24.01.2021 04:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Tunelin sonundakı” sülh
 
23.01.2021
Lenta.Ru, Rusiya
 

  Azərbaycan Türkiyə və Pakistanla əməkdaşlığı dərinləşdirməyə çalışır
 
22.01.2021
Eurasia Review, ABŞ
 

  Azərbaycanın “qara gün”ü
 
22.01.2021
Əl-Şuruq, Əlcəzair
 

  Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”
 
21.01.2021
Bloomberg, ABŞ
 

  Cənubi Qafqaz üçün ümid və əməkdaşlıq
 
21.01.2021
Foreign Policy News, ABŞ
 

 
 
Azərbaycanda dinlər (1)

 
 



Əl-Hərir, Əlcəzair
12.12.2020


Müəlliflər: Akademik Mərvan Sudah, Yelena Neqodina

“Əl-Hərir” informasiya şəbəkəsi Azərbaycanın reallıqlarını, xüsusilə bu ölkədəki dini tolerantlığı əks etdirən məqalələr nəşr etdirməkdədir.

Azərbaycandakı dini tolerantlıq öz təbiətinə, özünəməxsus təcrübəsinə görə onilliklər boyu bütün dünyanın diqqətini cəlb edir. Bu, indi də belədir. Bu ölkədə müxtəlif dinlərin nümayəndələri arasında xoş münasibətlər var və bu münasibət qorunub saxlanır. Azərbaycanda xüsusilə xristianlarla müsəlmanlar arasında dini, insani qardaşlıq əlaqələri çox möhkəmdir. Bir sözlə, Azərbaycan Respublikasındakı tolerantlıq bütün bəşəriyyət üçün nümunədir. Bu nümunə göstərir ki, milli mühitdə müxtəlif dini irsin qorunub saxlanması mümkündür. Əslində bu nümunə qardaş Azərbaycan xalqının və onun müasir dövlətinin tarixi boyu azadlıqların, dini etiqad hürriyyətinin qanuni, mədəni və sivil təminatçısıdır.

Azərbaycanın Mədəniyyət Nazirliyinin bu günlərdə yaydığı məlumatda bildirilir ki, işğaldan azad edilmiş torpaqlardakı xristian irsi və dini ibadətgahlar da yüksək səviyyədə himayə olunacaq, onların təmiri və bərpası işlərinə başlanılacaq.

Bu bəyanat əbəs yerə verilməyib. Azərbaycan qədim zamanlardan çoxkonfessiyalı dövlət kimi tanınır. Ölkə əhalisinin əksəriyyəti islama etiqad etsə də, Azərbaycanda xüsusilə xristian dini irsinin, xristian dini icmalarının müdafiəsi, himayəsi üçün konkret addımlar atılır. Bu istiqamətdə görülən işlər haqda KİV vasitəsilə xalqa məlumat da verilir.

Bakıda müxtəlif konfessiyalara mənsub xristianlar kifayət qədər fəaldırlar. Azərbaycanda Rus Pravoslav Kilsəsi, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası, Roma Katolik Kilsəsi, Gürcü Pravoslav Apostol kilsəsi, Erməni Ortodoks Kilsəsi fəaliyyət göstərir. Onların hamısında xristian ayinləri sərbəst şəkildə yerinə yetirilir. Bu kilsələrin nümayəndələri Azərbaycanın müsəlman vətəndaşları ilə eyni hüquq və azadlıqlara malikdirlər.

Bütün bunlara görədir ki, dünya, xüsusilə indi Azərbaycandakı dini reallıqla yaxından tanış olmaq istəyir. Bu, ilk növbədə beynəlxalq siyasi, humanitar və ideoloji baxımdan əhəmiyyətlidir.

Azərbaycandakı dini reallıqdan danışırıqsa, Azərbaycanın rəsmi informasiya agentliyi AZƏRTAC-da yayımlanan və Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Xristian irsimizi tanıyaq” layihəsinə də toxunmalıyıq. Bu əhəmiyyətli layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə dini məsələlərlə şəxsən maraqlanır, baş verənləri diqqətlə izləyir. Birinci xanım Mehriban Əliyeva da bu məsələləri diqqətdə saxlayır.

Azərbaycanda qədimdən bəri müxtəlif dinlərin nümayəndələrinin mövcudluğunu nəzərə alsaq, bu mövzu Azərbaycan xalqının tarixinin, maddi və mənəvi irsinin ayrılmaz hissəsidir. V-VI əsrlərə aid Dairəvi Alban məbədi Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir. AZƏRTAC xəbər verir ki, hazırda bu tikilinin içərisində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

Bu kiçik məqaləmizin sonunda onu deyə bilərik ki, Azərbaycan xalqının dini kimliyi pluralizmə, hüquqi və vətəndaş bərabərliyinə əsaslanır. Burada dini etiqad azadlığı yüksək səviyyədədir. Bu isə bütün vətəndaşların dini etiqad azadlığının, şəxsi etiqadının qorunmasının vacibliyinə çağıran beynəlxalq qanunlar, müqavilələr və konvensiyalara tam uyğundur. Azərbaycan bu baxımdan da bütün Qafqaz regionunda öndə gedir. O, dini birgəyaşayış, mədəniyyətlərarası dialoq mövzularına həsr olunan beynəlxalq səviyyəli konfransların, müxtəlif tədbirlərin təşkili baxımından da lider ölkədir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Hərir

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az