26.11.2020 07:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Azərbaycanın nailiyyəti və Qafqazın gələcəyi

 
 



Star, Türkiyə
12.11.2020


Müəllif: Sevil Nuriyeva

Azərbaycanın cəbhədəki uğurları Paşinyanı məğlubiyyət sənədini imzalamağa məcbur etdi.

Rusiya əsas oyunçu kimi, sükutunu pozdu. Razılaşmanın mətninə baxdıqda Rusiyanın Azərbaycan ərazisinə “sülhmərəmlı” adı altında geri döndüyünü görürük. Rusiyalı hərbçilərin bölgəyə razılaşma imzalanar-imzalanmaz yola düşməsi də bir başqa mövzüdür. Belə çıxır ki, bu, əvvəlcədən hesablanmış və razılaşdırılmış məsələdir.

Amma istənilən halda, bu danışıqlar masasının yaranmasının əsas səbəbi Azərbaycanın cəbhədə dişi ilə, dırnağı ilə əldə etdikləri nailiyyətlərdir.

Gələk razılaşmya. Şübhəsiz ki, Ermənistan öz təhriki nəticəsində başlamış mühəribədən məğlub ayrılan tərəfdir. Rusiya isə özlərinin sözlərilə ifadə etsək, Anglosakson İttifaqına qarşı Türkiyə ilə birlikdə müqavimət göstərmək istəyir.

Bu da əlavə bir nailiyyətdir. Çünki Rusiya tarixin heç bir dövründə Qafqazı müharibəsiz kiminləsə bölüşməyib. Bu dəfə isə o, Azərbaycanın ciddi savaş gücü ilə Türkiyənin prosesə cəlbinə imkan verdi. Başqa sözlə, Rusiya Qafqazda sabitliyi NATO üzvü olan ABŞ və İngiltərə əvəzinə, alyansın daha bir üzvü olan Türkiyə ilə təmin etməyi öz maraqlarına uyğun saydı. Bu, Türkiyənin dünyadakı rolu, miqyası, mövqeyi və etibarlılı ilə mütənasibdir.

Razılaşmanın ən mühüm tərəfi Türkiyə ilə Azərbaycan arasında dəhlizin yaradılmasıdır. Doğrudur, o, hələlik rusların nəzarətində olacaq. Lakin orta və uzaq perspektiv üçün bu, həqiqətən də ciddi nailiyyətdir.

İkincisi, imzalanmış razılaşmanın 5-ci maddəsində, müşahidə mərkəzinin yaradılması məsələsində faktiki olaraq prosesə Türkiyənin də qoşulması nəzərdə tutulur. Bunu Türkiyə xarici işlər naziri də dilə gətirib. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev 5-ci maddənin detallarını açıqlayarkən Türkiyənin prosesdə iştirak edəcəyini xüsusi vurğulayıb.

Razılaşma Dağlıq Qarabağa Sovet İttifaqı dovründəki muxtar vilayət statusunun qaytarılmasını nəzərdə tutmur. İlham Əliyev bunu da dönə-dönə təkrar edib.

Demək, ən azı 3 əsas məqam qazanc kimi təhlil edilməlidir: Türkiyə ilə Azərbaycan arasında quru yolu ilə əlaqənin yaradılması, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolunun açılması, Türkiyənin Zəngəzur bölgəsindən birbaşa Qafqaza bağlanması. Bunlar həqiqətən böyük nailiyyətlərdir.

Doğrudur, bir çoxları təbii olaraq, “razılaşmada Türkiyənin adı niyə çəkilmir?” sualını da verir. Lakin bu sualın da cavabı var: bu, ATƏT-in Minsk qrupunun digər iki həmsədrinin etirazına səbəb olacaqdı. Hər halda, Minsk qrupu hüquqi baxımdan hələ də mövcuddur. Türkiyənin prosesə müdaxilə etməs üçün razılaşmanın 5-ci maddəsi kifayətdir.

Görünən odur ki, Rusiya ilə Türkiyə arasında hüquqi müstəvidə də razılaşma var.

Doğrudur, bu vəziyyətə Rusiya daha çox qazanclı tərəf kimi görünür. Üstəlik, açıq demək lazımdırsa, Rusiya ordusunun Azərbaycan torpaqlarına gəlişindən məmnum olmaq mümkün deyil. Amma məsələyə daha dərindən yanaşsaq, əks təqdirdə daha gözləniməz nəticələrin yaşanmayacağına kim zəmanət verə bilərdi?

Moskva Qərbin namizədi olan Paşinyana öz maraqları naminə dərs verdi. Və o, bunu Azərbaycanın əli ilə etdi. Sakit şəkildə. Bu dərsi Azərbaycana müdaxilə etməməklə verdi. Praktiki olaraq, Türkiyənin prosesə müdaxiləsinə yol açmaqla verdi.

Bu arada, ABŞ-da keçirilmiş prezident seçkisində Baydenin qələbəsi də Qarabağda vəziyyətin daha tez həll olunmasına yol açmış amillərdəndir. Rusiya anlayırdı ki, Türkiyə olmazsa, proses Moskvanın əleyhinə işləyə bilər. Başqa sözlə, Türkiyə burada vazgeçilməz qala olacaq.

Azərbaycanın ən mühüm qazancı isə əlbəttə ki, müharibədə öz qanı, ordusu, müasir texnologiyaları ilə ər kimi durmasıdır. Türkiyənin prosesə daxil olması isə Azərbaycan üçün daha bir qazancdır. Proses dəyişdi, şərtlər dəyişdi. İndi istər cəbhədə, istərsə də danışıqlar masasında Azərbaycan Türkiyə ilə yanaşı yer alır.

(Türk dilinən tərcümə - WorldMedia.Az)

Mənbə: Star

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az