16.06.2021 11:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
Azərbaycan-Ermənistan: yalanlar və vəzifə cinayətləri

 
 



MUSULMANS EN FRANCE, Fransa
01.06.2021


Kimin erməni dostu yoxdur? Kimin sevdiyi sənətkarlar arasında erməni yoxdur? Bir milyondan çox üzvü olan erməni diasporu kifayət qədər böyük və güclüdür. Onun ciddi təsir imkanları var. O, xüsusilə bəzi regionlarda seçkilərin nəticəsinə həlledici təsir göstərə bilir.

Amma dostluğa və ya siyasi hesablamalara görə reallığı bu qədər təhrif etməliyikmi? Xüsusilə əgər söhbət vəzifəsi təkcə mütləq qərəzsizlik deyil, ən azı dürüstlük də tələb edən jurnalistlərdən gedirsə. Axı onlar yalan danışaraq ictimaiyyəti aldatmaq istəyənlərə kömək etməməlidirlər. Bu, artıq sui-istifadəyə bənzəyir…

Beynəlxalq hüquqa hörmət edən demək olar ki, bütün dövlətlərdən fərqli olaraq, münaqişənin həllinə məsul olan qrupda həmsədr statusuna malik Fransa Dağlıq Qarabağda separatçılığı dəstəkləyən, həqiqətlərə qarşı çıxaraq, bu məsələdə erməni tərəfinin mövqeyini kor-koranə bölüşən azsaylı ölkələrdəndir. Bu gün ölkə qəzetləri azərbaycanlıların fikrini nəzərə almadan mübahisəli və xəyali xəritələrə istinad edir. Bununla da onlar “ağalarının səsi”ni mexaniki olaraq daha çox yayırlar.

Ölkə mətbuatında gedən debatlara nə Qafqaz üzrə ixtisaslaşmış tarixçilər, nə də Azərbaycan nümayəndələri görünür. Belə debatlarda bir qayda olaraq, yalnız ermənilər çıxış edir, münaqişənin yaşandığı regiona heç vaxt ayaq basmamış, reallıqdan uzaq insanlar absurd petisiyalar imzalayır. Belə bir şəraitdə fransalı oxucu və ya televiziya tamaşaçısında necə aydın fikir formalaşa bilər?

Missiyası ictimaiyyəti maarifləndirmək olanların həqiqəti təhrif etməsi və ya gizlətməsi azadlığın təhlükədə olması deməkdir.

Parisin aparıcı həftəlik qəzetlərindən birinin müharibə zonasına öz xahişi ilə yollanmış reportyoru məqaləsində Qarabağ cəbhəsində “cihadçı muzdlular”ın mövcudluğunu pisləyir. Azərbaycanın hakimiyyət orqanları ondan soruşurlar ki, “siz istədiyiniz yerə sərbəst gedə bildinizmi? Döyüş meydanında heç olmasa bir muzdlu gördünüzmü?”. Jurnalist cavab verir: “Bəli, mən tam sərbəst idim. Xeyr, mən heç bir muzdlu görmədim. Sadəcə olaraq, digər jurnalistlərin yazdıqlarını təkrar etmişəm və əgər mən bunun əksini desəydim, məqaləm dərc olunmayacaqdı”.

Əslində Ermənistan-Azərbaycan münaqişəsində jurnalistlərin işi heç də asan olmayıb. TF1 televiziya kanalının xüsusi müxbiri Lizeron Budul münaqişə zonasında şahidi olduqlarını dəqiq göstərmək istəyirdi. Lakin onun reportajı məhz erməni dairələrin təzyiqi ilə kanalın saytından silindi. Bu azmış kimi, Budul sosial şəbəkələrdə ölümlə belə, hədələndi…

Əlbəttə ki, ölkəmizdə hökm sürən islamofobiya şəraitində erməni silahlı qüvvələrinə qeyd-şərtsiz dəstək təəccüblü deyil. Bəzən “yeni səlib yürüşü” kimi təqdim edilən bu münaqişəyə dini müharibə donu belə, geydirilirdi. Guya türklərin dostu olan müsəlman Azərbaycan xristian ermənilərə qarşı savaşırmış...

Ancaq bu, qətiyyən belə deyil! Əksinə, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan bütün dinlərin sərbəst olduğu, hətta dövlət tərəfindən dəstəkləndiyi dünyəvi, multikultural ölkədir.

Xeyr, Dağlıq Qarabağda heç də tarixən ermənilər məskunlaşmayıb. Ermənilər bu bölgəyə sonradan gəlib! Xeyr, bu bölgə erməni əyaləti deyil. BMT-nin bütün qərarlarına əsasən, bölgə Azərbaycanın tərkib hissəsidir! Xeyr, azərbaycanlılar erməniləri oradan qovmayıb. Ermənistanda yaşayan 300 min azərbaycanlı Yerevanın Qarabağın müstəqilliyini tələb etməsindən sonra doğma yurdlarından didərgin salınıblar! Xeyr, münaqişəni Azərbaycan Silahlı Qüvvələri başlamayıb. Müharibənin əvvəlində erməni silahlı birləşmələri cəbhə xəttindən 40 kilometrdən də uzaqda yerləşən mülki kəndləri raket atəşinə tutub!

Bəli, təcavüzkar heç də bizə təqdim olunan tərəf deyil!

Qafqaz həm strateji, həm də iqtisadi baxımdan mühüm regiondur. Burada insanların sülh şəraitində birgə yaşamasının zamanıdır. Qoy, Azərbaycan və Ermənistan gələcəklərini birlikdə qursunlar.

Bununla biz vəziyyəti olduğu kimi göstərməyə çalışır, sivilizasiyanın beşiklərindən olan, saysız-hesabsız mədəni sərvətlərə sahib, fransalı rəsmilərin mövqeyinə baxmayaraq, fransız dilinin sevildiyi Azərbaycanla bağlı vəziyyəti oxucularımıza olduğu kimi göstərmək istəyirik.

Qoy, bu şahidliyimiz ölümcül ideologiya üzərində ağılın qalib gəlməsinə töhfə versin.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MUSULMANS EN FRANCE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az