16.06.2021 12:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ter-Petrosyan: “Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi sayır”
 
16.06.2021
NEWS.am, Ermənistan
 

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

 
 
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi

 
 



Swissinfo.ch, İsveçrə
11.05.2021


Azərbaycan prezidenti İlham Əliyev Şuşanı rəsmi olaraq Azərbaycanın əsas şəhəri – mədəniyyət paytaxtı elan edib.

Ermənistanla Azərbaycan arasında Şuşanın da daxil olduğu bölgə uğrunda ötən ilin sonunda baş vermiş müharibə Bakının qələbəsi ilə bitirb. Bu günlərdə isə Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ bölgəsinin mərkəzi sayılan Stepanakertin (Xankəndi - WM) cəmi 11 kilometriyində yerləşən Şuşa şəhəri ilə bağlı sözügedən sərənzamı imzalayıb.

Şuşa 28 il ermənilərin işğalı altında olub. Azərbaycan onu ötən ilin noyabrında geri qaytarıb. Məhz bu şəhərin azad olunmasından sonra Yerevanla Bakı arasında müharibə bitib. 44 gün davam etmiş müharibədə hər iki tərəfdən 10 minə qədər insan həlak olub.

Tərəflər arasında atəşkəs bəyannaməsi Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Ötən il noyabrın 10-da imzalanmış bu sənədlə Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərində işğal etdiyi Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərinin 70%-ni itirib.

Şuşa qala-şəhərinin əsası 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Məşhur Azərbaycan yazıçıları, rəssamları və musiqiçilərinin beşiyi olan Şuşa 19-cu əsrdən ölkənin mədəniyyət mərkəzlərindən birinə çevrilib. “Qafqazın konservatoriyası” adlandırılan Şuşa müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”u (1908-ci il) bəstələmiş Üzeyir Hacıbəyovun da vətənidir.

Şəhərin tarixi hissəsi hələ 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə tarix və memarlıq qoruğu elan edilib. O zaman bu, şəhərdəki abidələrin qorunması baxımından mühüm addım sayılırdı.

Son müharibənin başa çatması ilə Bakı Şuşanın tarixi-mədəni irsinə, təbiətinə dəymiş maddi və mənəvi zərəri hesablamağa başlayıb. Bununla yanaşı, şəhərdə bərpa və yenidənqurma işlərinə də start verilib.

Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olunanadək şəhərdə 10 minə yaxın insan yaşayıb. 2020-ci ildəki müharibədən sonra isə Şuşada hələlik yalnız bərpa və yenidənqurma işlərini aparan mütəxəssislər və  təbii ki, hərbçilər yaşayır. Lakin şəhərdən didərgin düşmüş köçkünlərin də tezliklə geri qayıdacaqları bildirilir.

Hazırda şəhərdə su və elektrik enerjisi təchizatı bərpa olunur. Bununla yanaşı, Şuşanın mədəniyyət abidələri, dini məbədləri, məscidlər və iki kilsə (erməni və pravoslav) təmir olunur, buradan ən yaxın beynəlxalq hava limanının yerləşəcəyi Füzuli şəhərinə iki yol çəkilir.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Swissinfo.ch

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az