24.01.2021 03:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Tunelin sonundakı” sülh
 
23.01.2021
Lenta.Ru, Rusiya
 

  Azərbaycan Türkiyə və Pakistanla əməkdaşlığı dərinləşdirməyə çalışır
 
22.01.2021
Eurasia Review, ABŞ
 

  Azərbaycanın “qara gün”ü
 
22.01.2021
Əl-Şuruq, Əlcəzair
 

  Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”
 
21.01.2021
Bloomberg, ABŞ
 

  Cənubi Qafqaz üçün ümid və əməkdaşlıq
 
21.01.2021
Foreign Policy News, ABŞ
 

 
 
Təşəkkürlər, Azərbaycan Prezidenti

 
 



KOCAELİ, Türkiyə
08.12.2020


Müəllif: Bilal Dündar

Şanlı Azərbaycan Ordusu erməniləri darmadağın edərək, işğal altındakı torpaqlarını geri qaytarıb. 44 gün davam etmiş tarixi mübarizənin sonunda əldə olunmuş qələbənin nəsillərin yaddaşında həkk olunması üçün 10 noyabr ölkədə Zəfər Günü elan edilmişdi.

Lakin bunu qəbul etmək mümkün deyildi. Çünki noyabrın 10-u ulu öndər Atatürkün ölüm günü, bizim yas saxladığımız hüznlü gündür. Odur ki, dərhal bu haqda məktub yazaraq Azərbaycan Prezidentinin Administrasiyasına, hər iki ölkənin səfirliklərinə və digər ünvanlara göndərdik.

Cəmi 3 saat sonra Azərbaycan Prezident İlham Əliyevin imzası ilə lazım olan qərar verildi – Zəfər Günü kimi noyabrın 8-i müəyyən edildi.

Qərarın dəyişdirilməsi bəzi anlaşılmazlıqları aradan qaldırdı və bu, əlbəttə ki, sevindiricidir.

**

10 noyabr Zəfər Günü olmasın

Bir millət, iki dövlətik. Odur ki, acı günlərimiz də, xoş günlərimiz də eynidir.

Türkiyənin xilaskarı, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” deyən Atatürk, dövrünün ən bacarıqlı komandanı, böyük dövlət adamı kimi türk dünyasının əbədi qürur mənbəyidir.

Şanlı Azərbaycan Ordusunun 44 gün ərzində tarix yazaraq, qatil ermənilərə tarixi şillə vuraraq işğal altındakı torpaqlarımızı geri alması da hər birimizin sevincinə, xoşbəxtliyinə səbəb olub.

Bu tarixi qələbəni Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi ilə Federasiyamız böyük coşqu ilə qarşıladı. Kocaeli şəhər bələdiyyəsilə birlikdə təşkil olunmuş tədbirdə müğənni Azərinin ifasının sədaları altında əllərimizdə iki ölkənin şanlı bayraqları dalğalanırdı.

Daxili İşlər Nazirliyi ilə Heydər Əliyev Mədəniyyət Evinin birgə tədbirində də bu qələbəni bayram əhval-ruhiyyəsilə qeyd etdik.

10 noyabr isə Atatürkün ölüm günü olduğundan, illərdir hüzn günümüzdür. Həmin gün yas tutulur.

8 noyabra gəlincə, o, Şuşanın azad olunduğu gündür. Bu gün qəlbimizdə əbədi olaraq Zəfər Günü kimi qalacaq.

Bir sözlə, daxildə və xaricdəki Atatürk düşmənlərini sevindirməməli idik. Odur ki, bu haqlı və həssas istəyimizi ictimaiyyətə, eyni zamanda Can Azərbaycan rəsmilərinə çatdırdıq.

**

Azərbaycan Prezidentinin Administrasiyasından dəyişiklik açıqlaması

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”.

Azərbaycanı ürəkdən sevən, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer edib, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Beləliklə, Şuşa şəhərinin azad olunduğu 8 noyabr hər il Zəfər Günü kimi, təntənəli şəkildə qeyd ediləcək.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KOCAELİ

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az