26.11.2020 08:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Dağlıq Qarabağ: Ermənistan əlavə vaxt qazanıb

 
 



Le Point, Fransa
17.11.2020


Azərbaycanın qanlı müharibədə qazandığı qələbədən sonra Ermənistan ötən bazar ona təhvil verilməli olan Kəlbəcər rayonunu boşaltmaq üçün daha 10 gün vaxt qazanıb.

Ermənistan silahlı birləşmələrinin Kəlbəcərdən tərəflər arasında Rusiyanın himayəsi altında imzalanmış və döyüşlərə son qoymuş atəşkəs razılaşmasına əsasən çıxarılması üçün təyin edilmiş vaxt Yerevanın xahişilə noyabrın 25-dək uzadılıb. Yerevan bu istəyirini qarşı tərəfə Rusiya prezidenti Vladimir Putinin vasitəsilə çatdırıb.

“Azərbaycan Kəlbəcərdən erməni silahlı birləşmələrinin və orada qanunsuz məşkunlaşmış ermənilərin çıxması üçün müddətin noyabrın 25-dək uzadılmasına razılıq verib”, - deyə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. O, bunu humanist qərar adlandırıb.

Hacıyev deyib ki, digər iki rayon – Ağdam və Laçının boşaldılması müddəti dəyişmətib. Ermənilər bu rayonlardan müvafiq olaraq 20 noyabr və 1 dekabr tarixlərinədək çıxmalıdır.

Qeyd edək ki, bu rayonlar erməni qüvvələri tərəfindən 1990-cı illərdə Azərbaycanın əhalisinin əksəriyyəti ermənilərdən ibarət Dağlıq Qarabağ bölgəsi uğrunda getmiş müharibə zamanı işğal edilib.

Beləliklə, azərbaycanlıların qayıtmalı olduğu Kəlbəcərdən erməni əhalinin köçü başlayıb. “Frans-Press” agentliyi xəbər verir ki, köç edənlərin əksəriyyəti azərbaycanlılara qalmaması üçün evlərə od vurur.

Son bazar günü rayondan Ermənistana gedən yol açıq idi. Ona hələ ermənilər nəzarət edirdi. Bununla yanaşı, artıq əhalinin əksəriyyəti Azərbaycan Silahlı Qüvvələrinin gözlənilən gəlişilə əlaqədar rayonu tərk etməyə başladığından, yolda nəqliyyat vasitələrinin sayı əvvəlki günlərə nisbətən daha çox idi.

Boz tüstü və atılmış əşyalar

Rayonu tərk etməyə hazırlaşan onlarla ailənin evlərini yandırdığı Şarektar kəndi “ruhlar kəndi”nə bənzəyir. Evlərdən biri külə dönmək üzrə idi. Səmaya boz tüstü qalxırdı. Ətrafda isə dağıntılar və atılmış əşyalar...

Amma burada 1990-cı illərdə baş vermiş müharibəsindən sonra hər şey əksinə idi. O zaman buradan azərbaycanlı əhali qaçır, ermənilərsə burada məşkunlaşmağa ruhlandırılırdı.

Tərəflər arasında döyüşlərin dayandırılmasına dair razılaşma artıq xeyli zəifləmiş və kiçilmiş “Dağlıq Qarabağ Respublikası”na (dırnaq işarəsi bizə aiddir - WM) 2000-dək Rusiya sülhməramlısının yerləşdirilməsini də nəzərdə tutur. Altı həftə davam etmiş müharibə zamanı sakinlər raket hücumları nəticəsində qismən dağılmış “paytaxt Stepanakert”i (dırnaq işarəsi bizə aiddir - WM) də tərk edib. Lakin artıq erməni tərəfi sakinləri geri qayıtmağa çağırıb. Nəticədə şənbə günü Ermənistandan sakinlərlə dolu təxminən 10 avtobus şəhərə gəlib.

Hələlik Rusiya qüvvələri bölgəyə tam yerləşməyib. Nəticədə Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizi açılmayıb. Odur ki, Dağlıq Qarabağa yeganə giriş Kəlbəcər rayonundandır.

Küçələrə səpələnmiş cəsədlər

Rusiyalı əsgərlər şənbə günündən buradakı qədim monastırın ətrafında mövqe tutublar. Həmin vaxt burada son ayinlər həyata keçirilir, insanlar dini əşyaları yığışdırırdılar.

Kremldən verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Bakının nəzarətinə keçəcək bütün kilsələrin dövlət tərəfindən qorunacağına, xristianların üzünə açıq olacağına əmin edib.

Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinlan arasında baş tutmuş söhbət zamanı isə tərəflər Dağlıq Qarabağ ətrafında vəziyyətin sabit saxlanılmasının əhəmiyyətini vurğulayıblar.

Yeri gəlmişkən, Nikol Paşinyan məğlubiyyətdən sonra ölkəsində satqın elan olunub. Yerevanda hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir. Hakimiyyət orqanları baş naziri qətlə yetirərək hakimiyyəti ələ almağa çalışmaqda ittiham olunan müxalifət liderini belə, həbs edib.

Ermənistan müharibədə 2317 hərbçisini itirdiyini bildirir. Azərbaycan isə hərbi itkilərilə bağlı məlumat vermir.

Xankəndi yaxınlığında yerləşən və artıq Azərbaycan Ordusunun nəzarətində olan Şuşa şəhəri ətrafından cəsədlərin təxliyəsi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Rusiya əsgərlərinin himayəsi altında həyata keçirilir. Ölənlərin yaxınları onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün morqa dəvət olunur.

Təxminən 50 yaşında olan bir kişi deyir: “Mən Şuşada ölmüş qardaşım oğlunun cəsədini axtarıram. Nişan üzüyü daim barmağında olurdu”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Point

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az