16.06.2021 10:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
“Xarıbülbül” festivalı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli Azərbaycanın təcəssümüdür

 
 



Moderndiplomacy, Aİ
16.05.2021


Müəllif: Xəyalə Məmmədova

Əsas dəyərlərindən biri multikulturalizm olan Azərbaycan istər daxildə, istərsə də regional səviyyədə mədəniyyətlərarası dialoqu təşviq edir. Müasir Azərbaycan Respublikası Azərbaycan xalqının mövcudluğunu ölkədə yaşayan xalqların sivil və siyasi nöqteyi-nəzərdən müqəddəratlarını təyin etmə hüququnun nəticəsi kimi qəbul edir.

Bu gün Azərbaycanda 30-dan çox etnik azlığın nümayəndəsi yaşayır: talışlar, kürdlər, ləzgilər, tatlar, ruslar, ukraynalılar, gürcülər, ingiloylar, tatarlar, avarlar, Ahısxa türkləri, yəhudilər, almanlar, yunanlar və s. Onların hər biri Azərbaycandakı mədəni cəmiyyətdən faydalanır. Burada üç əsas din – islam, xristianlıq və iudaizmin nümayəndələri müxtəlif ictimai mərasimlərdə, mədəni tədbirlərdə birgə iştirak edirlər. Bir sözlə, mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycan Respublikasının dövlət siyasətində əks olunub.

Bütün bunların fonunda Ermənistanın azərbaycanlı mülki əhaliyə və hərbçilərə ötən il sentyabrın 27-də etdiyi hücum nəticəsində iki ölkə arasında genişmiqyaslı müharibə başlamışdı. Müharibə 44 gün davam edib və Azərbaycanın tarixi qələbəsi ilə bitib. Müharibə nəticəsində Azərbaycan işğal altındakı ərazilərini azad edib, düşmənə sarsıdıcı zərbə vurub və tam qələbə qazanıb – Yerevan sonda kapitulasiya sənədinə imza ataraq, təslim olmaq məcburiyyətində qalıb. Beləliklə, Ermənistanın 30 illik təcavüzü sona çatıb.

Ötən il bu savaş başlar-başlamaz, minlərlə Azərbaycan vətəndaşı Ermənistanın artan hərbi təcavüzünə qarşı müharibəyə qoşulmaq üçün hərbi xidmətə könüllü yollanmışdı. Və onlar müxtəlif dini, etnik və sosial qrupların üzvləri idi. Bu insanlar Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, ədalətin bərqərar olması üçün birləşmişdilər.

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Azərbaycan erməni xalqını da düşmən saymır. Çünki Azərbaycan çoxmillətli ölkədir. Bu gün Azərbaycanda, xüsusilə Bakı şəhərində minlərlə erməni yaşayır. Digər xalqlar və dinlərə münasibətdə qeyri-tolerant Ermənistan isə çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın işğal altında saxladığı ərazilərində belə, qədim albanlara, müsəlmanlara və provoslavlara məxsus dini, mədəni irsi tamamilə məhv etməyə çalşıb. Bu ərazilərdə Azərbaycan xalqının mədəni, dini irsini ya məhv edilib, ya da erməniləşdirmə və qriqoriyanlaşdırma yolu ilə saxtalaşdırıb. Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərində məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək islam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş təhqirlərə məruz qalıb.

Bundan başqa, uzun illər ərzində təcavüzkar siyasət yürüdən Ermənistan rejimi beynəlxalq hüquqa, o cümlədən humanitar hüquq normalarına məhəl qoymayıb, işğal etdiyi torpaqlarda yanğınlar, fosforlu bombalar, zəhərli maddələr və minalar vasitəsilə ekoloji cinayətlər törədib. Bütün bunlara baxmayaraq, Bakı Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində normal yaşaya biləcəklərini bildirir – çünki Azərbaycan xalqı tolerant xalqdır.

Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, etnik və dini nöqteyi-nəzərdən müxtəlifliyə malik Azərbaycan bir zamanlar işğal altında olmuş tarixi ərazilərinin azad edilməsi uğrunda mübarizə aparıb. Həmin ərazilərin xristianlıqla heç bir əlaqəsi yoxdur. İkincisi, müsəlmanlar, xristianlar və yəhudilər – ölkədə yaşayan bütün xalqların və dini qrupların nümayəndələri – Azərbaycan Silahlı Qüvvələrinin sıralarında çiyin-çiyinə mübarizə aparıb. Onlar saxta dini çağırışlar ətrafında deyil, Azərbaycan prezidenti, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ətrafında birləşiblər. Onlar arasında misli görünməmiş qəhrəmanlıq göstərərək şəhid olan hərbi qulluqçular da var. Bu şəxslər Azərbaycan Respublikasının orden və medalları ilə təltif də olunublar.

İki ölkə arasında münaqişənin başladığı ilk illərdə olduğu kimi, son müharibədə də Azərbaycanda yaşayan müxtəlif etnik və dini icmalarının nümayəndələri əsgər və hərbçilər kimi Azərbaycan Ordusunda xidmət edib, işğal altındakə ərazilərin azad edilməsində misli görünməmiş şücaət göstəriblər. Azərbaycan xalqı qəhrəman oğulları, şəhidləri arasında etnik, dini fərq qoymur.

Yeri gəlmişkən, Azərbaycanın bu tarixi qələbəsində mühüm rol oynamış prezident İlham Əliyev də deyir ki, “bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Burada siyasət bundan sonra da ardıcıl şəkildə aparılacaq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir”.

Bu günlərdə Şuşada elə bu şəhərdə bitən gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı keçirilib. Bu festival ilk dəfə 1989-cu ilin mayında Şuşanın əfsanəvi Cıdır düzündə təşkil olunmuşdu. Beləliklə, tədbir düz 30 ildən sonra yenidən Şuşada keçirilib. Mayın 12-də təşkil olunmuş festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub. İndi onun hər il keçirilməsi nəzərdə tutulur.

Musiqi festivalında Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Festivalda istər xalq, istərsə də klassik musiqi təqdim olunub.

Bir sözlə, “Xarıbülbül” musiqi festivalında səhnəni Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri bölüşüblər. Çünki Azərbaycanın qələbəsinə ölkədə yaşayan bütün xalqlar töhfə verib. Vətən müharibəsi bir daha təsdiqləyib ki, Azərbaycandakı bütün xalqlar qardaşlıq, dostluq, həmrəylik şəraitində yaşayır. Bəli, son müharibə bu ölkədə həmrəyliyin, milli birliyin olduğunu bir daha sübut edib.

Bundan sonra Şuşada musiqi festivalları, beynəlxalq konfranslar bir-birini əvəz edəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az