cəbhədən qaçan, iqtisadiyyatı çökmüş Ermənistandan gedir. Odur ki, ortaya sual çıxır: Ermənistan PKK terrorçularına ödəməli olduğu pulu, atdığı raketləri haradan alır?

Cavabı İstanbul Aydın Universitetinin müəllimi, təqaüddə olan briqada generalı Dr. Naim Babüroğlu verir: “Terror təşkilatı olan PKK/YPG onsuz da ABŞ-ın qlobal strateji silahıdır. Lakin onların maliyyə dəstəyini ABŞ və Fransadakı erməni lobbisi təmin edir. ABŞ özü təmin edə bilməzmi? Əlbətdə bilər. Əgər Ermənistan ordusunu gücləndirmək üçün terror təşkilatlarından, xüsusi hərbi birləşmələrdən istifadə olunarsa ki, olunur – əmin olun, ABŞ bunu edəcək. Silah da verir. Üstəlik, heç zaman bu torpaqların işğal olunduğunu demir, deməz də. Yəni ABŞ hər zaman Ermənistanın yanında olacaq. Fransa üçünsə bu, onsuz da həmişə belədir. Qaldı Rusiya, Ermənistan onun bağçasıdır. Özü də arxa baxçası yox, həyəti! Ermənistan ordusu tamamilə Rusiyanın nəzarətindədir. Görəcəksiniz, Paşinyan ya tezliklə istefaya gedəcək, ya ordunun bir qanadı tərəfindən istefaya göndəriləcək, ya da hakimiyyətdən siyası qanad tərəfindən uzaqlaşdırılaraq. O, Putinə yaxın şəxslə əvəzlənəcək”.

Bütün bunlar Rusiya ilə ABŞ-ın çiyin-çiyinə verdikləri anlamına gəlirmi?

“ABŞ ilə Rusiya Ermənistanın tam məğlubiyyətə uğramasını önləmək üçün razılığa gəliblər. Putin Minsk qrupunda bu səbəbdən ABŞ və Fransa ilə işləmək istəyir. Türkiyəni masa ətrafına buraxmaq istəmirlər. Odur ki, əməliyyatlar elə də asan keçmir. Bəziləri deyir ki, döyüşlər qarşıdakı iki həftə ərzində bitər. Yox, bitməz. Bu, bir neçə ay çəkə bilər. Çünki Ermənistan ordusunda PKK var, muzdlu döyüşçülər var, ABŞ, Rusiya, Fransa amili var...”.

Yəni Azərbaycan Ordusu təkcə ermənilərlə vuruşmur?

“Əlbəttə ki, yox. Azərbaycan yalnız ermənilərlə döyüşsəydi, atəşkəs razılaşmasını imzalaması üçün Moskvaya çağrılmasaydı, Rusiya silahları olmasaydı (atılan mərmilərin hamısı Rusiya istehsalıdır) vəziyyət daha fərqli olardı.

Rusiyanın Ermənistanda iki hərbi bazası var, “S-300”ləri var, o, Ermənistana çox sayda silah-sursat verir. Hələ 1992-ci ildə Ermənistanın Müdafiə Nazirliyi yaradılan zaman süquta uğramış SSRİ-nin ordakı büyün silahları Ermənistana verilmişdi. Daha sonra, 2008-ci ildə Rusiya Gürcüstandan çəkilən zaman oradakı silahlarını da Ermənistana verib. Vladimir Putin 2013-cü ildə Ermənistanı ziyarət edən zaman Rusiya hərbi bazasının yerləşdiyi Gümrüyə də baş çəkmişdi.

Bir sözlə, söhbət Rusiyanın saysız-hesabsız silah sistemlərindən, ABŞ-ın diplomatik dəstəyindən, ABŞ və Fransadakı erməni lobbisinin maliyyə və təbliğat dəstəyindən gedir. Üstəlik, Fransa ermənilərə hərbi dəstək də verir. O, bu ölkəyə kargo təyyarələrilə humanitar yardım adı altında silah göndərir...”.

Bunlar olmasaydı?

“Şübhəsiz ki, təkbətək qalsaydılar, Azərbaycan işğal edilmiş bütün vətən torpraqlarını artıq azad etmişdi. Ermənistanın yardım və dəstək olmadan işğal altındakı ərazilərdə duruş gətirməsi mümkün deyil. Bunun infrastruktur dəstəyi, təchizatı, sistemi, hava hücumundan müdafiəsi də var. Ermənistan bunları öz pulu ilə əldə etmək gücündə deyil.

Ermənistanın hərbi büdcəsi cəmi 650 milyon dollardır – heç 1 milyard dollar belə, deyil. Azərbaycanın hərbi büdcəsi isə bundan 4 dəfə çox! Ermənistanın ümumi daxili məhsulu cəmi 12 milyard dollardır. Azərbaycanınkı isə bundan 4 dəfə çox! Ermənistanın nə nefti var, nə digər yeraltı sərvəti. Yəni o, neft-qaz ölkəsi kimi tanınan Azərbaycanla müqayisə edilə biləcək iqtisadi güc deyil. Odur ki, Ermənistan lobbilərsiz, maliyyə, silah dəstəyi olmadan yaşaya bilməz”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az