16.06.2021 10:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
FOTOREPORTAJ| Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar

 
 



Fararu, İran
25.02.2021


Cəbrayıl qəbiristanlığı ermənilərin Qarabağda dağıtdıqları onlarla məzarlıqdan yalnız biridir. Burada hətta bəzi məzarlar qazılıb – burada dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

Azırbaycanın Dağlıq Qarabağ bölgəsini 1990-cı illərdə işğal etmiş Ermənistan qoşunları burada qəbiristanlıqları da dağıdıb.

“Fararu” xəbər verir ki, Azərbaycan Ordusu işğal altındakı ərazisinin böyük hissəsini bu yaxınlarda geri qaytarıb. Bununla da 30 illik işğal dövründə ölkəyə vurulmuş ziyanın miqyası ortaya çıxıb.

Azərbaycanın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları işğal edilərkən talan olunub, orada hər şey məhv edilib və bu şəhərlər faktiki olaraq, “ruhlar şəhəri”nə çevrilib. Üstəlik, bölgədəki qəbiristanlıqlar da yerlə-yeksan olunub.

Cəbrayıl qəbiristanlığı ermənilərin viran qoyduqları onlarla məzarlıqdan yalnız biridir. Bu qəbiristanlıqda dağıdılmış qəbir daşlarından geriyə acı görüntülər qalıb. İndi buraya gələn azərbaycanlıların bir çoxu yaxınlarının məzarlarını tapa bilmir.

Burada hətta bəzi qəbirlər qazılıb - burada dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqların məhv edildiyini bildirib. “Bu, vandalizmin ən iyrənc formasıdır”, - deyə o, qeyd edib: “Ermənilərin azərbaycanlılara məxsus məzarlarla belə, savaşmasına, qəbirləri talan etməsinə ad tapmaq çətindir. Onlar sanki ölülərdən də intiqam almaq istəyiblər”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Fararu

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az