16.06.2021 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
FOTOREPORTAJ| “Odlar yurdu”na səyahət

 
 



Ghatreh, İran
15.03.2021


Azərbaycanda, xüsusən də paytaxt Bakıda az qala hər yanda alov rəmzi görəcəksiniz. Çünki bu diyarın tarixi odla bağlıdır. Od müasir dövrümüzdə də ölkənin milli rəmzi sayılır.

Azərbaycan, xüsusilə də paytaxt Bakı şəhəri son onilliklərdə böyük inkişaf yolu keçib. O, müasir ölkəyə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycan qədim ənənələrinə də sadiqdir.

Azərbaycanın rəmzlərindən biri alovdur. Bu, özünü həm ölkənin tarixində, həm də müasir həyatında göstərir. Hər halda, Azərbaycan təsadüfən “Odlar yurdu” adlandırılmır.

Azərbaycan dövlətinin gerbinin mərkəzində qırmızı alov görə bilərsiniz.

Bu gün Bakının demək olar ki, hər yanında alov rəmzlərinə rast gəlinir. “Alov qüllələri” adlı kompleks isə şəhərin hər yerindən görünür.

Niyə alov?

Azərbaycan zəngin təbii qaz və neft ehtiyatlarına malikdir. Qədim Roma dövrünə, o cümlədən 2500 il əvvələ aid faktlar həmin dövrdə Abşeron yarımadasında neft çıxarıldığını göstərir. Miladın beşinci əsrində, Bizans dövrünün məlumatlarına görə, insanlar bu ərazidə daim alov müşahidə edirlərmiş.

Yerin altındakı yüksək təzyiq qazın çatlardan səthə sızmasına səbəb olur: eynən qaz sobasının işə salınması kimi – o, səthdə alışır. Azərbaycanın müxtəlif dağları, atəş məbədləri bu səbəbdən fasiləsiz alışıb yanır. Burada alov mənbədəki qazın qutarmasınadək davam edəcək.

Müasir Azərbaycan

Alovun tarixi əhəmiyyəti Azərbaycan mədəniyyətinin damarlarında kök salıb. Bəli, alov bu ölkənin milli rəmzidir. Bakının görməli yerləri arasında Yanardağ və Atəşgah məbədi də var.

Ölkənin cənubunda, İranla sərhəd yaxınlığında yerləşən Astara rayonunda isə hətta suyun alovlandığı “Yanar bulaq” var.

Bir sözlə, 21-ci əsrdə hələ də bu ölkənin az qala hər bir yerində təbii alov görmək mümkündür. Azərbaycan məhz bu səbəbdən “Odlar yurdu” adlanır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ghatreh

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az