16.06.2021 12:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
MÜSAHİBƏ| Azərbaycan erməni işğalından azad olunmuş ərazilərini bərpa edir

 
 



LA RAZÓN, Peru
20.05.2021


Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov: “Bizim əsas hədəfimiz erməni işğalından zərər görmüş ərazilərin bərpasıdır”.

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov “La Razon”a müsahibəsində bildirib ki, ölkəsi 44 günlük müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük hissəsini azad edib. Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannamənin imzalanmasından sonra isə yerdə qalan ərazilər də azad olunub.

“Üçtərəfli bəyannamənin şərtlərinə görə, Ermənistan Azərbaycanın qalan ərazilərini də azad edəcəyi haqda öhdəlik götürüb. Bundan sonra Rusiya sülhə nəzarət etmək üçün bölgəyə 1970 sülhməramlı göndərib”, - deyə səfir qeyd edib.

Bundan başqa, bölgədə atəşkəs rejiminə riayət olunmasına nəzarət edən, iki Qafqaz xalqı arasında sülhün irəliləməsini təmin edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyətə başlayıb.

Qayıdış

Bu gün Azərbaycan hökumətinin əsas məqsədi minlərlə insanın doğma torpaqlarına qayıdışını təmin etməkdir. “Ermənistanın işğalı nəticəsində bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşüb. Onlar evlərinə qayıtmaq arzusundadırlar”, - deyə səfir bildirib. Diplomat artıq hökumət nümayəndələrinin azad olunmuş ərazilərə səfərlər etdiyini deyib: “Biz şəhərlərin tamamilə yerlə-yeksan edildiyini görürük. Oralar sanki bombardmandan sonrakı Hiroşimadır! Ermənistan hər şeyi məhv edib: xəstəxanalar, muzeylər, abidələr... Həyat üçün ən sadə şərait belə, qalmayıb”.

Məmməd Talıbov vurğulayıb ki, Azərbaycan Ermənistanın bu vandalizmi, Azərbaycanın tarixi irsini məhv etməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək.

Bərpa

Bu gün Azərbaycanın işğaldan azad olunmuş rayonları bərpa edilir. Lakin bu proses də ciddi əngəllə qarşılaşır. Söhbət Ermənistanın bu torpaqlara basdırdığı güclü minalardan gedir. “Biz artıq əraziyə sərmayələr qoymağa başlamışıq və regionun bərpası istiqamətində sürətli iş gedir. Mədəni mərkəzlər, yollar, xəstəxanalar, nəqliyyat infrastrukturu, bir sözlə, həyat üçün lazım olan hər şey bərpa olunur və ya yenidən qurulur”, - deyə səfir “La Razon”a bildirib.

Bununla yanaşı, doplomat təəssüf hissi ilə bildirir ki, inkişafa mane olan ciddi maneələr var: “ Qarşımızda atəşkəsdən sonra bölgədə qalan minlərlə partlayıcı maddənin zərərsizləşdirilməsi kimi çətin vəzifə durur. Bu minalar çox sayda mülki şəxsin ölümü ilə nəticələnib. Azərbaycan artıq beynəlxalq qurumlara müraciət edib. Onlar buna reaksiya verməlidirlər, çünki Ermənistan minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Onlar bunu qəsdən edirlər ki, Azərbaycan öz ərazilərinə qayıtmaqda çətinlik çəksin. Bundan başqa, məqsəd əhali arasında təşviş yaratmaq, daha çox ölümə yol açmaqdır. Bu, cinayətdir! Ermənilər həmin xəritələri bizə verməyə məcburdurlar, çünki bunu beynəlxalq hüquq tələb edir. Minalar dinc əhalinin ölümünə səbəb olur”.

Radikallar

“Ermənistanla yaranan başqa bir problem isə millətçi radikalların münaqişənin artıq həll olunduğunu qəbul etmək istəməməsi, yeni müharibə çağırışları etməsidir. Biz Azərbaycan tərəfi olaraq deyirik ki, davamlı sülhə nail olmaq üçün Ermənistan təcavüzkar siyasətini dayandırmalıdır. Yerevan tək bizə yox, Türkiyəyə, Gürcüstana qarşı da eyni siyasəti yürüdür”, - deyə səfir əlavə edib.

Pandemiya

Koronavirus pandemiyası haqda da danışan diplomat bildirib ki, ölkəsində bu sahədə də idarəçilik hər zaman yaxşı olub: “Pandemiyanın ilk günündən hökumət ciddi addımlar atıb, ÜST Azərbaycanın COVID-19 ilə mübarizəsini dünyadakı 5 ən yaxşı və səmərəli formalardan biri elan edib”.

Məmməd Talıbovun sözlərinə görə, Azərbaycanda peyvəndləmə bu il yanvarın 18-dən başlayıb və artıq 1,6 milyondan çox insana peyvənd vurulub. Bu, əhalinin 16%-i deməkdir. Bu gün Azərbaycanda hər gün 30-40 min nəfər peyvənd olunur.

İqtisadiyyat

Maraqlıdır ki, Azərbaycan müharibə və işğal dövründə belə, “iqtisadi möcüzə” göstərməyə nail olub. Uzun illər ərzində Cənubi Qafqaz regionu iqtisadiyyatının 85%-i məhz bu ölkənin payına düşüb. O, Türkiyə və Gürcüstanla vacib sözləşmələr əldə edib, Avropa və Asiya arasında daha qısa marşrutlarla neft boru kəmərləri, dəmir yolu xətləri tikintisi kimi qlobal miqyaslı layihələrə imza atıb.

“Hazırda Azərbaycan təbii qazı 6 ölkədən keçərək İtaliyaya nəql olunur. Bu infrastruktur bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirib, iş yerlərinin yaranmasına səbəb olub, iqtisadiyyata ciddi töhfə verib. Bütün bu uğurlar ölkəni bir məqsədə – müharibədən zərər görmüş regionun yenidən həyata qayıtması və bərpasına xidmət edir, - deyə səfir bildirib.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LA RAZÓN

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az