16.06.2021 12:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
Azərbaycan qazı Avropada balansı dəyişir!

 
 



HABERTÜRK, Türkiyə
24.02.2021


Müəllif: Güntay Şimşek

Azərbaycan təbii qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinin təsiri artıq hiss olunmaqdadır. Avropalı istehlakçılar artıq 1 aydan çoxdur ki, Azərbaycan təbii qazından istifadə edir. Bazara çıxarılan həcm başqa qaz mənbələrinə nisbətən az olsa da, enerji mənbələrinin şaxələndirilməsi baxımından Avropada Xəzər qazına ciddi tələbat var.

Məsələn, Rusiyanın “Qazprom” şirkətinin Almaniyadan sonra ikinci ixrac bazarı olan İtaliya 2021-ci ildə SOCAR-ın simasında yeni etibarlı təchizatçıya qovuşub. Beləliklə, İtaliya və diğər Avropa ölkələrinə təbii qaz tədarükü məsələsində fəallığın olacağını asanlıqla proqnozlaşdırmaq mümkündür.

Xəzərdə aşkar edilmiş təbii qaz yataqlarını, eyni zamanda, 2020-ci ildə bu ölkədənin qaz hasilatı səviyyəsini nəzərə alaraq, Azərbaycanın qaz ehtiyatı indiki şərtlərdə Avropaya 120 il kifayət edəcək. Bu “mavi yanacaq” Avropaya “Cənub Qaz Dəhlizi” vasitəsilə çatdırılır. O, TANAP boru xətti ilə Türkiyədən keçir və TAP kəməri ilə son istehlakçıya yetişir. Layihənin icrasına 33 milyard dollar xərclənib. İndi görünən odur ki, bir vaxtlar bəziləri tərəfindən tənqid olunan bu layihə çox dəqiq təhlillə öyrənilibmiş. İndi o, Avropanın enerji təhlükəsizliyinin təmininə ciddi töhfə verməyə başlayır.

Azərbaycanı Avropanın ən böyük qaz tədarükçülərindən birinə çevirən “Cənub Qaz Dəhlizi”, eyni zamanda Türkiyə və Avropa üçün qaz mənbələri və marşrutlarının şaxələndirilməsi deməkdir. Beləliklə, o, Avropanın enerji təhlükəsizliyinə, bazarda rəqabətə əhəmiyyətli töhfə verəcək.

Son proseslərə bağlı, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovin fikirləri də diqqətəlayiqdir. Nəsirov hazırda TAP kəməri vasitəsi ilə Avropaya ildə yalnız 10 milyard kubmetr qaz nəqlinin nəzərdə tutulduğunu bildirir: “Avropanın təbii qaza olan ümumi tələbatını nəzərə alsaq, bu, o qədər də ciddi rəqəm deyil. Lakin bu, oyun şərtlərini həcm deyil, qaz mənbələrinin şaxələndirilməsi baxımından dəyişir”.

Əslində, bir vaxtlar bu layihəyə qarşı çıxanlar, bu istiqamətdə lobbiçilik fəaliyyəti göstərənlər elə “oyun şərtləri”nin dəyişəcəyini bildikləri üçün fəallaşmışdılar. Amma onlar layihənin reallaşdırılmasına mane ola bilmədilər.

Bu gün Azərbaycan Avropa İttifaqının qaz tədarükçüsü kimi kiçik görünsə də, qarşıdakı illərdə nəql həcmi təxmin edildiyindən də böyük olacaq. Məsələn, yanvarda TAP vasitəsi nəql olunmuş qazın yalnız 3,4%-i İtaliyanın payına düşüb. Ancaq indi məsələ həcmdə deyil. İndi Azərbaycan qazının TAP ilə son nöqtəyə davamlı nəqli, “Cənub Qaz Dəhlizi”ndən təhlükəsiz istifadə hər şeydən vacibdir. Çünki Xəzərin qaz ehtiyatı kifayət qədər çoxdur. Azərbaycanla Türkmənistan arasında əldə olunmuş razılaşmaya əsasən, Xəzərdə yeni yataqlar da istismar ediləcək. Bu isə bölgənin digər ölkələrindən də bu boru xətti ilə Avropaya qaz nəqlini aktuallaşdırır.

Bir az səbirli olaq. İrəlidə daha yaxşı hadisələr olacaq!

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az