16.06.2021 12:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
İran-Azərbaycan əməkdaşlığında 50 il

 
 



IRNA, İran
03.06.2021


İranla Azərbaycanın Araz və Mil-Muğan su anbarlarından birgə istifadənin 50 illiyi ilə bağlı tədbirlərə bazar ertəsi İranın energetika naziri və Naxçıvan Muxtar Respublikasının baş nazirinin iştirakı ilə start verilib.

IRNA xəbər verir ki, İranla Azərbaycan iki müsəlman və qonşu ölkə olaraq, dostluq sərhədi sayılan Araz çayı vasitəsilə ümumi sərhədə malikdirlər. İndiyədək bu çayın üzərində 1,2 milyard kubmetr tutumlu Araz və 1,6 milyard kubmetr tutumlu Xudafərinin əsas bəndləri tikilib və hazırda istismar olunur. Həmçinin, aşağı ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə İran və Azərbaycan tərəfindən Araz sərhəd çayı üzərində – Ərdəbil vilayətində 32 milyon kubmetr tutumlu Mil-Muğan, Şərqi Azərbaycan vilayətində 60 milyon kubmetr tutumlu Qız Qalası su anbarları da inşa olunub.

Mayın 31-də İranla Azərbaycan arasında su ehtiyatlarının birgə istismarının 50 illiyi münasibətilə keçirilmiş tərbirdə İranın energetika naziri Rza Ərdəkanian və Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov mərasim iştirakçıları qarşısında çıxış ediblər. Daha sonra qonaqlar Araz çayının su ehtiyatlarının və qurğularının istismarında 50 illik əməkdaşlığa dair foto və sənədlər sərgisinə baxıblar.

Tədbirdə İranın energetika nazirini müavinləri, nazirin Avrasiya ölkələri üzrə  köməkçisi və İranın Bakıdakı səfiri, həmçinin bir sıra digər rəsmilər iştirak edib.

Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin baş direktoru Yusif Ğəffarzadə IRNA-ya açıqlamasında deyib: “Sərhəd çayları və su ehtiyatlarının dövlətlər tərəfindən birgə istismarı böyük əhəmiyyət daşıyır. İranla Azərbaycanın müxtəlif tarixi dövrlərdə və fərqli hökumətlərin zamanında Araz su anbarından dostcasına istifadəsi konstruktiv və müsbət əməkdaşlığın nəticəsidir”.

“Araz su anbarından yarım əsrdir dostluq şəraitində istifadə beynəlxalq səviyyədə iftixar hissi doğurur. Münaqişə ocağına çevrilmiş dünyanın bir çox sərhəd çaylarından fərqli olaraq, Araz çayının istismarı iki ölkənin dostluq və qürur mənbəyidir”, - deyə o, bildirib.

İki ölkə arasında imzalanmış protokollardan, su hüququndan istifadədən, enerji istehsalı sahəsindəki əməkdaşlıqdan da söz açan Yusif Ğəffarzadə deyib: “Bu qarşılıqlı anlaşmanın, dostcasına birgə istismarın sirri məsələyə sırf texniki və peşəkar, hər hansı siyasi məsələdən uzaq yanaşılmasıdır”.

Yusif Ğəffarzadə sözügedən qurğulara lazımi diqqətin göstərildiyini deyib, odur ki, onların daha 50 il işə yarayacağına inandığını söyləyib. “Bəndin, su elektrik stansiyasının istismarında, saxlanmasında birgə idarəçilik, xərclərin birgə qarşılanması, eləcə də koordinasiya iclaslarının qərarlarına, protokollarına riayət olunması sonda onların uğurla idarə olunmasına yol açır”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, Araz çayı İranın şimalında yerləşən Azərbaycan vilayətlərindəki ən əhəmiyyətli və sulu çaydır. Şərqi Azərbaycan vailyətinin qərbindəki Culfadan Ərdəbil əyalətindəki Aslanduz Muğan bölgəsinədək İran, Azərbaycan, Ermənistan və Naxçıvan Muxtar Respublikasının sərhəd zolağı boyunca axan çayın uzunluğu 910 kilometrdir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az