26.11.2020 07:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Erməni könüllüsü Qarabağ müharibəsinin iç üzünü açdı

 
 



Moskovskiy komsomolets, Rusiya
19.11.2020


Bütün dünyadan vuruşmaq üçün Qarabağa gəlmiş erməni döyüşçüləri müharibə ilə bağlı qeydlərini paylaşmağa başlayıblar. Könüllülər Dağlıq Qarabağdakı təminat problemləri, komandanlığın onlara etinasız münasibəti, texnika çatışmazlığı, bölüklər arasındakı pərakəndəlik və səngər həyatının digər çətinliklərindən bəhs edirlər.

Münaqişə iştirakçıları bildirir ki, erməni bölüklərinin çoxu hətta 50% belə, komplektləşdirilməyibmiş. Azərbaycan Ordusunun qələbəsinə də elə bu səbəb olub. Könüllülər öz xatirələrini sosial şəbəkədə bölüşürlər.

Dağlıq Qarabağda sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş müharibə sülh razılaşmasının imzalanması, Ermənistan ordusunun de-fakto məğlubiyyətilə başa çatıb. Döyüşlər zamanı tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın tərəfində bütün dünyadan erməni diasporunu təmsil edən könüllü dəstələr də vuruşub. Suriya, Livan, İrak, Fransa və əlbəttə ki, Rusiyadan olan ermənilərin də döyüşlərdə iştirak etdikləri məlumdur.

Döyüş əməliyyatlarının dayandırılması və bölgəyə Rusiya sülhməramlı kontingentinin yeridilməsindən sonra könüllülər Cənubi Qafqazı tərk etməyə başlayıblar. Bəzi mənbələrin məlumatına görə, onlar döyüş zamanı isti geyim, ayaqqabı və s. ilə təchiz edilməyibmiş. Əslində, bu haqda KİV-də hələ müharibə gedən zaman xəbərlər yayılırdı. İndi deyilənləri erməni döyüşçülərdən biri də təsdiqləyir. O, öz qeydlərini “LostArmour” forumunda “Andrewbek1974” adı altında dərc edib.

Keçmiş döyüşçü yazır ki, Moskvadan gəlmiş könüllülərə döyüş geyimi belə, vermirlərmiş, onlara “özünüzdə olan geyim kifayətdir” deyirlərmiş. Müəllif qeyd edir ki, döyüşçü dəstələrində vahid geyim standartları olmayıb. Zirehli jiletləri belə, döyüşçülər özləri əldə edirmiş. Atıcı silahlarla bağlı vəziyyət isə daha pis imiş: “Silahlardan yalnız köhnə “Kalaşnikov” pulemyotları, “Makarov” tapançası və “AK-74” avtomatı verirdilər. Düzdü, sursat sarıdan çatışmzlıq yox idi. Ancaq tapança üçün hərədə cəmi bir daraq olurdu. Köhnə olmasına baxmayaraq, pulemyot çox yaxşı saxlanılmışdı, “AK-74” isə (bu yerdə döyüşçü söyür - MK) çox pis vəziyyətdə idi. Onu dəyişmək istədik (yenə söyür - MK), üstümüzə qaytardılar ki, birtəhər işlədin. Yenisini vermək olmazdımı? Axı bölükdə əlavə silahlar var idi”.

Müəllifin sözlərinə görə, xaricdən gəlmiş könüllülər özbaşına buraxılıbmış. Gürcüstanla Ermənistan arasındakı sərhədi keçdikdən sonra onlar Yerevan ətrafında harasa yerləşdiriliblər və elə orada da unudulublar: “Söhbət yerlilərin könüllülərə münasibətindən gedir. Onları təşkilatlandıran, məlumatlandıran yox idi”.

Nəhayət, dəstə Qarabağa çatıb və bu zaman onları Şuşanın şərqində müdafiəni saxlayan könüllü bölüyünə göndəriblər. Ştat cədvəlindəki 122 döyüşçüdən bölükdə cəmi 50-60 nəfər var imiş. Onların da əksəriyyəti yerli sakinlər: “Döyüşçülərin əksəriyyəti yerli sakin olduğundan, döyüş mövqelərində gecələmirdi”.

“Bölüyə rəsmi olaraq guya tipik erməni adı daşıyan Hamlet rəhbərlik edirdi. O, “Artsax” ordusunun mayoru olduğunu desə də, bunu təsdiq edən heç bir əlamət müşahihə edilmirdi. “Mayor”un açıq-aşkar kriminal keçmişi var idi, bəlkə elə indi də belə idi… Faktiki isə bölüyə Aşot adlı yerli dayı komanda verirdi. 1969-cu il təvəllüdlü bu adam Sovet İttifaqının Sərhəd qoşunlarında, haradasa Uzaq Şərqdə xidmət edibmiş. Birinci Qarabağ müharibəsi veteranı idi”, - deyə “Andrewbek1974” yazır.

Bu da son deyil. Onun sözlərinə görə, könüllülər hələ birinci müharibə zamanı qazılmış köhnə müdafiə istehkamlarında yerləşdiriliblərmiş. Bölüyün rabitə vasitələrisə ümumiyyətlə olmayıb. Olan ratsiyaları Moskvadan könüllülər özlərilə gətiriblərmiş: “Hərəkət pərakəndəliyi və döyüş təcrübəsinin olmaması kuryoz hadisələrə gətirib çıxarırdı. Məsələn, sən demə, könüllülərin ilk düşməni donuz sürüsü imiş. Oktyabrın 23-ü gecə ilk fövqaləda hal yaşadıq. Rəşadətli gecə gözətçiləri səhərə yaxın atəş açmağa başladı. Sonra qalanlarımız da onlara qoşulduq. Düz 20 dəqiqə durmadan atdıq. Guya məkrli azərbaycanlıların hücumu dəf edilmişdi. Səhər tezdən isə hadisə yerindən yalnız iki ölü donuz tapdıq”.

“Andrewbek1974” yazır ki, erməni qüvvələrinin Dağlıq Qarabağdakı məğlubiyyəti həm də bu problemlərlə bağlıdır. O, yaxın vaxtlarda cəbhədə rastlaşdığı digər problemlərdən də ətraflı yazacağını bildirir.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə sülh razılaşması əldə olunduqdan sonra Yerevanda etiraz aksiyaları başlayıb. Bir sıra müxalif siyasətçilər baş nazir Nikol Paşinyanı xaricdən könüllü dəstələri qəbul etməməkdə, onların cəbhəyə göndərilməsinə mane olmaqda günahlandırır.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moskovskiy komsomolets

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az