26.11.2020 07:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Dağlıq Qarabağ: Azərbaycan Prezidentinin qələbə səfəri

 
 



Le Parisien, Fransa
18.11.2020


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı son döyüşlər zamanı geri alınmış ərazilərdəki rəmzi məna daşıyan yerlərə zəfər səfəri ediblər.

Azərbaycan Prezidenti Administrasiyasının yaydığı şəkillərdə Prezident İlham Əliyev qalib görkəmdədir. Fotolar Dağlıq Qarabağda erməni separatçılarına qarşı bu yaxınlarda aparılmış müharibə nəticəsində geri qaytarılmış ərazilərdəki rəmzi məna daşıyan məkanlarda çəkilib. Əliyev bu məkanlara xanımı ilə birlikdə yollanıb.

Azərbaycanla Ermənistan Dağlıq Qarabağda 6 həftlik dəhşətli döyüşlərdən sonra noyabrın 10-da atəşkəs razılaşması imzalayıblar. Razılaşmaya əsasən, son 30 ildə işğal altında olmuş torpaqlar yenidən Azərbaycanın nəzarətinə qaytarılıb.

Azərbaycan Prezidenti Administrasiyasının yaydığı fotoşəkillərdə və videokadrlarda dövlət başçısı İlham Əliyev və xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan Ordusu tərəfindən son həftələrdə azad olunmuş Cəbrayıl və Füzuli rayonlarına səfərlərinin insanlar tərəfindən coşqu və alqışlarla qarşılandığı görünür.  

Qarabağ üçün heç bir statusdan söhbət gedə bilməz

“Qarabağ üçün heç bir statusdan söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”, - deyə İlham Əliyev bildirib. O, açıqlamalarını zirehli avtomobilin sükanı arxasında verib. Onun dediklərini telefon vasitəsilə xanımı çəkib. Onların hər ikisi hərbi geyimdə olublar.

Əl-ələ tutmuş cütlük 30 ilə yaxın qondarma “Dağlıq Qarabağ Respublikası”nın nəzarətində olmuş, İranla sərhəddə yerləşən, orta əsrlərə aid Xudafərin körpüsünün fonunda da şəkil çəkdiriblər. Prezident İlham Əliyev bərbad hala salınmış Cəbrayıl ərazisini göstərərək buranın ermənilər tərəfindən dağıdıldığını bildirib. Dövlət başçısı Ermənistanın buna görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcəyini söyləyib. 

“Baxın görün düşmən Cəbrayıl şəhərini nə günə qoyub. Onların məqsədi o idi ki, azərbaycanlılar heç vaxt buraya qayıtmasınlar, amma biz burada yaşayacağıq. Biz öz doğma torpaqlarımıza qayıdırıq”, - deyə İ.Əliyev qeyd edib.

30 min nəfər ölüb, yüz minlərlə insan yurdundan didərgin düşüb

Əsasən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ 1990-cı illərdə 30 min nəfərin ölümünə, yüz minlərlə insanın öz yurdundan didərgin düşməsinə səbəb olmuş müharibədən sonra Azərbaycandan ayrılaraq özünü müstəqil elan etmişdi. Nəhayət, 30 il sonra baş vermiş ən şiddətli döyüşlər nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsini və erməni separatçılarının nəzarəti altında olan daha 7 rayonu geri qaytarıb. Onlardan 4-ü, o cümlədən Cəbrayıl ilə Füzuli işğaldan hərbi əməliyyatlar nəticəsində azad edilib. Digər üç rayon isə noyabrın 20-dən dekabrın 1-dək Bakıya qaytarılacaq. 

Tərəflər arasında atəşkəs razılaşması Moskvanın himayəsi altında əldə olunub. Razılaşmaya əsasən, Dağlıq Qarabağa 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Parisien

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az