26.11.2020 08:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Dağlıq Qarabağda nə var, nə yox...

 
 



Yeni Akit, Türkiyə
20.11.2020


Müəllif: Turqut Emin

Azərbaycan və Türkiyə cəmiyyətləri təbii olaraq, 25 ildən çox zülm və işğal altında olmuş vətən torpaqlarının azad edilməsinin coşqusunu, sevincini yaşayır...

Ermənistan cəbhəsində isə “çox istəyən azdan da olar” əhvalı hökm sürür. Anlayırlar ki, rus özünü çatdırmasaydı, hər şeyi itirəcəkdilər. Ermənilər bunun şokundadır.

“Bir millət, iki dövlət” olaraq, kifayət qədər qısa vaxtda əldə etdiyimiz qələbə ilə 28 ildir işğal altındakı torpaqlarımızın azad olunmasını bayram etmək haqqımızdır. Amma qələbə sevinci bizim vəziyyəti düzgün qiymətləndirməmizə mane olmamalıdır.

Məlumdur ki, SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatı Qərb bloku ölkələrilə 74 il çəkmiş “soyuq müharibə”də məğlub olaraq dağılıb. Bununla da SSRİ respublikaları bir-birinin ardınca özlərini azad və müstəqil elan ediblər. Azərbaycan və Ermənistan kimi...

Ermənistan məhz o illərdə Rusiyanın da təşviqi və köməyilə, dövlət quruculuğuna yeni başlamış, hələ ordusunu qura bilməmiş Azərbaycana hücuma keçərək, Dağlıq Qarabağ regionunu işğal etmişdi. Ermənilər orada Yerevana bağlı qondarma “dövlətcik” belə, qurmuşdu. Bütün bunların fonunda Qərb Dağlıq Qarabağı Azərbaycan ərazisi saysa da, “tükünü də tərpətmirdi”.

Artıq Rusiya keçmiş Sovet respublikalarını yenidən bir araya toplamağa başlamışdı – bu dəfə onları öz nüfuz dairəsində Müstəqil Dövlətlər Birliyi (MDB) adı altında birləşdirmişdi. Ermənistanda da isə o, hərbi baza belə, yaradıb. Artıq Ermənistan sərhədlərini rus hərbçiləri qoruyur, vəziyyətə onlar nəzarət edirdilər.

Bu, Ermənistana Sorosun barmağının dəyməsinədək davam etdi – o vaxta qədər ki, Ermənistanda hakimiyyətə Qərbpərəst Paşinyanın partiyası gəldi. Bu dəfə ABŞ və Aİ-nin Paşinyana dəstəyi Moskvanın çoxdankı siyasəti üçün fürsət oldu.

Məhz Putinin imkan yaratması ilə Paşinyan “gözünü yumaraq” Azərbaycana hücum etdi. Lakin qısa vaxtda Azərbaycanın əvvəlki Azərbaycan olmadığını anladı və nəticədə... Moskvadan yardım istədi. Aldığı cavabla oyandı: “Hərbi müqaviləmiz Ermənistan ərazisinə aiddir, döyüşlərsə Ermənistan ərazisində getmir...”. Lakin artıq çox gec idi.

Nəticəni bilirsiz…

Azərbaycan Ordusu artıq tam gücünü işə salmışdı. O, Dağlıq Qarabağı tamamilə azad edərək, bir də Ermənistanla sərhəddə dayanacaqdı. Lakin bu vaxt araya artıq məqsədinə çatmış Rusiya girdi. Onu dayandırdı. Razılaşma imzalandı. Beləliklə, Rusiya Ermənistanda Qərpərəst hakimiyyətin mövcudluğuna dözməyəcəyini göstərdi, Yerevana dərs verdi. Bu azmış kimi, o, indiyədək bir nəfər də əsgərinin olmadığı Dağlıq Qarabağa sülhməramlı qüvvələrini göndərdi. Rusiya 5 il müddətinə ordusunu bu torpaqlara soxdu (unutmayaq ki, rus əsgəri bu günədək girdiyi heç yerdən çıxmayıb).

Azərbaycana gəldikdə, 28 ildir danışıqlar masası ətrafında aldadılan bu dövlət kifayət qədər güclü ordusu ilə nələrə qadir olduğunu hər kəsə nümayiş etdirdi. O, Dağlıq Qarabağ ərazisinin bir hissəsini və ərtaf 7 rayonunu geri aldı. Üstəlik, Naxçıvanla əlaqə yaratmağa nail oldu.

İndi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək müştərək mərkəzdə Rusiya hərçiləri qədər Türkiyə hərbçiləri də yer alacaq. Təbii ki, ruslarla Suriyadakı birgə (!) fəaliyyətdən əldə etdiyi geniş təcrübə əsasında...

Qafqazda yeni şahmat taxtası quruldu.

Masanın bu tərəfindəki nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Türkiyə əvvəlki Tükiyə.

Ümid edirəm ki, Putin bunun fərqindədir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Akit

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az