16.06.2021 10:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
Azərbaycanlıların soyqırımı cinayətinin növbəti ildönümü

 
 



Əl-Anbat, İordaniya
06.04.2021


Müəllif: Yelena Nedoqina

Hər il martın 31-də Azərbaycanda milli matəm abu-havası olur. Həmin gün Azərbaycan xalqı 1918-ci ildə erməni hərbi-siyasi qruplaşması rəhbərliyinin əmri ilə qorxunc qırğına məruz qalaraq şəhid olmuş on minlərlə övladının xatirəsini anır.

Həmin günlərdən ayrı-ayrı mənbələrdə, araşdırmalarda qalmış şəkillər insanı kədərləndirir, qəlbini titrədir. Şəkillər düşmənin törətdiyi vəhşiliklərin miqyasını göstərir. Bu, xalqın yaddaşında sağalmaz yara kimi qalmaqdadır. Həmin mənzərə xalqın milli yaddaşda möhkəmlənib. O, zaman keçdikcə böyük “mən”i qaytarmağa, milli kimliyi formalaşdırmağa, həmrəy vətənpərvər cəmiyyət qurmağa, sonda müstəqillik qazanmağa güclü stimul olub. O günlər bir daha geri dönməyəcək. Bu gün Azərbaycandakı xalq-rəhbərlik həmrəyliyi sayəsində dünənin və bu günün düşməni üzərində qələbə qazanılıb.

Azərbaycan xalqı tarixi boyu çoxsaylı müsibətlərə, faciələrə düçar olub. Səbəb isə sadədir: Ermənistan regional və beynəlxalq şər güclərin köməyi ilə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir. Bu siyasət hər zaman Azərbaycan xalqını və dövlətini, onun müstəqilliyini məhv etməyə yönəlib. Bu siyasəti yürüdənlər hər vaxt zamanı və tarixi geri qaytara biləcəklərini düşünüblər. Nə qədər qəribə olsa da, bütün bunlar tarazlığın və regional güclərin dəyişdiyi, siyasi sistemlərin bir-birini əvəzlədiyi dünyada da davam edib.

Böyük güclərin cinayətkar hərbi dəstəyi olmasaydı, ermənilər 1918-ci il martın 30-dan aprelin 3-dək Bakıda və Azərbaycanın digər regionlarında on minlərlə mülki insanı kütləvi şəkildə qırğına məruz qoya, tarixi mədəniyyət abidələrini, məscidləri, kilsələri, yəhudi sinaqoqlarını dağıda bilməzdi. Bu dəstək onlara istər Çar Rusiyasında, istərsə də Sovet hakimiyyəti dövründəki lobbiçiləri vasitəsilə göstərilib. Bədxahlar hər zaman tolerant Azərbaycanı gözdən salmaq üçün fəaliyyət göstərib, ölkənin daxilinə soxularaq, Azərbaycan xalqının başına min oyun gətiriblər. Amma qatillər hər zaman cəzasız qalıb…

Bəşəriyyət üçün utanc olan bu qorxunc hadisədən 103 il keçir. O vaxt Ermənistan Birinci Dünya müharibəsindən, eləcə də 1917-ci ilin fevral və oktyabrında Rusiyada baş vermiş inqilablardan istifadə edərək, bolşevizmi müdafiə etmək bəhanəsi ilə qonşularına qarşı ərazi iddiaları ilə çıxış edirdi. Məhz bunun fonunda azərbaycanlılara qarşı hər yanda etnik təmizləmə həyata keçirilib. Əks-inqilab elementlərinə qarşı mübarizə adı ilə 1918-ci ilin martında Bakı kommunasında qətliamlara start verilib. Mülki azərbaycanlılar hər yerdə qırğına məruz qalıb.

Soyqırımın növbəti ildönümündə Azərbaycandakı müsəlman və xristian dini konfessiyalarının rəhbərləri xalqın qan yaddaşından çıxış edərək, dünya birliyinə, dini liderlərə, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə, qətlə yetirmək bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayət, bir insanı yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq qədər savabdır. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında “qara ləkə”lər kimi qalır, insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardan hesab olunur. Faciəvi soyqırımı cinayətlərinə məruz qalmış xalqlardan biri də Azərbaycan xalqıdır. Dünya ictimaiyyəti bu dəhşətli hadisənin tarixi mahiyyətini bilməli, fakta ədalətli qiymətini verməlidir”.

Müraciətdə bildirilir ki, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin uydurma “böyük Ermənistan” xülyası ilə azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq yönündə atdıqları addımlar bu ərazilərdə tarixən yaşamış azərbaycanlılara və digər xalqlara qarşı kütləvi qətllərin, soyqırımı aktlarının reallaşması ilə nəticələnib. “Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam etmiş ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan ərazisindəki doğma yurd-yuvalarından didərgin salınıblar. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün də davam etməkdədir”, - deyə müraciətdə qeyd olunur.

Lakin dünya birliyi artıq ermənilərin əməllərini izləyir. Xüsusilə son müharibə ərzində ekspansionist ekstremistlərin məqsədləri əvvəlki illərdənkindən daha çox ifşa olub. Bu müharibədə Azərbaycan mənfur Qorbaçovun “yenidənqurma”sından bəri və onun dəstəyi ilə Ermənistanın işğal altında saxladığı ərazisinin çox hissəsini geri qaytarıb. Bu işğalın uzun illər davam etməsindən sonra Azərbaycan xalqı prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxıb, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edib. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələbləri, nəhayət, yerinə yetirilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Amma Ermənistan rəhbərliyi bu gün də sələflərinin siyasətini davam etdirir, beynəlxalq qətnamələrin əksinə olaraq, 30 illik işğal dövründə minaladığı ərazilərin və sahələrin xəritələrini Bakıya təqdim etmir. Bununla da onlar Azərbaycan xalqını növbəti soyqırıma məruz qoymağa çalışır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Anbat

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az