26.11.2020 07:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Prezident Əliyevdən önəmli bəyanat: “Şuşaya bir nəfəs qədər yaxınıq!”

 
 



HABERTÜRK, Türkiyə
04.11.2020


Müəllif: Prof. Dr. Kürşad Zorlu

Qarabağın işğaldan azad edilməsi əməliyyatının 35-ci günü qardaş Azərbaycan torpaqlarındayıq. Bəlkə də bu haqda çox danışılmır, amma Azərbaycanın Qarabağdakı mübarizəsi bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.

Odur ki, biz də öz növbəmizdə, Türkiyənin son baş naziri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətilə paytaxt Bakıya yollanmışdıq. Nümayəndə heyətinin tərkibinə TBMM sədrinin müavini Cəlal Adan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, İstanbulun deputatı Şamil Ayrım da daxil idilər.

Bütün səfər boyu Azərbaycanda Binəli bəyə böyük marağın olduğunu müşahidə etdim. Bir ara gənclərin qarşımıza “Türkiyə, sizinləyik!” plakatları ilə çıxması ilə emosiya dolu anlar da yaşadıq.

Əlaqələrimizdən danışmağa başlayan zaman isə əvvəlcə İzmirdəki üzücü zəlzələ haqqda məlumat verdi. Fikri daim orada idi...

Səhər saatlarında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovla görüşdük. Əhmədov 2007-ci ildən bu vəzifədədir. Hətta, həmin il götürdüyüm müsahibədə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan tərəfindən mümkün tanınması ilə bağlı hadisələrin necə inkişaf edə biləcəyini onun dilindən eşitmişdim. Bu təşəbbüsün hələ də nəticəsiz qalmasının səbəbi Qarabağ probleminin həll olunmamasıdır.

Bu görüşdən Prezident İqamətgahına yollandıq. Yol boyu diqqətimizi bəzi nişanlar cəlb edirdi. Söhbət Qarabağın işğal olunmuş və işğaldan azad edilmiş rayonlarına neçə kilometr yolun qaldığını göstərən lövhələrdən gedir. Çox anlamlıdır...

Prezident İlham Əliyev bizi “evinizə xoş gəlmisiniz” deyərək salamladı. Əhvalı çox yüksək idi, şən görünürdü. Bu mənzərə də cəbhədə işlərin yaxşı getdiyinə dəlalət edirdi.

Əliyev əvvəlcə prezident Ərdoğan, onun Azərbaycana dəstəyi haqda danışdı. “Fikri və qəlbi həmişə buradadır. Əgər Türkiyə bu qəti mövqeyilə əvvəldən bizim yanımızda olmasaydı, bəzi ölkələrin səsi başqa cür də çıxa bilərdi”, - deyə o, bildirdi.

İki lider arasındakı münasibətlər həqiqətən “bir millət, iki dövlət” şüarına layiqli şəkildədir... Xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya bir gün əvvəl baş tutmuş səfəri haqda qərar iki lider arasında söhbətdən cəmi bir neçə dəqiqə sonra verilibmiş. Həm də çox vacib bir məsələdə. Prezident Ərdoğan İ.Əliyevdən “vəziyyət necədir? İşğalı nə vaxt bitirirsiniz?” soruşub, Əliyev isə deyib ki, “irəlilədikcə görürük ki, hər yerdə evləri, məktəbləri, muzeyləri, məscidləri yandırıblar, məhv ediblər... Zəngilandakı qızıl mədənləri istismar olunub. Bunların dəqiq və obyektiv şəkildə araşdırılmasına ehtiyac var”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu elə bu söhbətin baş tutduğu gün Bakıya yollanıb. Cənab Çavuşoğlu bunu orada verdiyi bəyanatında da təsdiqləmişdi.

Bu detal çox vacibdir.

Prezident İlham Əliyev gündəlikdə əks olunmayan bir məsələdən də danışdı. Ermənistan Avropa İttifaqı nəzdində təşəbbüslə çıxış edərək, müharibə nəticəsində Qarabağdan Ermənistana qaçmış (təqribən 90 min nəfər) insanlarla bağlı məsələ qaldırıb: “Halbuki, öz torpaqlarından məhrum edilmiş 1 milyondan artıq Azərbaycan türkünü düşünən yoxdur. Onların bəziləri 2009-cu ilədək çadırlarda yaşayıb. Ermənilər bizim bütün münbit torpaqlarımızı qəsb edib. Məsələn, əsas mədənlərimiz Kəlbəcərdədir. İnşallah, biz bu işi bitirəcəyik...”.

Bu vaxt cənab Binəli Yıldırım hər kəsi maraqlandıran sualı verir: “Şuşada vəziyyət necədir?”. İcazə verin sadəcə bunu deyim: Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır...

“Biz relyef şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana mütəmadi olaraq silah və hərbi texnika gəlir. İndiyədək onların 300-dən çox tankını, 8 ədəd S-300 müdafiə sistemini məhv etmişik. Bu, S-400-dən çox az geri qalan sistemlərdir. Onlar bu silahları Gürcüstan vasitəsilə gətirməyə cəhd göstərdilər, alınmadı. Sonradan bildik ki, cinayətlə məşğuldurlar – onları mülki təyyarələrlə daşıyırlar. Bununla bağlı beynəlxalq qurumlara da müraciət etmişik. Lakin nəticə yoxdur”, - deyə İlham Əliyev bildirib.

Bu vaxt Ermənistanın baş naziri Paşinyanla bağlı işlətdiyi sərt sözləri də yada saldıq. İ.Əliyev ABŞ telekanallarından birinə müsahibəsini xatırlatdı. O, aparıcının “Paşinyana rəqs edən təlxək demisiniz, doğrudur?” sualına belə cavab vermişdi: “Bəli, doğrudur. Hələ az demişəm...”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az