16.06.2021 12:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
Azərbaycan məscidlərinin ermənilər tərəfindən murdarlanması barbarlıq idi

 
 



Əl-Hərir, Əlcəzair
19.05.2021


Müəllif: Pərvanə İbrahimova

1980-ci illərin sonlarında Ermənistan beynəlxalq hüquq normalarını və BMT nizamnaməsinin prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürdü və elan olunmamış müharibəyə başladı. Əslində, Azərbaycan torpaqlarının işğalı və erməni təcavüzkarlığı bir neçə il ərzində ortaya çıxan hadisə deyil, uzun illər riyakarcasına planlaşdırılan, sistemli və ardıcıl şəkildə həyata keçirilən siyasətin davamı idi.

1988-1993-ci illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edildi, nəticədə Azərbaycan ərazisinin 20 faizi itirildi, respublikadakı qaçqınların və məcburi köçkünlərin sayı 1 mln. nəfəri keçdi. O vaxtdan BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, torpaqların qeyd-şərtsiz azad edilməsini tələb edən, bununla da Dağlıq Qarabağ və digər ərazilərin işğal faktını təsdiqləyən 4 qətnamə qəbul edib. Münaqişənin nizamlanması üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu Qarabağ probleminin həllində ədalətsiz mövqe tutdu, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının üzvü kimi qurumun qətnamələrinin icra edilməsi ilə bağlı torpaqlarımızı işğal altında saxlayan bir ölkəyə təzyiq etmək imkanı olsa da, bunu reallaşdırmadı. Münaqişənin ilk vaxtlarında və sonrakı bütün mərhələlərdə İslam Konfransı Təşkilatı (hazırda İƏT) bütün zirvə toplantılarında ölkəmizlə bağlı aydın və ədalətli mövqe sərgiləyərək Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi kimi tarixə düşüb. 

Birinci Qarabağ müharibəsindən ikinci Qarabağ müharibəsinədək olan müddətdə Azərbaycan bütün yüksək səviyyəli tədbirlərdə, dünyanın ən ali kürsülərində, beynəlxalq və regional təşkilatlarda, ikitərəfli və çoxtərəfli görüşlərdə Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğal altındakı Azərbaycan torpaqlarının azad olunmasını tələb edən qərar və qətnamələrin qəbul edilməsinə nail olub, münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıb. Əslində, bu, bütün dünyanın bildiyi həqiqət idi, sadəcə münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələndi.

ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmayan Dağlıq Qarabağ konflikti 2020-ci il 27 sentyabr tarixində növbəti mərhələsinə qədəm qoydu. Qeyd edilən tarixdə Ermənistan silahlı qüvvələrinin hücumu tərəflər arasında irimiqyaslı hərbi əməliyyatların başlaması ilə nəticələndi, 44 günlük Vətən Müharibəsində Azərbaycan təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli, birtərəfli mövqe əks etdirən suallara təmkin, səbr nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ilə ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.

44 günlük zəfər yürüşündə Azərbaycan ordusu bu diyarın torpaqlarını azad etməklə, onun tarix səhifələrini silməyə, saxtalaşdırmağa çalışanlara layiqli cavabını verdi, işğalçıların vəhşicəsinə dağıtdıqları maddi-mədəni, dini abidələri  erməni vandallarından xilas etdi.

Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini yox etmək üçün hər cür namərdliyə əl atan erməni qəsbkarları 30 il müddətində işğal altında saxladıqları və bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları məkanları öz  xislətlərinə uyğun olaraq xarabalığa çevirib, təbii sərvətlərini talan edib, Qarabağda bütün tarixi, mədəni, dini abidələri -  məscidlər, türbələr, qəbiristanlıqlar, məzarüstü abidələri məhv ediblər.

Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscid  dağıdılaraq yararsız hala salınıb. Ermənilər  Azərbaycan xalqının dini  dəyərlərinə hörmətsizlik edərək məscidlərin içərisində ev heyvanlarını, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıblar.

Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ermənilər tərəfindən 1992-ci ildə törədilmiş Xocalı soyqırımından sağ çıxan xocalıların ümid, pənah yerinə çevrilmiş, amma düşmən tərəfindən vəhşicəsinə dağıdılmış, təhqir edilmiş qoşa minarəli Ağdam məscidini böyük üzüntü ilə seyr ediblər, dövlət başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayaraq bu torpaqlara Azərbaycan xalqının,  onun şəhidlərinin  canı, qanı bahasına, qəhrəmanlarının şücaəti hesabına  dönməyin mümkün olduğunu vurğulayıb və deyib: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi”.

İşğaldan azad edilmiş Azərbaycan rayonlarının yerlə bir edilməsi, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və digər ərazilərdə məscidlərin murdarlanması, tövlə kimi istifadə olunması, donuz saxlanılması Ermənistanın bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, Azərbaycan xalqına, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlikdir və bu beynəlxalq səviyyədə hüquqi qiymətini almalıdır.

Azad edilmiş torpaqlara səfər edən Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri erməni vəhşiliyini öz gözləri ilə görüblər. Bu vandalizm aktı dünyanın müxtəlif ölkələrindəki müsəlman icmaları, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) narazılığına səbəb olub. 2020-ci il noyabrın 27-28-də İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu məkanlara qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur. Qurumun 57 üzv ölkəsi tərəfindən qəbul edilən bu sənəd İslam dünyasının Azərbaycanın yanında olmasının göstəricisidir.

2021-ci ilin yanvarında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərində Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olub, dağıdılmış məscidlərə baş çəkib və İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər.

Əlbəttə ki, Ermənistanın Azərbaycanın tarixi, mədəniyyət və dini abidələrinə qarşı vandalizm hərəkətləri 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya ziddir.

Artıq Heydər Əliyev Fondu qurumun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki  erməni işğalından zərər çəkmiş ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək.

İkinci Qarabağ müharibəsində Azərbaycan prezidenti, Azərbaycan dövləti, ordusu, xalqı birləşərək bir tarix yazdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına baş verdi.

Çox şükür ki, biz öz əzəli torpaqlarımıza qayıtdıq. Biz Qarabağı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə yenidən çiçəkləndirəcək, yaşayış üçün yararlı, turistlər üçün görməli məkana çevirəcəyik.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Hərir

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az