02.03.2021 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qoy, bir də Xocalı olmasın!
 
02.03.2021
AgoraVox, Fransa
 

  MÜSAHİBƏ| “Azad olunmuş torpaqlarda bütün mədəniyyətlərə və dinlərə hörmətlə yanaşılacaq”
 
02.03.2021
KmetroO, İtaliya
 

  VİDEO| Azərbaycan Ermənistan üzərində qələbədən üç ay sonra Xocalı qətliamını anır
 
01.03.2021
France 24, Fransa
 

  Xocalı soyqırımından 29 il ötür: Yerevanla Bakı hələ də kompromisə gələ bilməyib
 
01.03.2021
NEWS.ru, Rusiya
 

  Andre Badalo Azərbaycan filmlərinə prodüserlik edib
 
27.02.2021
ALGARVE INFORMATIVO, Portuqaliya
 

 
 
FOTO| Azərbaycan: hələ də kəşf olunmamış bu ölkəyə niyə səfər etməlisiniz?

 
 



NewsBytes, Hindistan
10.02.2021


Müəllif: Mira Venuqopal

Azərbaycan haqda eşitmisiniz? Xeyr, bu Bollivud filminin adı deyil. O, Qafqazda yerləşən və əsasən kəşf edilməmiş ölkədir.

Azərbaycandan çəkilmiş fotolara baxan zaman onun “xəyali ölkə” olduğunu düşünmək olar. Burada Şərq Qərblə qovuşur. Amma inanın mənə, o, real, həqiqi ölkədir!

Maraqlıdır ki, Azərbaycanın adı turistik xəritələrdə də çox yayılmayıb. Lakin oraya bir dəfə də olsa, səfər edin. Səbəb?

“Odlar yurdu”nda alov məbədləri və “yanan su” var

Azərbaycanda əsl “alov mədəniyyəti” var. Ölkə ərazisində bir neçə möcüzəli məkana rast gəlinir. Məsələn, Bakıdakı alov məbədi. Məbəddəki mehrabda daim alov yanır. O, bir zamanlar təbii fenemon olubsa, indi qaz xətti vasitəsilə təmin edilir.

Növbəti möcüzələrdən biri isə Yanardağdır. Burada odla suyun nadir vəhdətinin şahidi ola bilərsiniz.

Futuristik tikililərin olduğu paytaxt Bakının şarmı

Şəhərin memarlığına həm Şərq, həm də Qərb memarlıq üslubları güclü təsir göstərib. Odur ki, Bakı hər iki mədəniyyətin ekzotik şəkildə qovuşduğu şəhərdir.

Bu gün Bakıda həm əzəmətli “Alov qüllələri”ni görə bilərsiniz, həm də qədim və sirli Qız qalasını. Qız qalası bu gün də tarixçilər üçün sirli məkan olaraq qalır.

Azərbaycanın paytaxtında bazarlar, xalça dükanları da az deyil. Suvenir almaq istəyirsinizsə, onlara baş çəkin.

Palçıq vulkanlarının nadir mənzərəsi

Məlum olduğu kimi, vulkanlarda lava püskürür. Bəs palçıq vulkanları? Yerin altına toplanmış qaz havaya palçıq atır. Azərbaycanda 350 palçıq vulkanı var. Oraya səfər edən turistlər çox vaxt bu vulkanlarının yerləşdiyi ərazini Ayın səthi ilə müqayisə edir.

Bakıda yerləşən Qarasu palçıq vulkanı dünyanın ən böyük palçıq vulkanı hesab olunur. Vaxtilə ondan təxminən 1000 metr hündürlüyə palçıq püskürürmüş.

Möhtəşəm dağ kəndləri

Azərbaycan təkcə düzənlikdən ibarət deyil. Onun Böyük Qafqaz dağlarında yerləşən çoxsaylı valehedici kəndi də var. Çoxsaylı belə istiqamətlərdən olan Quba, Xınalıq və Lazadan Qafqaz dağlarına heyranedici mənzərə açılır. Bu kəndlərin sakinləri çox mehriban və qonaqpərvərdir. Bu məqamı kəşf edilməmiş Azərbaycan üçün növbəti müsbət amil saymaq olar.

Azərbaycana səfər baha deyil

Azərbaycan zəngin neft ehtiyatlarına malik ölkələrdəndir. Bu, onu turizm nöqteyi-nəzərdən ən ucuz istiqamətlərdən birinə çevirib. Azərbaycanda istər qida, istərsə də qalmaq xərcləri münasibdir. Burada bir turistin gündəlik xərci qaldığı yerdən asılı olaraq, 30-40 dollar civarındadır. Özəl sürücünün xidmətindən istifadə etsəniz, məbləğ bir qədər artıq olacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NewsBytes

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az