26.11.2020 08:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
İşğalçılığa və təcavüzə qarşı 30 illik sükut

 
 



ARAZ NEWS, İran
03.11.2020


Müəllif: Həsən Ərk

İranın ziyalı və mədəni elitası işğalçıların 30 ildir Azərbaycana qarşı törətdiyi cinayətləri müharibə saymır, amma Azərbaycanın 5 həftədir həyata keçirdiyi hərbi əməliyyatları iki qonşu ölkə arasında müharibə kimi qiymətləndirir, üstəlik, tərəfləri müharibəni dayandırmağa, sülh və əmin-amanlıq şəraitində birgə yaşamağa çağırır.

Ermənistan hərbi təcüvüz nəticəsində 30 ilə yaxındır Azərbaycan ərazisinin təxminən 20%-ni işğal altında saxlayır. Ermənilər bu işğal zamanı minlərlə müsəlman azərbaycanlı qadını, saysız-hesabsız uşağı qətlə yetirib. Onlar müsəlman Azərbaycan türklərini qorxutmaq üçün yüzlərlə insanı diri-diri doğrayıb, 1 milyon insanı ata-baba yurdundan qovub. Bütün bu hadisələrin üzərindən təxminən 30 il keçir.

Amma....

Azərbaycan 5 həftədir ki, işğal altındakı torpaqlarını geri qaytarmaq üçün hərbi əməliyyatlar keçirir. Minlərlə günahsız azərbaycanlının kütləvi qətliamına, 1 milyon Azərbaycan türkünün öz yurdundan didərgin salınmasına 30 ildir reaksiya göstərməyən İranın sosial-mədəni dairələri Bakının 5 həftədir həyata keçirdiyi əməliyyatlardan o qədər təsirlənib ki... Sanki onların vicdanı indi oyanıb. Onlar Azərbaycanı əməliyyatları dərhal dayandırmağa səsləyirlər.

Deyirlər ki, “bütün vicdanlı şəxslər insan ləyaqəti naminə müharibəni pisləməli, tərəfləri dialoqa, sülhə dəvət etməlidir”.

Bəs bu vicdan ötən 30 ildə Ermənistanı bir dəfə də olsun Qafqazın müsəlman türklərini qətlə yetirməməyə çağırıbmı? Azərbaycanın ərazilərini işğaldan azad etmək üçün 5 həftədir apardığı əməliyyatların arxasında necə bir sirr var ki, mərkəzə (İran hökumətinə) bağlı mədəniyyət və incəsənət dairələri bu qədər əl-ayağa düşüb?

Bu sadə sualın cavabı çox ağrılıdır. İranın mərkəzçi yönümlü ziyalı-mədəni elitası bu cavabı eşitmək istəməz. Onlar bu sualın cavabından çox qorxurlar.

İnanmırsınız?

Bəyanatı yenidən oxuyun. Onların hər sözündə, cümləsində qorxu, iztirab görəcəksiniz!

İranın ziyalı elitası bu qorxuya qalib gəlmədən demokratiya və inkişafa nail ola bilməyəcək. Bu dairələr özləri-özlərinə mütləq bu sualı verməlidirlər: 30 illik erməni təcavüzü, qətliamları onların vicdanını niyə sızlatmayıb? Və Azərbaycanın öz ərazilərini işğaldan qurtarmaq üçün 5 həftədir apardığı əməliyyatlar onları niyə belə təlaşa salıb? Bu qədər fərqli yanaşma nədən qaynaqlanır? Bu düşüncə onların beynində necə yuva salıb?

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ARAZ NEWS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az